Məhkəmə qərarları › İş №3(049)-86/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-86/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-86/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Lənkəran rayonun Veravul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:********) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə müəyyən etdi̇ : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ ******* nömrəli protokol qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, törədilmiş inzibati xəta hadisəsinə Şəxs aidiyyatı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş EQ ******* nömrəli protokola “AsanPay” X2 baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd olunan EQ ******* sayli protokol digər şəxs – X3 aiddir. Bundan başqa, Şəxs məxsus FİN nömrəsi ilə axtariş zamani Şəxs adina hər hansi inzibati cərimənin olmasi müəyyən edilməmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan da məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsinin Şəxs aidiyyatı yoxdur. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar