Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-866/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan şikayət vermiş şəxs X9 və qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərardan şikayət verilən şəxs Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinin yol nəqliyyat hadisələri inspektoru, polis kapitanı X2 iştirakları ilə, X6 onun barəsində Lənkəran ŞRPŞ DYPB-nin yol nəqliyyat hadisələri inspektoru, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsinə əsasən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X9 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsinə dair çıxarılmış inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049)-866/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün ötürülmüş prosessual müddət bərpa edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət icraata qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi «Hyundaı İ 30» markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə, güya xx.xx.2025-ci il tarixdə “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” əsasında barəsində Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı "İnzibati tənbeh vermə haqqında qərar" qəbul edilmişdir. Barəsində qəbul edilmiş qərarla razı deyil. O, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən avtomobili hərəkət etdirməmişdir. Belə ki, 10 noyabr 2025-ci il tarixdə «Hyundaı İ 30» markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əsas yola çıxarkən svetoforun qırmızı işığı yaşıl işıqla əvəz olunan kimi avtomobili hərəkət etdirmişdir. Lakin qarşıdan gələn avtomobilin hərəkət sürəti çox olduğundan avtomobili saxlaya bilməyib svetoforun qırmızı işığında keçərək idarə etdiyi avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verəndə artıq svetoforun ona münasibətdə yaşıl işığı, qarşı tərəfdən gələn avtomobilə münasibətdə isə qırmızı işığı yanırdı. Bu hallar videoçəkilişdə də öz əksini tapır. Qarşı tərəfin avtomobilində də videoqeydiyyat mövcuddür və o videoçəkilişdə də bu hal qeydə alınıb. Belə olan halda o deyil, qarşı tərəf Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozub. Lakin YNH inspektoru, polis kapitanı X3 bütün bu faktları görə-görə qərəzli olaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsi ilə 11 noyabr 2025-ci il tarixli, TP ******* saylı "İnzibati tənbeh vermə haqqında qərar” qəbul etmiş və onu 100 (bir yüz) manat cərimə etmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X2 "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, ТР ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan yuxarıda göstərilən əsaslara və səbəblərə görə ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X9 şikayəti müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X1 ŞRPŞ-də sərbəst şəkildə etirafedici izahat verdiyini, həmin izahatı verməyə onu heç kəsin məcbur etmədiyini, lakin barəsində qəbul edilmiş qərarla razı olmadığını bildirdi. Məhkəmə iclasında Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 şikayətin dəlillərini qəbul etmədi, hadisənin videogörüntüsünün olduğunu, Vüsal Hətəmovun şikayətinin dəlillərini formal mülahizələrdən ibarət olduğunu, hadisənin onun özünün təqsiri üzündən baş verməsini etiraf edən izahat verdiyini bildirərək, şikayətin təmin edilməməsini, tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 11 noyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 21:20-də Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində idarə etdiyi “Hyundai İ 30 minik” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYP YNH inspektoru, polis kapitanı X3 tərəfindən X6 barəsində tərtib edilmiş 11 noyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində protokol tərtib edilmiş X9 protokolla razı olduğunu, heç bir şikayətinin olmadığını bildirmişdir. X6 Lənkəran ŞRPŞ-də verdiyi izahatın məzmunundan görünür ki, o, xx.xx.2025-ci il tarixdə, saat 21:20-də Lənkəran şəhəri, “Raypo” adlanan ərazidə özünə məxsus “Hyundai İ 30 minik” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib şəhərin Şəhidlər Xiyabanı küçəsinə daxil olarkən tələsdiyi üçün svetoforun sarı işığında hərəkətini davam etdirib Şəhidlər Xiyabanı küçəsinə daxil olmuş, bu zaman yüksək sürətlə hərəkət edən digər **-CX-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokollarından görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman X9 və X4 alkoloq sərxoşluğu aşkar edilməmişdir. Həm şikayətçi Vüsal Hətəmov, həm də YPX inspektoru Coşqun Cəfərov tərəfindən məhkəməyə təqdim edilmiş hadisə zamanı şikayətçinin nəqliyyat vasitəsinin toqquşduğu X5 idarə etdiyi **-CX-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat nəqliyyat vasitəsində quraşdırılmış videoqeydiyyat cihazında qeydə alınmış videogörüntünün olduğu DVD-R diskindən görünür ki, hadisə zamanı şəhərin Şəhidlər Xiyabanı küçəsindən “Ləvəngi dairəsi” adlanan ərazisinə hərəkətdə olan nəqliyyat vasitəsi svetoforun yaşıl işığında keçdikdən sonra onun hərəkət istiqamətinə “Raypo” adlanan ərazidən yola doğru hərəkət etmiş “Hyundai İ 30 minik” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsindən görünür ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun svetofor siqnallarının mənalarından bəhs edən 59-cu maddəsinin 3-cü hissəsinin 1-6-cı bəndlərində qeyd olunmuşdur ki, 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb-sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Qeyd olunan Qanunun 59-cu maddəsinin 3-cü hissəsinin 2-4-cü bəndlərinin tələblərindən görünür ki, yaşıl rəngli işığın yanıb-sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər). Sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. Eyni zamanda həmin maddənin müvafiq hissəsinin 5-6-cı bəndlərində qeyd olunur ki, qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir, qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını hazırki işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəlir ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 21:20-də Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində idarə etdiyi “Hyundai İ 30 minik” markalı, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 3-cü hissəsinin 3-cü bəndinin (sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir) tələbini pozmuş, nəticədə ona istinad edilən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə, Vüsal Hətəmovun şikayətində göstərdiyi dəlillərə və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara, svetoforun hadisə baş verən gün düzgün işləməməsi, toqquşduğu nəqliyyat vasitəsinin sürətinin yüksək olması və s. tənqidi yanaşaraq bu qənaətə gəlir ki, həmin dəlillər özünümüdafiə xarakterli olmaqla subyektiv mülahizələrdən ibarətdir. Belə ki, V. Hətəmov polis şöbəsində verdiyi və məhkəmə iclası zamanı elan edildiyi izahatında hadisə baş verən zaman tələsdiyi üçün svetoforun sarı işığında hərəkətini davam etdirdiyini bildirmişdir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 3-cü hissəsinin 3-cü bəndi isə sarı rəngli işığın yanması zamanı hərəkəti qadağan edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, X6 barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinin yol nəqliyyat hadisələri inspektoru, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, ТР ******* nömrəli qərar qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. X6 barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinin yol nəqliyyat hadisələri inspektoru, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ТР ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-866/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-866/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver