Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-852/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, zərərçəkmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Liman şəhəri 4 nömrəli binada yaşayan arvadı X5 divara çırpmaqla ona sağ said nahiyyəsində qançırdan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyinə görə barəsində İXM-nin 157-ci maddəsi ilə 28 mart 2023cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, ondan şikayət etmiş X6 onun arvadıdır. Onlar bir yerdə yaşamış və münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə Gülər özbaşına atasının evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Gülər evə qayıtmışdır. Həmin vaxt anası ona zəng edərək Gülərlə dalaşdıqlarını, gəlib onu işə aparmağını demişdir. Evə gələndə anası Rəna və Gülərin deyindiklərini, sözlə mübahisə etdiklərini görmüşdür. O da onları sakitləşdirməklə anasını götürüb işə aparmış, Gülər evdə qalmışdır. Həmin vaxt Güləri döyməmiş, onlar dalaşanda o evdə olmamışdır. Sadəcə Güləri itələyərək həyətdən evə girməsini demişdir. Barışmaq fikri yoxdur. Əməlində hər hansı inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 2021-ci ildə Şəxs ilə ailə həyatı qurmuş və 1 övladları vardır. Əvvəllər əri ilə münasibətləri normal olsa da, sonradan qaynanası Rəna onların ailə işlərinə müdaxilə etdiyindən münasibətləri pisləşmişdir. Son zamanlar Rəna evi qızının adına keçirəcəyini deməklə onlardan evdən çıxıb getmələrini tələb etmiş, buna görə aralarında mübahisələr olmuşdur. Bir günlük anasının evinə qonaq getmişdir. xx.xx.2023-cü il tarixdə evə qayıdanda qaynanası Rəna onu istəmədiyini, evdən çıxıb getməyini tələb etmişdir. Buna görə aralarında yenidən mübahisə baş vermiş, Rəna üstünə hücum çəkmiş, qollarını cırmaqlamış və onu itələmişdir. Bir qədər sonra əri Hilal evə gəlmiş, onu itələdiyindən sağ əli divara dəyərək cızılmışdır. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid izahat verərək bildirmişdir ki, X6 oğlu Şəxs arvadıdır. Gülər Məmmədli 2021-ci ildə oğlu Hilalla ailə həyatı qurmuş, gəlin gələndən onunla və ailə üzvləri ilə yola getməmiş, xoşagəlməz sözlər danışmış, evdə yersiz münaqişələr yaratmışdır. xx.xx.2023-cü il tarixdə evdə olan zaman Gülər atasının evindən evə qayıtmış, o da ondan niyə özbaşına atasının evinə getdiyini soruşmuşdur. Gülər də ona «ev mənimdir, istəyirəm gedərəm, istəyirəm qalaram» sözlərini demiş və buna görə aralarında mübahisə baş vermişdir. Həmin vaxt oğlu Hilala zəng edib onu işə aparmağını demiş, oğlu da gəlib onu aparmışdır. X10 döyməmiş, ona xəsarət yetirməmiş, sadə həyətdə səs küy saldığından onu evə tərəf aparmışdır. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o qızı Gülərlə onun yaşadığı evinə getmiş, kürəkəni Hilalın anası Rəna Gülərdən evdən çığmağını, evin onun olmadığını demişdir. Buna görə aralarında mübahisə yarandığından o Rənanı sakitləşdirmək istəsə də Rəna qızı Gülərə hücum çəkmiş, qolunu cırmaqlamış, araya girib onları ayırmışdır. Bundan sonra Rəna oğlu Hilala zəng edib onu evə çağırmış, Hilal gələndən sonra o da Güləri divara çırpmışdır. Bu səbəbdən Gülər DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 08 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 157 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, X4 bədəni üzərində - sol əlin İİ barmağı nahiyəsində sıyrıq, sağ said nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən iki üç gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir il ərzində heçbir məlumat qeydiyyata alınmamışdır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri 08 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin və şahid X1 izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə zərərçəkmiş şəxsi vurmaması, onu döyməməsi barədə Şəxs izahaına tənqidi yanaşaraq hesab edir ki, həmin izahatlar 08 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin və şahid X1 izahatları, ekspert rəyi və inzibati xəta haqqında protokolla təkzib olunur. Məhkəmə Şahid hadisə zamanı Şəxs zərəçəkmiş şəxsi vurmaması barəd izahatına da tənqidi yanaşır. Belə ki, əvvəla Şəxs Şahid oğludur. Şəxsin yaxın qohumuna qarşı ifadə verməsi ağlabatan deyil, digər tərəfdən 08 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şahid da əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərin olması müəyyən edilmişdir. Belə olan halda sonuncunun hadisə ilə bağlı qərərsiz izahat verməsi inandırıcı deyildir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-852/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-852/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver