Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-862/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 müdafiəcisi Vəkil tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdim: X1 müdafiəcisi Vəkil (sonuncu özünü İXM-nin 65-ci maddəsinin tələblərinə zidd olaraq nümayəndə qismində göstərmişdir) Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025ci il tarixli qərarından Lənkəran Rayon Məhkəməsinə şikayət vermiş və həmin şikayət məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Hesab edirəm ki, şikayət X1 müdafiəcisi Vəkil geri qaytarılmalıdır. Belə ki, şikayətçi X1 müdafiəcisi Vəkil tərəfindən mübahisələndirlən qərarın elektron poçt ünvanına xx.xx.2025-ci il tarixdə göndərildiyi göstərilsə də, bu faktı təsdiqləyən sübutunu şikayətinə əlavə etməmiş, buna görə də şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bildirirəm ki, qəbul edilmiş sözügedən inzibati tənbeh vermə haqqında qərarın şikayət vermiş şəxs tərəfindən nə vaxt əldə edildiyi məlum deyil və bu halın təsbit edilməsi qərardan şikayət vermə müddətinin axımının nə zamandan müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş material natamam olmaqla həmin çatışmamazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Məhkəmə göstərilənləri və İXM-nin 109-cu maddəsinin tələblərini rəhbər tutub qərara aldım: Səhiyyə Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 müdafiəcisi Vəkil tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-862/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-862/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver