Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-878/2025 27.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və inzibati material baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-878/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 3(049)-878/2025 nömrəli iş üzrə məhkəmənin 19 dekabr 2025-ci il tarixli qərarından 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilov tərəfindən verilmiş apellyasiya şikayətinə aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2026-cı il tarixli, 3-(3-9)-73/2026 nömrəli qərar qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 fevral 2026-cı il tarixli, 3- (3-9)-73/2026 nömrəli qərarına əsasən şikayət qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 3(049)-878/2025 nömrəli, 08 dekabr 2025-ci il tarixli işin baxılmağa hazırlanması haqqında qərardadı və 3(049)-878/2025 nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarı ləğv olunmuş və inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində yenidən baxılması üçün materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İcraatıma daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati material natamam olduğundan səlahiyyətli orqan – inzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar geri qaytarılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar, habelə Lənkəran Rayon Məhkəməsinin 3(049)-878/2025 saylı, 08 dekabr 2025-ci il tarixli qərarının qanuniliyi yoxlanılmış, qeyd edilən məhkəmənin 06 fevral 2026-cı il tarixli, 3-(3- 9)-73/2026 saylı qərarında göstərilmişdir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi protokolu tərtib edərkən səhvə yol vermiş, İXM-in 272- 1-ci maddəsini texniki səhv olaraq 272.1-ci maddə qeyd etmişdir. Həmin vəziyyətdə İXM-in 106 və 109-cu maddələri tələb edir ki, işin məhkəmə baxışına hazırlıq mərhələsində qeyd olunan natamamlığa görə materialların 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılması haqqında qəradad qəbul edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilməsi barədə bütün hallar ətraflı göstərildiyindən, hazırki qərardadda təkrar həmin halları göstərməyi məhkəmə zəruri hesab etmir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmamazlıqların işə baxılarkən aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materialları 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-878/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-878/2025
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver