Məhkəmə qərarları › İş №3(049)-861/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-861/2025

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-861/2025 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Hüquqi şəxs “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixdə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində EP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən «X3» MMC 11390 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023cü il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 11390 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Azərbaycan Respublikası Mərkəzi Bankına və barəsində protokol tərtib edilmiş «X3» MMC məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, Bank, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, bu barədə sübutları təqdim etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. «X3» MMC məhkəməyə ərizə və sübutunu elektron poçt vasitəsilə göndərərək materiala iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən məhkəmə iclasının onların nümayəndələrinin iştirakları olmadan keçirilməsini qanunamüvafiq hesab etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 Cəmiyyətlərinin əməlində inzibati xətanın tərkibi olmadığını bildirib göstərmişdir ki, köçürdükləri avans müqabilində 2 il müddətinə malların Azərbaycan Respublikasına idxal olunmamasında şirkətlərinin təqsiri yoxdur. Belə ki, dəfələrlə türk şirkətinə müraciət edib, malların vaxtında Azərbaycana göndərilməsini tələb etsələr də, türk şirkəti iflas olduğundan onların tələblərini yerinə yetirə bilməmiş, onlar məcburiyyət qarşısında qalaraq türk şirkətini məhkəməyə vermişlər. Bundan sonra türk şirkəti yaxın vaxtlarada malları Azərbaycana idxal edəcəklərinə söz verdiklərindən, ərizələrini məhkəmədən geri götürmüşlər. Onlar ərizələrini geri götürdükdən sonra türk şirkəti xx.xx.2026-cı il tarixdə 9760 ABŞ dolları məbləğində malları Azərbaycana göndərmiş, bu barədə kömrük bəyənnaməsini məhkəməyə təqdim edir. Qalan 1630 ABŞ dolları məbləğində malı türk şirkəti bir iki ay ərzində Azərbaycan Respublikasına göndərməyi öhdələrinə götürmüşlər. Bu barədə sübutunu gələn məhkəmə iclasında təqdim edəcəy və buna görə də, məhkəmə iclasını təxirə salınmasını xahiş edir. Məhkəmə, iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə “X4” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X4” MMC 11390 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü ildə tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11390 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli sənədin surətindən görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixdə 11390 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “Yavuz Ferforje ve Demir Tic. San. A.S.” şirkətinin hesabına həmin şirkətlə bağlanmış xx.xx.2023-cü il tarixli 10/0923 saylı müqaviləyə əsasən malların alınması üçün qabaqcadan ödəniş etməklə köçürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2025-ci il tarixli RB-02/5181-25 saylı məktubundan görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə 11390 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin iki il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. “X3” MMC-nin nümayəndəsi tərəfindən bundan əvvəl keçirilmiş məhkəmə iclasında məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli 10/0923 saylı müqaviləyə əsasən “X3” MMC-ə ümumi çəkisi 7429.53 kg., invoys dəyəri 9760 ABŞ dollar, gömrük dəyəri 17782 manat (yəni 10460 ABŞ dollar) olan mal idxal olmuşdur. “Yavuz Ferforje ve Demir Ticaret ve Sanayi A.Ş”-nin "X3" MMC -yə ünvnlanmış cavabdan görünür ki, xx.xx.2023 tarixli 10/0923 nömrəli müqaviləyə əsasən, "X3 MMC tərəfindən “Yavuz Ferforje və Demir Ticaret və Sanayi A.Ş.” şirkətinə 11,390.00 USD məbləğində avans ödənişi edilmişdir. Bu məbləğ qarşılığında, müqavilədə göstərilən malların iki il ərzində təhvil verilməsi tələb olunurdu. Bildirirlər ki, şirkətləri iflasa və ağır maliyyə vəziyyətinə görə malları vaxtında çatdıra bilməmişdir. "X3" MMC-nin Türkiyədəki nümayəndəsi, malların təhvili və ya məbləğin geri ödənilməsi üçün dəfələrlə onlara və hətta məhkəməyə də müraciət etmişdir. Lakin, maliyyə vəziyyətləri pis olması səbəbindən, malların heç birini vaxtında təhvil verə bilməmişlər. 2026-cı ilin fevral ayından etibarən maddi vəziyyətləri yaxşılaşmağa başlmış və 9760 USD məbləğində malları "X3" MMC-yə göndərə bilmişlər. Qalan 1630 USD məbləğində olan malı 1 və ya 2 ay ərzində göndərməyi öhdələrinə götürürlər. Yuxarıdakılara göstərilənlərə əsasən, malların Azərbaycana gecikmədən göndərilə bilməməsinin onların səhvi olduğunu etiraf edirlər. Göründüyü kimi, Azərbaycan Respublikasından 11390 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödənilsə də, onun müqabilində türk şirkətinin təqsiri üzündən 2 il müddətində mallar Azərbaycan Respublikasına daxil olmamış, yalnız 2 il müddət ötürüldükdən sonra, xx.xx.2026-cı il tarixdə 9760 ABŞ məbləğində mal Azərbaycan Respublikasına daxil olmuş, qalan 1630 ABŞ dolları məbləğində mal hələlik Azərbaycana daxil olmamışdır. Türk şirkəti qalan 1630 ABŞ dolları məbləğində malı 1 və ya 2 ay ərzində Azərbaycan Respublikasına göndərməyi öhdələrinə götürmüşdür. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3cü yarımbəndinə əsasən “Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, “X3” MMC-nin xx.xx.2023-cü ildə tarixdə xaricə köçürdüyü 11390 ABŞ dolları məbləğində vəsaitin 9760 ABŞ dollarına alınan mallar hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikərək xx.xx.2026-cı il tarixdə idxal edilmiş, türk şirkəti qalan 1630 ABŞ dolları məbləğində malı 1 və ya 2 ay ərzində Azərbaycan Respublikasına göndərməyi öhdələrinə götürmüşdür. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, “X3” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati inzibati xəta haqqında protokola əsasən “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar