Məhkəmə qərarları › İş №3(049)-882/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-882/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-882/2025 08.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” publik hüquqi şəxsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən etdim: X1 müdafiəçisi Vəkil Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” publik hüquqi şəxsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətçi X1 müdafiəcisi Vəkil tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” publik hüquqi şəxsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilsə də, şikayət ərizəsinin müəllifi tərəfindən mübahisələndirilən sözügedən qərar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, şikayətdə qeyd olunur ki, müvafiq qərar Elnarə İbadullayevaya rəsmi qaydada təqdim edilməmişdir. Sorğu əsasında Səhiyyə Nazirliyi elektron poçt ünvanı vasitəsilə 21 noyabr 2025-ci il tarixdə göndərilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə yeni vəkil sorğusuna 28 noyabr 2025-ci il tarixdə rəsmi cavab verilmişdir və həmin cavab məktubu 03 dekabr 2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan yenidən şikayə veriləcəyi halda qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılacağını nəzərə alaraq müraciət müəllifinə qərardan şikayət vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə vəsatətlə səlahiyyətli orqana və ya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş material natamam olmaqla həmin çatışmazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Məhkəmə göstərilənləri və İXM-nin 109-cu maddəsinin tələblərini rəhbər tutub Qərara aldım: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X2” publik hüquqi şəxsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar