Məhkəmə qərarları › İş №3(049)-867/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-867/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-867/2025 02.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi Məmməd Əhmədov, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 4 azyaşlı uşağı olan, orta təhsilli, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Cəlilabar rayonu Məmmədrzalı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Lənkəran rayonu İstisu qəsəbəsində yaşayan Şahid arasında Lənkəran rayonu İstisu qəsəbəsində baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirdiyinə görə Şəxs barəsində Lənkəran ŞRPŞ tərəfindən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Lənkəran ŞRPŞ-in İTB-in sahə rəisi Məmməd Əhmədov tərtib etdiyi protokolu müdafiə edərək Zərərçəkmiş şəxs və digərlərinin müraciəti üzrə Lənkəran ŞRPŞ-də araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edildiyini, ardınca isə inzibati icratın başlanması üçün materialların İTB-yə göndərildiyini və bunun əsasında protokol tərtib edildiyini bildirib, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, yoldaşının Əminə adlı qadınla əlaqəsi olduğundan sonuncu onların evinin küçə qapısının önünə gələrək onun yoldaşı ilə mübahisənin səsinə evdən çıxmış və onların mübahisə etdiyini və Əminənin qapıya daş atdığını, daşın birinin də onun uşağının başına dəydiyini görmüşdür. Bundan sonra məsələni aydınlaşdırmaq üçün küçə qapısının önünə, Əminə adlı qadının yanına gəldiyi zaman sonuncu onu itəlmiş və onun başı divara dəymiş, o da özünü müdafiə etmək üçün tam olaraq dəqiq xatırlamasa da, mübahisə zamanı əli ilə Əminənin başına, belinə vurmuşdur. Ona da həmin vaxtı xəsarət yetirilsə də, ekspertizadan keçməmişdir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Sevinc adlı şəxsin yoldaşı Əziz adlı şəxslə bir il öncəsinədək ər-arvad münasibətləri olmuşdur. İnəyini sataraq Əzizə 5 min manat borc pul vermiş, Əziz də toy edib, pulu ona qaytaracağını bildirsə də, qaytarmamışdır. Əzizin onun anasına da 3 min manat borcu olmuş, bununla bağlı Masallı RPİ-də işi olmuşdur. Əziz borcunu qaytaracağı üçün onu Lənkərana çağırmış, o, “Mayak” oteldə 6 gün qalmış və Əziz onu orada kilidli saxlamışdır. Otelinn sahibinin vasitəsilə qapının kilidini açdırmış və Əzizə zəng edərək borc barədə razılığa gəlməyə çalışmış, pensiya kartının ona verməsini və həmin kartdan 300 manat hər ay götürməyi təklif etdikdə Əziz qəbul etmiş, onu öz yaşadığı ünvana çağırmışdır. Axşam vaxtı ünvana getdikdə küçədə Əzizin gəldiyini və ardıyca da Sevinc və qardaşı Rakifin gəldiyini görmüşdür. Onlar ona bir növ oyun quraraq onu tutub döymüş, qulağındakı sırğanı şəxsə Şəxs onun qulağından cırıb çıxarmışdır. Şəxs barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid ifadəsində göstərmişdir ki, 09 sentyabr 2025-ci il tarixdə axşam 20 radələrində Əminəylə oteldəykən öz evinə işlərini həll etmək üçün qayıdacağını dedikdə sonuncu onunla arvadının yanına gedir deyə dalaşmış, bundan sonra o, Əminəni oteldə saxlayaraq özü evə qayıtmışdır. Evə gəldikdən bir az keçdikdən sonra oturub işlərini həll edərkən ilk növbədə masaya küçə ərazisindən daş atıldığını, daha sonra isə qapısına və həyətinə atıldığını görmüş, həmin vaxtı uşağına da daş dəymişdir. Nə baş verdiyini anlamaq üçün küçəyə çıxdıqda Əminəni görmüş, onlar danışarkən ilk yoldaşı, sonra isə bacısı arxasıca gəlmişdir. Həmin vaxt qadınlar bir-birilə mübahisə edərək, qarşılıqlı şəkildə bir-birilərini döymüşlər. Məsələni böyütməmək üçün bacısını və yoldaşını ekspertizaya aparmamışdır, amma sonuncular da xəsarət almışlar. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 ifadəsində göstərmişdir ki, axşam radələrində evdəykən bir qadının dəfələrlə küçədən maşınla keçdiyini görmüş, qardaşından həmin qadının kim olduğunu soruşduqda tanıdığını demiş, o da maşının videosunu çəkmişdir. Mübahisə ola biləcəyi ehtimalı ilə evə gəlib telefonu qoymuş, həmin vaxt onun anası ona küçədə Sevincin döyüldüyünü bildirmiş, o da dava məqsədi olmadan oraya getmişdir. Əminə onların evinə daş atmış, daşdan biri uşağın başına da dəymişdir. O həyətə düşüb onlara yaxınlaşan vaxtı Əminə ona əl-qol atmış, onları ağır təhqir etmişdir. Onu itələdiyinə görə əsəbləşərək Əminəyə şillə vurmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 051-634- 81-16 nömrəli telefonla DİN-nin 102 xidmətinə zəng edərək, Əziz Quliyev adlı şəxsə 5000 manat borc pul verməsi, pulunu geri istəməsi zamanı şəxsin onu döyməsi barədə məlumat vermiş, xəsarət almasını bildirmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli raportdan görünür ki, özünü təqdim etməyən şəxs ***-***-**-** nömrəli telefonla DİN-nin 102 xidmətinə zəng edərək, qışqıraraq başa düşmürsünüz ki, adam ölüb deyə bildirərək dəstəyi asmışdır. Əlaqə saxlanılsa da, cavab verməmişdir. Lənkəran ŞRPŞ-yə 09 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyülməsi faktına görə müraciət etmişdir. Lənkəran ŞRPŞ-yə Şahid xx.xx.2025-ci il tarixdə verdiyi ərizədə göstərmişdir ki, 09 sentyabr 2025-ci il tarixdə qeyri-rəsmi münasibəti olan Zərərçəkmiş şəxs onun yaşadığı evə gəlmiş, evdən çıxmadığına görə həyat yoldaşı və bacısı Günəşlə mübahisə edib, döymüşlər. Lənkəran ŞRPŞ-yə Şəxs xx.xx.2025-ci il tarixdə verdiyi ərizədə göstərmişdir ki, 09 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə yoldaşı arasında münahisədə döyüldüyünü bildirmiş və məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Lənkəran ŞRPŞ-yə Zərərçəkmiş şəxs 10 sentyabr 2025-ci il tarixdə verdiyi izahatda göstərmişdir ki, Qeyd olunan ünvanda hazırda oteldə müvəqqəti yaşayır, evlidir, 2 övlad anasıdır. Hal-hazırda heç bir yerdə işləmir. 2 il bundan əvvəl mobil telefonuna sonradan tanıdığı Əziz Quliyev zəng edib, səhv düşdüyünü demiş, bu minvalla onlar tanış olub mobil telefonla əlaqə saxlayıb tanış oldular. 2 il ərzində onunla Lənkəran şəhərində görüşüb gəzmişlər, bu görüşdən aralarında heç bir cinsi əlaqə olmamışdır. Lakin o ona demişdir ki, haçan dini yolla kəbin edib, onda ər-arvad münasibəti kimi yaşayarlar. 2025-ci ilin aprel ayında Əzizlə mobil telefonla əlaqə zamanı, Əzizə demişdir ki, dana satır, Əziz ona demişdir ki, “mən qurban kəsirəm, dananı mənə ver, malı kəsim sənin pulunu verərəm” o da ona dananı 1500 manata satacağını demiş, o da onunla razılaşdı. Həmin ayı Əziz özü ilə qazel tutub Cəlilabadda olan evinə gəlib dananı maşına yükləyib evinə aparmış, dananı kəsmiş, dananı kəsdikdən sonra Əzizə dəfələrlə dananın pulunu verməsini desə də, günügündən onu ələ salıb pulunu verərəm deyib ələ salmışdır. Cəlilabadda çiyələk bağında işlədiyi müddətdə Əziz ondan borca pul istəmiş, onun plastik kartı onda olduğu üçün, həmin hesaba hissə-hissə 2150 manat pul köçürmüşdür. Bakı şəhəri Sabunçu rayonunda işlədiyi müddətdə Əzizlə telefon əlaqəsi saxlamış, pulunu verməyi və anasının dananın pulunu istədiyini demiş, Əziz ona demişdir ki, sən çıx gəl Lənkərana sənə ev tuturam, burda yaşayarıq sakit. O da ona ondan ayrılmaq istədiyini demiş və mobil telefonunu söndürmüşdür. Əziz də onun şəklini Tik-Tok sosial şəbəkəsində paylaşaraq onu rüsvayedici sözlər yazdığı üçün, onun barəsində DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bu məlumatdan sonra Əziz Lənkərandan çıxıb, Bakı şəhərində yaşadığı evinə gəlmiş, onu hədələyərək, yenidən 102 xidmətinə zəng edib şikayətini geri götürməsini tələb etmiş, o da məcbur olub yenidən 102 xidmətinə zəng edib şikayətini geri götürmüşdür. O, Bakı şəhərindən yaşadığı Lənkəran rayonuna geri qayıtmış, ona da 2 günə öz yaşadığı Lənkəran rayonuna gətirəcəyini deyib getmişdir. Onlar öz aralarında mobil telefonla razılaşmışlar, o onu Lənkəran şəhəri Səttarxan küçəsində yerləşən hotelə aparmışdır. Əziz ona oğluna toy edəcəyi üçün ona pul borca verməyini demiş, o da qohumuna kart hesabına 1360 manat pul köçürməyini demiş, qohumu da 1360 manat pulu xx.xx.2025-ci il tarixdə hesaba pul köçürmüşdür. Ondan aldığı pulla öz evinin həyətinin giriş hissəsinə darvaza qoymuşdur. xx.xx.2025-ci il tarixdə mobil telefonla Əzizlə danışarkən aralarında sözlü mübahisə baş vermiş, baş vermiş mübahisədə ona, ümumilikdə, 5000 manat pul borca vermiş, pulunu verməyi və çıxıb Lənkərandan gedəcəyini bildirdikdə Əziz də onu ölümlə hədələyərək heç yerə gedə bilmərsən demişdir. O da onun işlədiyi iş yerinə getmiş, pulunu tələb etmiş, o ona təpik vurub yerə yıxmış, bundan sonra o da onu götürüb Kapital Banka özü ilə aparmışdır ki, gedib kredit götürər onun pulunu versin. Bu zaman onun halı pis olmuş, Əziz onu bankdan götürüb hotelə aparmış, ona demişdir ki, gedirəm 2 günə gələrəm. O da getmiş, o, həmin günü saat 21 radələrində Əzizin yaşadığı Lənkəran rayonu İstisu qəsəbəsinə getmiş, ona zəng etmiş və mobil telefona sms yazmış, evdən çıxıb ona yemək alması üçün 5-10 manat pul verməsini demiş, Əziz həyətdən çıxmış, onun ardıyca Əzizi həyat yoldaşı Sevinc, bacısı Günəş və qardaşı Rakif gəlib döyüb, ünvanına nalayiq küçə söyüşləri söyüb üzünə və bədəninin müxtəlif yerlərinə təpik yumruq vurub yerə yıxmışlar. Lənkəran ŞRPŞ-yə xx.xx.2025-ci il tarixdə X5 verdiyi izahatda göstərmişdir ki, evlidir, 6 övlad atasıdır. Dost iş mərkəzində işləyir, aldığı məvaciblə ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs şifahi tanımışdır. Onun qardaşı Əzizlə münasibətləri olduğunu bilmişdir. Qardaşı Əzizlə bir həyətdə yaşasa da, ayrı-ayrı evlərdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə o, kənd çayxanasından çıxıb evinə gələndə, məhəllədə qonşular yığışdığını görmüş, orada olanlardan nə baş verdyini soruşmuş, Əminə ilə qardaşı Əziz arasında mübahisə baş verdiyin demişlər, o da həyətə girmiş, demişlər ki, polisə şikayət ediblər indi polis gələr. O da heç bir söz demədən polisin gəlməyini gözləmişdir. Əziz və onun arvadı Sevinc, bacısı Günəşlə Əminə aralarında baş vermiş mübahisədə orada olmamışdır. Əminəni də döyməmişdir. Sonradan Əminənin avtomobil yolunun kənarında nalayiq küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşıb, əlindən tutub söyüş söyməməsini deyib, həyətə aparmaq istəmişdir. Əziz, Sevinc, Günəş ilə Əminə arasında baş vermiş mübahisədə orada olmamışdır. Əminə ilə mübahisə etməmişdir, döyməmişdir. Ətrafda qonşular olmuşdur. Lənkəran ŞRPŞ-yə xx.xx.2025-ci il tarixdə Şəxs Cəzail qızı verdiyi izahatında göstərmişdir ki, qeyd olunan ünvanda ailəsilə birlikdə yaşayır, 2011-ci ildə X6 ilə evlənib ailə həyatı qurmuş, birgə nigahdan 6 övladı olmuşdur. Evdar qadınıdır. Zərərçəkmiş şəxs 8 ay bundan əvvəl onun həyat yoldaşı ilə bir dost kimi danışdığını bilmiş, sonradan Əzizin mobil telefonunda Əminə ilə sevgi məcarası sms yazışmalarını görmüş, bu səbəbdən həyat yoldaşıla aralarında mübahisələr baş vermişdir. Özü də bilmədən Əminə onun mobil telefon nömrəsinə zəng edib, həyat yoldaşı Əziz üçün bir arvad olmadığını demiş, bu söhbətlər zəminində aralarında sözlü mübahisə baş vermişdir. xx.xx.2025-ci il tarixdə fərdi yaşadığı evində həyat yoldaşı Əziz, baldızı Günəşdə birlikdə idilər, həmin ərəfədə evlərinin qarşısından keçən avtomobil yolundan Əminə taksi ilə gəlib keçəndə həyat yoldaşı Əzizə mobil telefonla zəng edib, çölə çıxmasını demiş, Əziz də həyətdən çölə çıxmadığı üçün Əminə xırda daş götürüb evlərinə tərəf atmış, xırda daşlardan biri körpənin başına dəymiş, Əziz də həyətdən çölə çıxmış, o da onun ardıyca getmişdir. Əminəni avtomobil yolunun kənarında görmüş, ona yaxınlaşmış, niyə daşı atıb gəlib övladına dəydiyini deyərək ona yaxınlaşıb onu vurmaq istəyəndə, o, başlayıb dırnağı ilə üzünü çırmağa, sağ çiyninə vurmuş və onu itələmişdir. Bu zaman başı hasara dəymiş, həmin an baldızı Günəş onların yanına gəlib, baldızını onu vuranda Günəş onu boynundan vurmuş, həmin an həyat yoldaşının onun harasına vurduğunu bilməmişdir. Baş vermiş mübahisədə qonşuları gəlib onları aymışdır. Mübahisə 10-15 dəqiqə davam etmişdir. Az yaşlı oğlu da heç bir xəsarət olmadığı üçün ekspert müayinəsinə aparmaqdan imtina etmişdir. Lənkəran ŞRPŞ-yə xx.xx.2025-ci il tarixdə X2 verdiyi izahatda göstərmişdir ki, ailəsilə birlikdə yaşayır, bir övladı var, heç yerdə işləmir. Zərərçəkmiş şəxs tanımır, xx.xx.2025-ci il tarixdə evdə olarkən qardaşı Əziz ona demişdir ki, Əminə gəlib, maşınla məhəllədən keçir, o bunun səbəbini qardaşından soruşduqda qardaşı ona bildirmişdir ki, Əminə onunla getməsini və boşanmasını iistəyir. O da bu zaman onu telefona çəkmiş, bundan sonra Əminə yenidən küçəyə gəlib, daş atmağa başlamış, daşın biri Əzizin uşağının başına dəymişdir. Qardaşı küçəyə çıxmış, mübahisə başlamış, bundan sonra o, onları ayırmaq üçün küçəyə çıxdıqda Əminə, gəlini vurub yerə yıxdığı üçün yaxasından tutub, kürəyinə 2-3 şillə vurmuş, Əminə nalayiq sözlər dediyi üçün Əziz ona 2-3 şillə sifətinə vurmuş, həmin an qonşuları gəlib, onları ayırmışlar. Əminə ilə gəlini Sevinci arasında olan mübahisə vaxtı sinəsinə vurub, döymüşdür. Kürəyinə vurmuşdur. Sevinc Əminəni döymüşdür. Əziz Əminənin üzünə şillə vurmuşdur. Ətrafda qonşular olmuşdur. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olan və Lənkəran şəhərində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli telefonla DİN-nin 102 xidmətinə zəng edərək, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində qeyri-rəsmi yaşadığı Quliyev Əziz adlı şəxsin onu döyməsini bildirmişdir. Vətəndaş, həmçinin ona verdiyi 5000 manat pulu geri qaytarmamasını bildirmişdir. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Lənkəran rayonu Vilvan kəndində yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs barəsində Lənkəran şəhər-rayon polis şöbəsinin Növbətçi Hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati icraatla əlaqədar Daxili İşlər Nazirliyinin X1 hazırkı günə kimi hər hansı bir əlilliyinin olub-olmaması barədə elektron sorğu aparılmış və alınmış cavabda xx.xx.2025-ci il tarixədək Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhəti təkcə zərərçəkmiş şəxsin döyülməsini deyil, zorakı həkətlərlə zərərçəkmiş şəxsə qəsdən fiziki ağrı yetirmədə də ifadə olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar aşağıdakıları qeyd edir: İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsi və himayəsində az yaşlı uşaqlarının olması onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar