Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-855/2025 27.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X1, tələbkarın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X1 tərtib etdiyi 27 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1685/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs hər ay 190 manat aliment verməlidir. O, 840 manat ödəniş etmişdir. Şəxs tərəfindən tələbkara ümumilikdə 2800 manat ödənilməmiş pul vəsaiti qalmışdır. Borclu icra sənədlərinin icrasını tam təmin etməmişdir. Borclu Şəxs məhkəməyə gəlməyi qərəzli şəkildə icra etməkdən yayınmışdır .Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, X4 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir və onun izahatı alınmışdır. Həmçinin, Lənkəran Rayon Məhkəməsinin 3(049)-1685/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, tələbkarlara 840 manat vəsait ödəmişdir və onun borcu hazırda 2800 manat təşkil edir. Tələbkar dəfələrlə borcunun ödənilməsini borcludan tələb etmişdir. Protokolun təmin edilərək, borclu Şəxs tələb olunan maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədləri barədə məlumatlıdır. Qeydiyyatda olduğu Lənkəran rayonu, Şiləvar kəndində yaşayır. O, maddi imkanı olmadığına görə icra məmurunun çağırışına getməmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi üzrə hazıradək tələbkara 2800 manat borcu var, cəmi 840 manat ödəniş etmişdir. Sonuncu ödənişini tələbkara 2025-ci ilin oktyabr ayında 300 manat etmişdir. Hazırda iş yeri yoxdur. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə borcu ödəyə bilər. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tələbkarın nümayəndəsi X5 izhatında bildirdi ki, borclu Şəxs uzun müddətdir ki, tələbkar Zərərçəkmiş şəxs qarşı olan aliment borcunu ödəməmişdir. Borclu Şəxs sadəcə 840 manat ödəyərək icra sənədini tam icra etməmişdir. Hazırda onun 2800 manat borcu vardır. Hazırda tələbkar borcun tam ödənilməsini tələb edir. Borclu borcunu ödəməkdən yayındığı üçün inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsinin 8(049)-437/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-1685/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin icrası məqsədilə xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan borclu Şəxs ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 14 iyun 2024-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 21 oktyabr 2024-cü il tarixdə Lənkəran rayon məhkəməsinin 2(049)-1685/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 3(049)-994/2024 saylı xx.xx.2024cü il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 8(049)-437/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-1685/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin icrası məqsədilə xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan borclu Şəxs ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 21 aprel 2025ci il tarixdə Lənkəran rayon məhkəməsinin 2(049)-1685/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədlərinə dair tələbkarlara cəmi 840 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 27 noyabr 2025-ci il saat 17:45-dən hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X3 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-855/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-855/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver