Məhkəmə qərarları › İş №3(049)-871/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-871/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-871/2022 17.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs iştirakı ilə açıq məhkəmə iclasında, xx xxxxxx 1984-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuş, Azərbaycan R9espublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 329.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Lənkəran Rayon Məhkəməsiinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək bildirdi ki,19 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında özünə məxsus **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, Nizami küçəsində hərəkətdə olarkən X7 əməkdaşları onu saxlamışlar. Sənədləri qaydasında olduğu yoxlandıqdan sonra ona alkotester vasitəsi ilə sərxoş olub-olmamağı yoxlanılmışdır. Müayinə zamanı guya iki gün əvvəl içdiyi içkiyə görə yüngül dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Lakin o, etiraz etmiş, spirtli içki içmədiyini və alkotestrein düzgün göstərmədiyini bildirmiş və bununla bağlı izahat da yazmışdır. O, daha sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinə getmiş və müvafiq sənədləmə bitdikdən sonra, həmin gün, yəni alkotester müayinəsindən təxminən bir saat saat sonra özü Lənkəran Rayonlararsı xəstəxanasına gedib yoxlanmış və onda sərxoşluq olmadığı müəyyən olunmamışdır. Buna görə də məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmasına baxmayaraq inzibati protokolu tərtib edən şəxs məhkəməyə gəlməmiş və məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 göstərdi ki, Lənkəran Rayonlararsı xəstəxanasında tibbi bacısı, feldşer narkoloq işləyir. 19 sentyabr 2022-ci il tarixdə verilmiş 281 nömrəli protokol onun tərəfindən tərtib edilmişdir, protokolun həqiqiliyini təsdiq edir. 19 sentyabr 2022-ci il tarixdə, saat 11.20-də Şəxs Telam oğlu vətəndaş idarəyə müraciət edərək şəxsi təşəbbüsü ilə sərxoşluq dərəcəsinin yoxlanmasını xahiş etmişdir. Vətəndaş yoxlandıqdan sonra onun sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, şəxsin qəbul etdiyi və bir saat əvvəl 0.378 promil kimi müəyyən edilmiş sərxoşluq bir saat ərzində mütləq qaydada şəxsdə müayinə zamanı görünməli idi və həmin miqdarda spritli içkinin orqanizimdə həll olması bir saatda mümkün deyildir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddəsi göstərilmişdir. Həmin Məcəllənin 333.1-ci maddəsinin tövsifedici əlaməti “nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinedən” ibarətdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, şəxsin alkoqol sərxoşluğunda olmasını təsdiq edən mötəbər sübutlar əldə edilməmiş, inzibati orqanın təqdim etdiyi sübutu təkzib edən və mötəbərliyi məhkəmə tərəfindən təkzib olunmayan sübutlarla inzibati orqanın irəli sürdüyü sübut əhəmiyyətini itirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, saat 10.18-də tərtib edilmiş 025687 nömrəli protokoldan görünür ki, müayinə zamanı Şəxs 0.378 % alkoqol sərxoşluğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəmyə təqdim edilmiş 19 sentyabr 2022-ci il tarixdə, saat 11.20-də tərtib edilmiş Lənkəran rayaonlararası narkoloji xəstxəxanasının 281 nömrəli protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Həmin fakt aydınlaşdırılması üçün məhkəməyə dəvət olunan şahid də öz izahatında göstərdi ki, şəxsin bir saat ərzində qəbul etdiyi alkoqol orqanizmdə həll edilməsi və müayinədə aşkar edilməməsi mümküsüzdür. Məhkəməyə təqdim edilmiş sübutları İXM-nin 84-cü maddəsinə əsasən tam, hərtərəfli və obyektiv araşdıraraq məhkəmə hesab edir ki, 19 sentyabr 2022-ci il tarixdə, saat 11.20-də tərtib edilmiş Lənkəran rayaonlararası narkoloji xəstxəxanasının 281 nömrəli protokolu şahid ifadəsi ilə tam təsdiq olunduğundan iş üzrə sübut kimi qiymətləndirilməlidir. Məhz buna görə də, şəxsin 19 sentyabr 2022-ci il tariixdə, saat 10.18-də sərxoş olmaması müəyyən edilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində İXM-nin 333.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X7 İdarəsinin rəisi, onun müavinləri, Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 İdarəsinin rəisi, ərazi polis orqanlarının X7 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X7 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X7 qruplarının rəhbərləri baxırlar. Göründüyü kimi İXM-in 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 329.1-cü maddəsi ilə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İnzibati Xətalar Məcəllərinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Lənkəran Şəhər Rayon X4 X6 göndərilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar