Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-869/2022 23.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8, zərərçəkmiş şəxs: X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, “Azpetrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən, Lənkəran rayonu, Seoaradi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq,, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 23 sentyabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X4 18 iyul 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2022-ci il tarixdə Lənkəran şəhəri, Mərkəzi Bazar ərazisində həmkəndlisi X3 döyərək xəsarət yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X8 izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, özünü tam təqsirili bilir, törətdiyi əməldən çox peşmandır. Hazırda “Azpetrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir, hadisə zamanı isə Lənkəran Mərkəzi Bazarı- Separadi kəndi üzrə işləyən marşrut avtobusunda sürücü köməkçisi işləmişdir. Cəvahir Məmmədova həmkəndlisidir, onunla münasibəti həmişə yaxşı olmuş, aralarında hər hansı narazılıq olmamışdır. 08 iyul 2022-ci il tarixdə, saat 13 radələrində köməkçisi işlədiyi marşrut avtobusu ilə Lənkəran Mərkəzi Bazarına daxil olduqda Cəvahir Məmmədova əlində torba ilə avtobusa yaxınlaşıb, avtobusu saxlatdırmaq üçün əli ilə möhkəm formada pəncərəyə vurmuşdur. Cəvahirə avtobusun pəncərəsinə yavaş vurmasını demişdir. Sözü Cəvahirin xoşuna gəlmədiyi üçün onunla mübahisə etməyə başlamışdır. Cəvahir avtobusa daxil olduqda onunla mübahisəsinə davam edib, üstünə gəldiyi ücün əli ilə onun əlinə yüngül formada vurub, ondan uzaqlaşmasını bildirmişdir. Cəvahir onu vurduğunu, onu döyməyi ilə bağlı barəsində şikayət edəcəyini demiş və sonra avtobusda arxa oturacaqda əyləşmişdir. Cəvahir Separadi kəndinə getdiyi yerə kimi ünvanına kobud sözlər desə də ona qarşılıq verməmişdir. Cavahir Seoaradi kəndində avtobusdan düşdükdə də ondan şikayət edəcəyini deyib, uzaqlaşmışdır. Cəvahir Məmmədovanı vurduğuna görə ondan dəfələrlə üzr istəmişdir. 2019-2021-ci ildə, İİ Qarabağ müharibəsi zamanı Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. Əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi.. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, 08 iyul 2022-cı ıl tarixdə, saat 13 radələrində Lənkəran Mərkəzi Bazarından Separadi kəndinə qayıtmaq istədikdə kənd marşrut avtobusları dayanan yerə gedib, orada Separadi Kəndi üzrə hərəkət edən marşrut avtobusuna əyləşmək istədikdə avtobusda sürücünün köməkçisi işləyən həmkəndlisi Şəxs ünvanına nalayiq sözlər deyib, onun avtobusa əyləşməməyini bildirmişdir. Müslümə dediyi sözlərə görə öz iradlarını bildirib, avtobusa daxil olmuşdur. Müslüm ona dediyi sözlərdən əsəbləşib, üstünə gəlib yumruqla qollarına və sinə nahiyəsinə zərbələr vurmuşdur. Müslüm onu yumruqla vurduqdan sonra avtobusdan aşağı düşmüşdür. O da avtobusda orxa oturacaqların birində əyləşmişdir. Müslüm yumruqla qollarına və sinə nahiyəsinə zərbələr vurmuşdur. Döyülməyi nəticəsində qollarından və sinə nahiyəsindən xəsarətlər almışdır. Şəxs ilə barışmaq niyyəti yoxdur. Məhkəmədən inzibarti xəta haqqında protokola qanunauyğun şəkildə baxılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Vurğun Məmmədovun 18 iyul 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 642 saylı rəyindən görünür ki, X2 bədəni üzərində - sol bazu, sol kürək , döş qəfəsi nahiyəsində qançırlar hər iki diz qapağı nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 23 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs 2019-2021-ci ildə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs “Azpetrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir və 368 manat maaş alır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişi döyməsi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin izahatları, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, yəni əməlindən peşman olmaqla bunu məhkəmə araşdırması zamanı da bildirməsini, zərərçəkmiş şəxslə münasibətlərini, yəni həmkəndli olmaqla eyni ərazidə yaşamalarını, habelə maddi vəziyyətini, yəni sabit işə malik olmaqla gəlirinin olmasını, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-869/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-869/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver