Məhkəmə qərarları › İş №3(049)-877/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-877/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-877/2024 17.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 23 sentyabr 2024-cü il tarixdə 87241 saylı sərəncam əsasında Xəzər dənizinin Lənkəran rayonu, Balıqçılar qəsəbəsi istiqamətində qanunsuz balıq ovu etdiyinə görə barəsində 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin məsləhətçi müfəttiş X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 24 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 göstərdi ki, 23 sentyabr 2024-cü il tarixdə 87241 saylı sərəncam əsasında Xəzər dənizinin Lənkəran rayonu, Balıqçılar qəsəbəsi istiqamətində qanunsuz balıq ovlayanalara qarşı reyd keçirilmiş və reyd zamanı Şəxs və X5 qanunsuz olaraq nəsli kəsilməkdə olan nərə balığını ovlaması müəyyən edilmişdir. Bu barədə akt və protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lənkəran rayonu, Balıqçılar qəsəbəsində indiyədək 98 kvota verilmişdir, lakin Şəxs kvota verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən protokolun təmin edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə isə tətbiq ediləcək inzibati tənbeh tədbirinin məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 6 ildir özünə məxsus katerlə balıq tutraq ailəsini dolandırmaqla məşğuldur. Lənkəran rayon Balıqçılar kəndində onun kimi hamı balıq tutaraq ailəsini dolandırır. Balıq tutmaq üçün icazə almaq lazım olduğunu bilməmişdir. Savadı yoxdur və icazə alınma formasını da biləmişdir. 23 sentyabr 20247-cü il tarixdə onunsərhəd xidmətinin əməkdaşları saxlamışlar, lakin həmin vaxt onun qayığından nərə balığı deyil, kefal balığı müəyyən edilmişdir. Balıq ovu etmək üçün heç bir sənədi olmamış lakin ailəsini dolandırmaq üçün məcburiyyətdən belə əmələ əl atmışdır. Hazırda əməlindən peşmandır, balıq tutmaq üçün müvafiq icazə üçün müraciət edəcəkdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə keçirilmiş reyd zamanı Şəxs Astara sahil nəzarət şöbəsinin Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsin Astara sahil nəzarət şöbəsinin Balıqçılar SNV-nin əməkdaçlarının iştirakı il dənizdən balıq ovunda qayıdan qayıqlara baxış zamanı “BA 561” bort nömrədən olan balıq aşkar olunmuşdur. Onlara balıq ovuna dair sənəd tələb olunmuş Lakin onlar balıq ovlamaq haqqında heç bir sənəd təqdim edə bilməmişlər. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli, 87241 akt əsasən ziyanın hesablanması cədvəlindən görünür ki, 1 ədəd nərə balığın qanunsuz ovlanmasına görə təbiətə 220 manat ziyan dəymişdir. İş materiallarında olan 24 sentyabr 2024-ci il tarixli satış aktına əsasən X2 və X4 götürülmuşi ədəd 3.6 kq çəkidə olan nərə cinsli balıq Lənkəran şəhər Mərkəzi bazarında 60 manat satılmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, ovlanmış 1 ədəd nərə cinsli balıq götürülmuşdur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin balıq tutmaqla ailəsini dolandırmasını, balıq tutmaq üçün mavfaiq icazə üçün müraciət etmək niyyətinin olmansını, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməldir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar