Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-853/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, tibb bacısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala 28 mart 2023-cü il tarixdə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Lənkəran rayonu, Liman şəhəri, 4 nömrəli binada ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı, gəlini Zərərçəkmiş şəxs sol qolunu cırmaqlamaqla ona xəsarət yetirdiyinə görə barəsində 28 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Gülər gəlinidir. xx.xx.2023-ci il tarixdə onunla Gülər arasında mübahisə yaratmışdır. Lakin o, Güləri cırmaqlamamışdır. Əlavə olaraq bildirdi ki, tədqiqatçının “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından şikayət verməmiş, himayəsində xəstə qızı vardır və yaxınlarda əri vəfat etmişdir. İnzibati xəta nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Rəna qaynanasıdır. xx.xx.2023-ci il tarixdə 13 radələrində anası Sevinclə birlikdə gəlin köçdüyü evdə olduğu zaman qaynanası Rəna onu görmək istəmədiyini, evdən çıxıb getməsini tələb etmişdir. Həmin vaxt anası Sevinc Rənanı sakitlşdirməyə çalışsa da, aralarında münaqişə böyümüş və Rəna onun qollarını cırmaqlamaqla itələmişdir. Bir qədər sonra evə gələn əri Hilalın onu itələməsi nəticəsində sağ əli divara dəyərək cızılmışdır. Məhkəmədən qaynanası Rənanın həbs edilməsini tələb etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə o qızı Gülərlə onun yaşadığı evə getdiyində qaynanası Rənanın Gülərdən evi tərk etməsini tələb etdiyini bildirmişdir. Yaranmış mübahisə zamanı o, Rənanı sakitləşdirmək istəsə də, Rəna Gülərə hücum çəkərək onun sol qoluna xəsarət yetirmişdir. Bir qədər sonra evə gələn kürəkəni Hilal da Güləri divara çırpmaqla onun sağ qolun xəsarət yetirmişdir. İş materiallarında olan 08 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-637 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın 157 nömrəli, xx.xx.2023 cü il tarixli rəyində X2 bədəni üzərindəsol əlin İİ barmağı nahiyyəsində sıyrıq, sağ said nahiyyəsində qançır aşkar edilməklə, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Lənkəran rayonu, Liman şəhərində yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotektasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. İş materiallarında olan DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Şəxs ƏƏSMN yanında DSMF-nin Lənkəran şəhər şöbəsindən heç bir növ sosial müavinət və pensiya almır. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun bu xətanı törətməsində təqsiri zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar - onun qadın olması, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, himayəsində xəstə qızının olması və yaxın vaxtlarda ərinin vəfat etməsidir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-853/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-853/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver