Məhkəmə qərarları › İş №3(049)-863/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-863/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-863/2023 17.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədirliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Şəxs barəsində inzibati xəta haqqında materialı Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Materialdan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin tibbi müayinədən imtina etmişdir. Bu səbəbdən onun barəsində Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə 31 mart 2023-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İşin məhkəmə baxışında iştirak edən Şəxs izahatında bildirmişdir ki, 31 mart 2023cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri ərazisində “Ləvəngi” dairəsində idarə etdiyi VAZ-21015 markalı avtomaşınla hərəkətdə olarkən Yol Patrul Xidməti əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona sərxoşluq müayinəsindən keçməyi təklif etmişlər və o, da bununla razılaşaraq onlarla birlikdə Lənkəran şəhər Narkoloji Xəstəxanasına getmişdir. Xəstəxanada sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Səbəbini də onunla izah etmişdir ki, 1 ay əvvəl də polis əməkdaşları onu həmin xəstəxanaya sərxoşluq müayinəsinə aparmışdırlar və 45 gün keçməmiş o, təkrar müayinə edilə bilməz. Hazırda səhv etdiyini başa düşür, əməlindən peşmandır və ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 000793 nömrəli 30mart 2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müyinəsi” aktından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsinin keçirilməsindən imtina etmişdir. Bu hal Şəxs polisdə yazdığı izahatından da müəyyən edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs etdiyi əməldən peşman olduğu məhkəmə tərəfindən iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar