Məhkəmə qərarları › İş №3(049)-855/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-855/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-855/2024 24.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3 – inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 X8 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Lənkəran şəhəri, Bala Məmməd 7 ünvanında yaşayan X4 məhkəməyə şikayətlə müraciət edərək X8 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması İXM-də nəzərdə tutulmamışdır. Bununla yanaşı şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin geri qaytarılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən Mülki Prosessual Məcəlləsinin (MPM-nin) normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu MPMnin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, X4 şikayət üçün nəzərdə tutulmuş məzmuna riayət etməmişdir. Belə ki, o, şikayətində yanlışlığa və qeyri qədiq cümlələrə yol verərək qeyd etmişdir ki, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2022-ci il (???) tarixədək havalənin (???) ödənilməməsi... ilə bağlı əmək müfəttişliyinə müraciət etmişdir. “Həvalə” sözü nədir müəyyən etmək olmur. Bundan əlavə şikayətində bir cümlə tamamlanmamış qalmışdır. Belə ki, onun şikayətində “X5 barəsində Lənkəran Ağır Cinayətləri Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-334/2024 nömrəli hökmü qanuni qüvvəyə mindiyinə görə” cümləsi tamamlanmamış, ardınca yeni səhifədən, yeni sətirdən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən...” cümlələri yazılımışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutaraq, qəraraaldım: X2 X8 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar