Məhkəmə qərarları › İş №3(049)-87/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-87/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-87/2024 06.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 333.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:18-də «Mercedes Benz» C220 CDİ markalı **- FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini psixatrop maddə qəbul edib idarə etdiyinə görə sonuncunun barəsində İXM-nin 333-1.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, əvvələr psixatrop maddələrdən istifadə etmişdir. Hadisə günü də sidiyindən psixatrop maddənin izləri aşkar edilmişdir. Etdiyi əməlindən peşimandır və gələcəkdə bu cür inzibati xətalara yol verməyəcəkdir. Maddi imkanın olmamasını bildirirərək məhkəmədən barəsində aşağı həddə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xətanı törətməkdə təqsirləndirlən şəxsi dinləyib, inzibati materialları nəzərdən keçirib hesab edir ki, onun əməli düzgün olaraq İXM-nin 333-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 17 yanvar 2024-cü il tarixli 000042 №-li aktdan görünür ki, Şəxs sidiyində metamfetamin aşkar olunaraq nakotik sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:18-də «Mercedes Benz» C220 CDİ markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini narkotik sərxoşluğu halında idarə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində müəyyən müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar