Məhkəmə qərarları › İş №3(049)-854/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-854/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-854/2024 20.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi - Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Lənkəran Rayon İcra və Probasiya şöbəsindən Lənkəran Rayon Məhkəməsinə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan müəyyən edilir ki, borclu Şəxs xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X7 ilə hər həftənin bazar günü saat 09.00-da 21.00-dək eləcə də, uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10.00-dan 20.00-dək ünsiyyət hüququ verilsin. İcra sənədi üzrə icraata 24 iyun 2022-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu Şəxs xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, bu barədə tərəfindən müvafiq akt tərtib edilmişdir. Borclu Şəxs xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə xx.xx.2019-cu il təvəllüdlü uşağı X2 atası Zərərçəkmiş şəxsla ünsiyyətdə olmasını təmin etməməsini müvafiq məhkəmə qətnaməsinə izah verilməsi üçün məhkəməyə müraciət etməsi, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə isə tələbin icra edilməməsini İnci adlı uşağı Bakı şəhərində psixiatrik ekspertizaya aparması və əmək məzuniyyətində olması ilə izah etmişdir. Bununla yanaşı, borclu Şəxs yuxarıda göstərilən icra sənədini icra etmədiyi günlərin əvəzi olaraq cari ilin iyul ayının 22, 23, 24 və 26-ı, eləcə də avqust ayının 31-də görüş günləri nəzərdə tutulmayan günlərdə öz təşəbbüsü ilə tələbkar Zərərçəkmiş şəxs İnci adlı uşaqda ünsiyyətdə olmasını təmin etmiş və bu barədə tərəfindən müvafiq aktlar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tədbir görülməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, özünü təqsirli bilmir. İcra məmuruna verdiyi izahatında və inzibati xəta haqqında protokolda göstərdiyi izahatda xx.xx.2019-cü il təvəllüdlü X4 icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ilə görüşdürə bilmədiyi günlərin əvəzi olaraq digər tarixlərdə görüşdürmüşdür. Belə ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə xx.xx.2019-cu il təvəllüdlü uşağı X2 atası Zərərçəkmiş şəxsla ünsiyyətdə olmasını təmin etməməsi Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)-274/2021 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(106)-135/2022 nömrəli qətnamələrin izah verilməsi üçün etdiyi müraciətlə bağlı olmuşdur. Belə ki, buna səbəb Zərərçəkmiş şəxs 05 may 2024-cü il tarixdə İnci adlı uşağı müalicə adı ilə ondan alması, dəfələrlə müraciətlərinə baxmayaraq qaytarmaması olmuşdur. Müxtəlif instansiyalara çoxsaylı şikayətlərinin nəticəsi olaraq uşaq atası tərəfindən aparıldıqdan 20 gün sonra, 25 may 2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən ona təhvil verilmişdir. Məhkəmə qətnaməsində Vüqar X1 ünsiyyətdə olmaq müddəti bitdikdən sonar uşağın ona təhvil verilməli olması məsələsi öz əksini tapmadığından və bundan borclu sui-istifadə etdiyindən bu səbəbdən izahla bağlı müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə övladı xx.xx.2019-cü il təvəllüdlü X2 psixiatrik ekspertizadan keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanada olmuşdur. xx.xx.2024-cü il tarixdə isə əmək məzuniyyətində olduğu üçün Lənkəran rayonunda olmaması səbəbindən icra sənədində göstərilən tələbi təmin edə bilməmişdir. Yuxarıda göstərilən səbəblərdən dolayı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin icrasını təmin edə bilməmişdir. Lakin, bunun əvəzinə cari ilin iyul ayının 22, 23, 24 və 26-ı, eləcə də avqust ayının 31-də görüş günləri nəzərdə tutulmayan günlərdə öz təşəbbüsü ilə tələbkar Zərərçəkmiş şəxs İnci adlı uşaqda ünsiyyətdə olmasını təmin etmiş, bu barədə icra məmuruna məlumat vermişdir. İcra sənədində göstərilən tələb yalnız İnci adlı uşaqla bağlı olsa da, o, tələbkarla birgə nikahdan doğulmuş Dilək adlı uşağın da atası ilə ünsiyyətdə olması, eləcə də İnci atası ilə görüşəndə bacısından ayrı qalmaması üçün tələbkar tələb etmədiyi halda belə hər iki uşağın atası ilə ünsiyyətdə olmasını təmin etmişdir. Əgər o, icra sənədinin icrasından qərəzli boyun qaçırmaq kimi bir fikri olsa, nəinki İncinin, Diləyin də atası ilə görüşünə maneçilik törədərdi. 31 avqust 2024-cü il tarixdə isə qızı İncini atası Vüqara təhvil vermiş və İncinin gecəni atası ilə qalmasına razılıq vermişdir. Halbuki, icra sənədi üzrə İncinin atası ilə ünsiyyətdə olma günü 01 sentyabr 2024-cü il tarixdə olmalı idi. Tələbkar Zərərçəkmiş şəxs da işlədiyindən onunla öncədən hər ikisinin yay aylarında məzuniyyətdə olacaqları barədə razılığa gəlmiş, xx.xx.2024-cü il tarixdə məzuniyyətdə olması səbəbindən azyaşlı qızı ilə atasının görüşünün baş tutmamasının əvəzi olaraq xx.xx.2024-cü il tarixdə İnci atası ilə görüşmüşdür. Tələbkar Zərərçəkmiş şəxs icra məmuruna şikayətində bütün bunları inkar etmişdir. Tələbkar Zərərçəkmiş şəxs görüşə bilmədiyi günlərin əvəzi olaraq qızı tələbdə qeyd olunmayan həftəiçi günlərdə İncini ondan təhvil alanda razılaşmanı pozaraq “bu sayılmır” demişdir. Lakin buna baxmayaraq o, hər iki usağın atası ilə görüşünü təmin etmişdir. Göstərilən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmamasını bildirərək, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinə əsasən ona xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X7 ilə hər həftənin bazar günü saat 09.00-da 21.00-dək eləcə də, uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10.00-dan 20.00-dək ünsiyyət hüququ verilmişdir. Lakin, borclu Şəxs məhkəmə qətnaməsinin icrasından boyun qaçırır. Belə ki, o, Şəxs xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla bağlı icra məmuru tərəfindən müvafiq aktlar tərtib edilmişdir. xx.xx.2019-cu il təvəllüdlü uşağı X4 müalicə edilməsi üçün 20 gün müddətində özü ilə saxlamışdır. Qızı İnci ilə görüşə bilmədiyi yuxarıdakı tarixlərin əvəzi olaraq borclu Şəxsla aralarında heç bir razılıq olmamışdır. Təsdiq edir ki, 2024-cü ilin iyul ayında dəqiq xatırlamadığı ayrı-ayrı tarixlərdə 3 gün, icra sənədində göstərilməyən günlərdə Şəxs qızları İnci və Diləklə onun ünsiyyətdə olmasını təmin etmişdir. Eyni zamanda, cari ilin avqust ayının 31-də axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində Şəxs qızları İnci və Diləyi ona təhvil vermiş və uşaqlar gecəni onunla qalmışlar. Sentyabr ayının 1-də isə görüş saatı bitməmiş Şəxs uşaqları ondan almışdır. Lakin, icra sənədində göstərilməyən tarixlərdə Şəxs qızları İnci və Diləklə onu görüşdürməsini uşaqlara baxmaq üçün Şəxs vaxtı olmaması ilə əlaqədar izah edir. xx.xx.2024-cü il tarixdə övladı xx.xx.2019-cu il təvəllüdlü İnci həqiqətən də anası Gülnar tərəfindən psixiatrik ekspertizadan keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya aparılmış, o özü də onlarla birgə qeyd olunan tarixdə həmin tibb müəssisəsində olmuşdur. Əvvəllər Şəxs qızı İncini, həmçinin Diləyi icra sənədində görüş üçün müəyyən edilmiş vaxtlardan savayı görüşdürməmişdir. Şəxsla onun arasında uşaqla görüşə bilmədiyi günlərin digər günlərlə əvəzləşdirilməsi ilə bağlı hər hansı razılıq olmamış, Şəxs uşaqlara baxa bilmədiyi üçün həftəiçi günlərdə iyul ayında 3 dəfə, avqust ayının 31-də (gecəni onun yanında qalmaqla) 1 dəfə qızlarını onunla görüşmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ən ağır şəkildə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi, icra məmurunu və müdafiəçini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarinda olan: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X7 ilə hər həftənin bazar günü saat 09.00-da 21.00-dək eləcə də, uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan bayramlarının səhəri günü saat 10.00-dan 20.00-dək ünsiyyət hüququ verilmişdir. 24 iyun 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il il tarixli aktlardan görünür ki, borclu Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin izah edilməsi üçün məhkəməyə müraciət etdiyini əsas gətirərək, məhkəmə prosesi bitdikdən sonar icranı yerinə yetirəcəyini bildirmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il il tarixli aktdan görünür ki, borclu Süleyman X3 ŞRPŞ-də araşdırılan material üzrə qızı İncini Bakı şəhərində ekspertizaya apardığını əsas gətirərək azyaşlı İncinin atası ilə görüşünü təmin etməmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il il tarixli aktdan görünür ki, borclu Şəxs məzuniyyətdə olması ilə əlaqədar Lənkəran şəhəri ərazisində olmadığından azyaşlı İncinin atası ilə görüşünü təmin etməmişdir. Şəxs tərəfindən Lənkəran Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış izahatdan görünür ki, o, qızı İncini atası Zərərçəkmiş şəxsla görüşdürə bilmdəyi günlərin əvəzi olaraq 2024-cü ilin iyul ayının 22, 23, 24 və 26-da və xx.xx.2024-cü il tarixdə gecəni atasının yanında qalmaqla İncini atası ilə görüşdürmüşdür. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il il tarixli aktlardan görünür ki, borclu Şəxs icra sənədində göstərilən vaxtlardan əlavə qızı xx.xx.2019-cu il təvəllüdlü qızı X4 atası Zərərçəkmiş şəxsla ünsiyyət hüququnu təmin etmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il il tarixli aktlardan görünür ki, borclu Şəxs icra sənədində göstərilən vaxtlarda qızı xx.xx.2019-cu il təvəllüdlü qızı X2 atası Zərərçəkmiş şəxsla ünsiyyət hüququnu təmin etmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il il tarixli aktdan görünür ki, borclu Şəxs icra sənədində göstərilən vaxtdan əlavə qızı xx.xx.2019-cu il təvəllüdlü qızı X4 atası Zərərçəkmiş şəxsla ünsiyyət hüququnu təmin etmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il il tarixli aktdan görünür ki, borclu Şəxs icra sənədində göstərilən vaxtda qızı xx.xx.2019-cu il təvəllüdlü qızı X2 atası Zərərçəkmiş şəxsla ünsiyyət hüququnu təmin etmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən qəbul edilmiş 21 may 2024-cü il tarixli “Uşağın axtarılması haqqında” qərardan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü qızı X7 barəsində axtarış elan edilmiş, qərarın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin Bakı şəhəri Nərimanov RPİ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli 139890/25-19 №-li məktubdan görünür ki, icra sənədi üzrə zərurət aradan qalxdığından X7 barəsində axtarış işinə xitam verilməsi barədə məlumat verilmişdir. Şəxs tərəfindən Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)- 274/2021 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022ci il tarixli, 2(106)-135/2022 nömrəli qətnamələri ilə müəyyən edilmiş Zərərçəkmiş şəxs ilə X2 ünsiyyətdə olmaq müddəti bitdikdən sonra uşağın anaya təhvil verilməsi ilə bağlı qeyd olunan qətnamələrə izah verilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(106)-49/2024 nömrəli qərardadından görünür ki, Şəxs tərəfindən verilmiş Lənkəran Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(049)-274/2021 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(106)-135/2022 nömrəli qətnamələrinə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs barəsində hazırki inzibati xəta haqqında protokol sonuncunun xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin icrasını təmin etməməsinə görə tərtib edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı tərəflərin və icra məmurunun izahatı, eləcə də iş materiallarında olan yuxarıda sadalanan müvafiq sənədlər əsasında müəyyən edildi ki, göstərilən tarixlərdə icra sənədinin borclu tərəfindən icra edilməməsi üzrlü səbəblərdən baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onunla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü uşağı X7 ilə ünsiyyət hüququnu üzrlü səbəblərdən təmin edə bilmədiyi günlərin əvəzinə öz təşəbbüsü ilə icra sənədində müəyyən edilmiş vaxtlardan əlavə günlərdə təmin etmişdir. Göstərilən hal, icra məmurunun və tərəflərin izahatları, eləcə də iş materiallarında olan müvafiq aktlarla öz təsdiqini tapır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs icra sənədində müəyyən edilmiş vaxtlardan əlavə Şəxs onu qızları İnci və Diləklə görüşdürməsini sonuncunun uşaqlara baxmaq üçün vaxtının olmaması ilə əlaqədar izah etsə də, izahatında daha əvvəl belə halın olmamasını bildirməsi özü-özülüyündə Zərərçəkmiş şəxs irəli sürdüyü həmin dəlillərin formal subyektiv mülahizələrə söykənməsini deməyə əsas verir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-135/2022 saylı, 09 mart 2022-ci il tarixli icra sənədinin məğzini xx.xx.2019-cu il təvəllüdlü X2 atası Zərərçəkmiş şəxs ilə ünsiyyət hüququ təşkil etdiyindən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs cari ilin iyun və avqust ayları üzrə ümumilikdə altı dəfə üzrlü səbəblərdən dolayı təmin edə bilmədiyi tələbi, cari ilin iyul və avqust aylarında icra vərəqəsində müəyyən edilmiş görüş günlərindən əlavə vaxtlarda təmin etməklə, ümumi anlamda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmişdir. Bundan başqa, tərəflərinin özünün də təsdiq etdiyi digər xüsusat – onların birgə nikahından doğulmuş Dilək adlı uşağın da borclunun öz təşəbbüsü ilə bacısı İnci ilə birlikdə görüşməsi üçün tələbkar Zərərçəkmiş şəxs verilməsi borclu Şəxs azyaşlı uşaqlarının ataları ilə ünsiyyətdə olmasına maraqlı olduğunu, nəticə etibarı ilə məhkəmə qətnaməsinin icrasından yayınmadığını, icra məmurunun qanuni tələblərini yerinə yetirdiyini deməyə əsas verir. Göstərilənlərə əsasən, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar