Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-865/2023 04.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Zərərçəkmiş şəxs iştirakları ilə 20 avqust 1990-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu Hirkan qəsəbəsində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Yol Patrul Xidməti Alayı tərəfindən məhkəməyə təqdim olunmuş 28 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Hakim Şahbazovun «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, 10 dekabr 2022-ci ildə saat 15:00 radələrində X1 hüququ olmadan idarə etdiyi « Audi 80» minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə köhnə Ələt- Astaralran sərhədi yolunun Lənkəran rayonu Hirkan qəsəbəsi ərazisindən keçən 215-ci kilometrliyndə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən qabaqda eyni istiqamətdə hərəkətdə olan sürətini dayanma həddinə kimi azaltmış minik avtomobilin arxasına çatdıqda sola manevr edib əks hərəkət zolağına çıxmış, bu zaman əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs etibarnamə olmadan idarə etdiyi «VAZ- 21063» minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X3 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq avtomobillərin toqquşması nəticəsində zərər çəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir və ona maddi zərər vurulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, qeyd etmişdir ki, sürücülük vəsiqəsi yoxdur və heç vaxt almamışdır. 10 dekabr 2022-ci ildə etibarnamə əsasında ona etibar edilmiş «Audi» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Lənkəran rayonu Parakənd kəndinin ərazisində yerləşən yanacaq doldurma məntəqəsindən çıxıb köhnə Ələt-Astara yolu ilə Ələt qəsəbəsi istiqamətinə, yəni yaşadığı Lənkəran rayonu Hirkan qəsəbəsinə yola düşmüşdür. Ələt qəsəbəsi istiqamətində avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir və bu zaman qabaqda eyni istiqamətdə hərəkətdə olan Mercedes Benz markalı avtomobil sürətini azaltıdığı üçün həmin avtomobillə toqquşmamaq üçün qarşı yola çıxmışdır, təxminən 10-15 metr məsafədə qarşı yolla əks istiqamətdə hərəkətdə olan, VAZ-21063 markalı avtomobilin gəlib sağa Xanbulan su hövzəsinə gedən yola döndüyünü görmüşdür və həmin anda ayağını əyləcə qoyub tormoz vermişdir. Lakin avtomobili sürüşərək sola istiqamətlənib sağa dönmək istəyən VAZ-2106 markalı avtomobillə toqquşmuşdur. Həmin VAZ-2106 markalı avtomaşının sürücüsü olan Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyandan heç bir vəsaiti hələ ki, ödəməmişdir. Zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, 10 dekabr 2022-ci ildə saat 14 radələrində özünə məxsus olan VAZ-2106 markalı avtomobili idarə etməklə Lənkəran rayonu Şürük kəndindən çıxıb köhnə Ələt- Astara yolu ilə Astra istiqamətinə, yəni yaşadığı Lənkəran rayonu Daşdatük kəndinə yola düşmüşdür və kənd yoluna dönərkən əks istiqamətdə hərəkət edən «Audi» markalı, 42- BA-942 dövlət qeydiyyat nişanlı avtomobil ötməyə çıxdığından üstünə gəlib onun avtomaşını ilə toqquşmuşdur. Hadisə nəticəsində bədən xəsarəti almışdır və mülkiyyətində olan avtomaşınına 2497 manat maddi ziyan dəymişdir. Rüfət Abdullayev ona dəymiş maddi ziyandan heç bir vəsait ödəməmişdir. O, Rüfət Abdullayevə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı, onun özünün və zərərçəkmişin zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “1245” saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətin sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, “VAZ-2106” markalı, **-CD-*** dövlətqeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir və yol qəza hadisəsi zamanı həmin avtomaşına dəymiş ziyanın ümumi məbləğinin 2497 manat olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi mövcuddur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər”. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Yol Patrul Xidməti Alayı tərəfindən məhkəməyə təqdim olunmuş 28 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xəta hadisəsi 10 dekabr 2022-ci il tarixdə törədilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar 23 dekabr 2022-ci ildə verilmişdir. Hazırki inzibati xəta haqqında material məhkəməyə 03 aprel 2023-cü il tarixdə təqdim olunub. Göründüy kimi, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edildiyi tarixdən 3 aydan çox vaxt keçib. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». İşin faktik hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edirəm ki, X3 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.3-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-865/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-865/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver