Məhkəmə qərarları › İş №3(049)-870/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-870/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-870/2025 23.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 sentyabr 2025-ci il tarixdə saat 17:40 radələrində idarə etdiyi Vaz 2107 minik markalı **-ZP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Lənkəran şəhəri, M.Nəsrli küçəsində X1 idarə etdiyi Vaz-21051 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsi ilə toquşmuş və nəticəsində Cahid Əmirov sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirdiyinə və maddi ziyan dəyməsinə görə barəsində İXMnin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, əməlindən səmimi peşimandır. Özünü təqsirli bilir. Himayəsində bir azyaşlı övladı vardır. Taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını qarşılayır. Atası vəfat etmiş, anası, arvadı və azyaşlı uşağı ilə birgə yaşayır. O zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkimiş şəxsə dəymiş maddi siyan sığorta ödənişləri ilə qarşılanacaqdır. Buna görə də barəsində yüngül tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. HK-1-3513 №-li material üzrə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, o İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətdiyindən barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilmişdir. 14 sentyabr 2025-ci il tarixli 001521 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, X2 alkoqol sərxoşluğu aşkar edilməmişdir. 14 sentyabr 2025-ci il tarixli 001520 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Vaz-21051 markalı **-CG- *** dövlət qeydiyyat nişanlı 1982-ci il buraxılışlı avtomaşına ümumi 1696 manat ziyan dəymişdir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir uşağı vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri iş materiallarında olan cinayət işinin rədd edilməsi haqqında 24 sentyabr 2025-ci il tarixli qərar, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs himayəsində bir azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar