Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-858/2024 14.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X26, qərardan şikayət vermiş şəxs: X16, qərarından şikayət verilmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Lənkəran X24 baş məsləhətçi-əmək müfəttişi X11 iştirakı ilə, X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Lənkəran X24 10 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Lənkəran X24 10 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Əmək Müfəttişliyi Xidmətinin Lənkəran–X24 MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 192.4-cı maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Lakin hesab edir ki, onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olduğu nəzərə alınaraq mövcud qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ləkəran rayonu, Ləj kənd sakini X2 İnkişafı Xidmətinin 17 iyul 2024-cü il tarixili 270/k saylı əmri ilə Əmək Məcəlləsinin 74-ci maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə Osaküçə meşəbəyliyinin meşəbəyi vəzifəsindən azad olunmuşdur. X22 xx.xx.2019-cü il tarixindən xx.xx.2022- ci il tarixinədək meşəbəyi vəzifəsinin icrası ona həvalə edilməsi və müvəqqəti əvəz etməyə görə ödənişin ödənilməsi, 2009-cu il tarixindən 2018-ci il tarixindək məzuniyyət pulunun ona verilməsi bağlı əmək müfəttişliyinə müraciət etmişdir. X8 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2020, 2021, 2022- ci illər ərzində növbəti əmək məzuniyyətinə çıxmış, 31 mart 2022-ci il tarixində 67.5, 30 iyul 2024-ci il tarixində 35 gün istifadə etmədiyi məzuniyyyət günləri üçün ona son haqq hesab verilmişdir. Əmək müfəttişliyi tərəfindən Əmək Məcəlləsinin 61 -ci maddəsinin, 83-cü maddənin və 172 ci maddənin 4-cü hissəsinnin tələblərinin pozulması halı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsində nəzərdə tutulmuş xətaya səbəb olunması müəyyən edilmişdir. 1 saylı X28 Mərkəzi dövlət büdcəsi hesabına maliyyələşir. Mərkəzdə maliyyələşmə hər ayın sonuna açılır və əmk haqqı ilə bağlı tərtib olunmuş sənədlər ödəniş üçün X10 göndərilir. Məhkəmə iclasında iştirak edən X16 ərizəsində göstəriklərini təsdiq edib göstərdi ki, o, 01 noyabr 2023-cü il tarixdən 1 saylı X28 Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir, həmin tarixədək o, Mərkəzdə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. X22 17 iyul 2024-cü il tarixdə vəzifəsindən azad olunmuş və o, 18 iyul 2024-cü il tarixdə ona son haqq hesab verilməsi haqqında əmr imzalamışdır. Mərkəzdə maliyyələşmə hər ayın sonuna açılır və əmk haqqı ilə bağlı tərtib olunmuş sənədlər ödəniş üçün X10 göndərilir. X22 hazırda son haqq hesabı almışdır. Bundan başqa, X22 işlədiyi müddətdə, yəni 2009cu ildən 2024-cü il tarixədək olan aralıqda hər il əmək məzuniyyətinə çıxmışdır və bu hal müvafiq əmrlərlə təsdiq edilir. X17 eyni zamanda Osaküçə kəndində meşəbəyi vəzifəsinin icrası həvalə edilmiş, X8 bununla bağlı hər hansı ödəniş tələb etməmişdir. Hesab edir ki, onun hər hansı təqsiri yoxdur və buna görə şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Lənkəran X24 baş məsləhətçi-əmək müfəttişi X18 bildirdi ki, qanun vericilikdə işçinin işdən azad olunduqdan sonra onunla son haqq hesab edilməli olduğu göstərilmiş, həmin vaxt işəgötürənin dövlət büdcəsindən maliyyələşib və ya maliyyələşməməsi ayrılmamışdır. Eləcə də, 2019-2022-ci illərdə X5 meşəbəyliyi vəzifəsi həvalə edilsə də, ona həvalə edilmə ilə bağlı əmək haqqı verilməmiş, eləcə də X15 işlədiyi müddət ərzində onun məzuniyyət günləri düzgün hesablanmamışdır. Buna görə də, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 26 dekabr 2019cu il tarixli, 208 saylı Əmrdən göünür ki, X17 Osaküçə meşəbəyliyində meşəbəyi vəzifəsi həvalə edilmişdir. (Əmr direktor Şahin Cəfərov tərəfindən imzalanmışdır). İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2022-ci il tarixli 064/k nömrəli əmridən görünür ki, X15 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilmişdir. (Əmr direktor Aqil Babaşov tərəfindən imzalanmışdır). İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 05 aprel 2022-ci il tarixli, 115 saylı Əmrdən görünür ki, X5 meşəbəyliyində meşəbəyi vəzifəsinə (14-cü dərəcə ilə) təyin edilmişdir. (Əmr direktor Aqil Babaşov tərəfindən imzalanmışdır). İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 01 noyabr 2023cü il tarixli, 1343Ü nömrəli əmrdən görünür ki, X14 1 saylı X28 Mərkəzinin direktoru vəzifəsi həvalə edilmişdir. (Əmr Azərbaycan Respublikası Ekjologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli,Ş 270K nömrəli əmri ilə X9 Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən işdən azad edilmişdir. (Əmr Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov tərəfindən imzalanmışdır). İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 18 iyul 2024-cü il tarixli, 130k nömrəli Əmrdən görünür ki, X7 haqq hesab verilməsi və qanuna müvafiq şəkildə ödənilməsi təmin edilməsi barədə əmr imzalanmışdır. (Əmr 1 saylı X28 Mərkəzinin direktor əvəzi İxtiyar Cənnətov tərəfindən imzalanmışdır) İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 05 sentyabr 2024-cü il tarixli, “İcrası məcburi göstərişdən” görünür ki, Lənkəran rayon, Ləj kənd sakini X4 meşəbəylikləri üzr baş mütəxəsis vəzifəsində işlədiyi halda işəgötürən xx.xx.2019-cu il tarixli 208 nömrəli əmri ilə ona Osaküçə müşəbəyliyinin meşəbəyi vəzifəsinin icrası həvvalə edildiyi dövrlərə görə əlavə əmək haqqından ödənilməməsini və işəgötürənin xx.xx.2022-ci il tarixli 064/k nömrəli əmri olə Fədail Məmmədovun əmək müqaviləsinə xitam verilən zaman ona istifadə etmədiyi məzuniyyət illərinə görə pul əvəzinin ödənilməsini təmin edib nəticəsi barədə 30 gün müddətində X27 Xidmətinin Lənkəran– Astara regional şöbəsinə verilməsi tələb edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 Əmək Məcəlləsində müəyyən edilmiş qaydada həvalə edilmiş vəzifəyə görə əlavə əmək haqqı verilmədiyinə, son haqq- hesab ödənilmədiyinə və istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənişlər ödənilmədiyinə görə X16 tərəfindən İXM-nin 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 10 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzabati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, işəgötürən AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X13 Əmək Məcəlləsində müəyyən edilmiş qaydada həvalə edilmiş vəzifəyə görə əlavə əmək haqqı verilmıdiyinə, son haqq- hesab ödənilmədiyinə və istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənişlər ödənilmədiyinə görə X16 tərəfindən inzibati xəta törədilmiş və İXM-nin 192.4-ci maddəsi ilə barəsində 700 manat məbləğində inzibati tənbeh tədbri tətbiq edilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Lənkəran X24 10 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, X16 İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə 3 əsasa görə cəlb edilmişdir. Birinci əsas kimi- X7 haqq hesabın verilməməsi; ikinci əsas- X17 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək həvalə edilmiş vəzifəyə görə əmək haqqının verilməməsi; üçünücü əsas -xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin verilməməsi. İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172-ci maddəsinin qeydində göstərilir ki, Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə, ilk öncə qeyd etməyi zəruri hesab edir ki, X17 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək həvalə edilmiş vəzifəyə görə əlavənin ödənilməməsi və xx.xx.2022-ci il tarixdə işdən çıxarılan zaman istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməməsi əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilməlidir və bu pozuntu inzibati xəta tərkibini yaradır. Lakin törədilmiş inzibati xəta əməlinin hazırda barəsində inzbati xəta haqqında icraat aparılan şəxs, yəni X14 aidiyyatı olması məhkəmədə təsdiqini tapmamışdır. Yuxarıda şərh edildiyi kimi X14 1 saylı X28 Mərkəzinin direktoru vəzifəsi 01 noyabr 2023-cü il tarixdə həvalə edilmişdir. Onun barəsində tərtib edilmiş 10 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda isə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci illərdə baş vermiş inzibati xətalar göstərilmiş və hansı ki, həmin əməllərin törədilməsi zamanı X16 tərəfindən hər hansı əmr imzalanmamışdır. Yuxarıda şərh edildiyi kimi X22 barəsində əmrlər müvafiq olararaq 2019-cu ildə direktor Şahin Cəfərov, 2022-ci ildə isə direktor Aqil Babaşov tərəfindən imzalanmışdır. Hazırda isə X16 həmin şəxslərin, yəni özündən qabaq həmin vəzifənin icra etmiş Şahin Cəfərov və Aqil Babaşovun imzaladığı əmrlərə inzibati məsuliyyətə görə cəlb edilmişdir. Məhkəmə hesab edir ki, şəxs vəzifəyə təyin edilməmişdən əvvəl, yəni ondan əvvəl həmin vəzifəni icra edən şəxs tərəfindən yol verilmiş hər hansı inzibati, əmək, maddi və cinayət əməllərinə görə məsuliyyət daşıya bilməz. Şəxs vəzifədə olduğunu, həmin vəzifəni icra etdiyi, özü tərəfindən imza etdiyi, vəzifə səlahiyyətləri daxilində yol verdiyi hər hansı hərəkətə görə məsuliyyət daşımalı və buna görə məsuliyyətə cəlb edilməlidir. Hazırda qeyd edilən əməllərə mübasibətdə isə X12 hər hansı subyektiv münasibəti olmamış, həmin əməllərin törədilməsi zamanı onun sübuyektiv cəhətdən hər hansı iradəsi, istəyi və ya arzusu ilə əhatə edilməmişdir. İnzibati xəta üzrə məsuliyyətin yaranması əsaslarından biri kimi də subyektiv cəhət təşkil edir ki, hazırda qeyd olunan əməllər üzrə X1 cəhəti təşkil edən hər hansı əmələ yol verməməsi mümkünsüz olduğundan məsuliyyəti istisna edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X17 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilədək həvalə edilmiş vəzifəyə görə əmək haqqının verilməməsi və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi zamanı istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin verilməməsi əsasları ilə X16 hər hansı inzibati məsuliyyətə cəlb oluna bilməz və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə xitam verilməlidir. Məhkəmə, X12 inzibati məsuliyyətə cəlb edilmə əsaslarından biri kimi X17 xx.xx.2024-cü il tarixdə işdən azad olunduqdan son haqq hesabın verilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda görünüdüyü kimi, xx.xx.2024-cü il tarixidə X22 işdən azad edilmiş və 18 iyul 2024-cü il tarixdə ona son haqq hesab verilməsi və qanuna müvafiq şəkildə ödənilməsi təmin edilməsi barədə əmr imzalanmışdır. Yəni, işəgötürən kimi X16 tərəfindən öz vəzifəsinə uyğun olaraq hərəkətlər edilmişdir. X6 qanunda nəzərdə tutulmuş son haqq hesabın faktiki olaraq həmin gün ödənilməməsi isə X12 məsuıiyyətinə aid edilməməlidir ki, bu Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsində də göstərilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, X17 əmək haqqının hər ayın 5dən gec olmayaraq verilməsi razılaşdırılmışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin xx.xx.2018ci il tarixli, 374Ü nömrəli əmrindən görünür ki, Lənkəran X25 Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.6-cə bəndinə əsasən xidmətin saxlanılma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Həmin Əsasnamənin 3.0.33-cü bəndinə əsasən fəaliyyətinin təşkili ilə bağlı ayrılan dövlət büdcəsi vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək Xidmətin vəzifəsidir. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli, 203 və 204 nömrəli ödəniş tapşırıqlarından görünür ki, dövlət büdcəsi tərəfindən 1 saylı X25 Mərkəzinə ödənişlər edilmişdir. İş materiallarında olan 1 saylı X25 Mərkəzinin rəis müavi Cabbar Qəribovun məktubundan görünür ki, 1 saylı X25 Mərkəzi dövlət büdcəsindən maliyyələşir və bu səbəbdən də maliyyələşmə ayda bir dəfə hər ayın sonunda həyata keçirilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X17 xx.xx.2024-cü il tarixdə işdən çıxarılması ilə bağlı son haqq hesabın verilməsində X16 tərəfindən hər hansı qanun pozuntusuna verilməmiş, onun əməlində hər hansı inzibati xəta tərkibi yaradacaq hərəkət yoxdur və bu əsasa görə onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması nzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. İXM-nin 53-cü maddəsinin 1-ci bəndində göstərilir ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X16 barəsində 10 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Lənkəran X24 10 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-858/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-858/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver