Məhkəmə qərarları › İş №3(049)-881/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-881/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-881/2025 08.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2025-ci il tarixdə saat 12:00-da Lənkəran rayonu, Şıxəkəran kəndində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən qançırdan ibarət xəsarət yetirmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, 05 dekabr 2025-ci il tarixində inzibati xəta işi üzrə icraatın başlanması barədə qərardad qəbul edilmişdir. Daha sonra 08 dekabr 2025-ci il tarixində icraatın təzələnməsi barədə qərardad qəbul edilmişdir. Lakin icraatın təzələnməsi barədə qərar olsa da, icraatın başlanıldığı xx.xx.2025-ci il tarixdən sonrakı xx.xx.2025-ci il tarixədək olan tarixlərdə icraatın dayandırılmasını əks etdirən qərardad materiala əlavə edilməmişdir. Yəni, qanunvericiliyin tələblərinə uyğun olaraq icraatın təzələnməsi üçün öncə icraatın dayandırılması barədə qərardadın mövcud olması zəruridir. İş materiallarında belə qərardad olmadığı üçün icraatda prosessual ardıcıllıq qaydaları pozulmuş, materiallarda natamamlıq yaranmışdır. Dayandırma haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilsə də, həmin vaxt inzibati icraat başlanılmamışdır. Belə olan haldaq həmin qarar qanunsuzdur. İXM-in müvafiq müddəalarına əsasən, işin obyektiv və tam araşdırılması üçün çatışmayan sənədlərin və qərardadların əlavə edilməsi tələb olunur. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmamazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılsın. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar