Məhkəmə qərarları › İş №3(049)-885/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-885/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-885/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərər çəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Kosalar kəndi ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Lənkəran şəhəri, Kosalar kəndində faktiki yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 09 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X2 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 3960 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o, müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda borclunun tələbkara ümumilikdə 3990 manat məbləğində borcu vardır. Borclu çağırışlara gəlmədiyi üçün barəsində məcburi gətirmə tətbiq edilmiş, eyni zamanda barəsində axtarış qərarı qəbul edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, özünü təqsirli bilir. Borcu ödəməkdən imtina etməsə də, hazırda 3990 manat borcunu ödəməyə maddi imkanı çatmır. İşlədiyi iş yerindən çıxa bilmədiyi üçün gələ bilməmiş, barəsində axtarış verilmişdir. Əməlindən peşmandır. Borcundan hər ay 100 manat ödəməyi tələbkara təklif etsə də, sonuncu razılaşmamışdır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 3960 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. 4 il müddət ərzində Şəxs borcundan heç bir ödəniş etməmişdir. Şəxs borcundan 2000 manat birdəfəlik ödəməsi, qalan məbləği isə hər ay hissə-hissə ödəməsini təklif etsə də, borclu buna razı olmamışdır. Şəxs icra sənədinə əsasən ona ödənilməli olan məbləği tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1114/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 3960 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnamələrinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. xx.xx.2023-cü il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq cavabdeh Şəxs yaşadığı ünvanda olmuşlar. Cavabdehin əmlak vəzyyətinə tərəflərindən baxış keçirilmiş, tələbi yönəldə biləcəkləri əmlak aşkar olunmamışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X1, X4, Lənkəran şəhər sakini Rəhimli Mustafa oğlunun iştirakları ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1114/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq cavabdeh Şəxs yaşadığı ünvanda baxış keçirilmiş, baxış zamanı Şəxs evdə olmamışdır. Muradın əmisi Amid Şəxs işlə bağlı Bakı şəhərində yaşadığını bildirdi. Muradın anası ilə əlaqə saxlanıldı. Anası məhkəmə qətnaməsindən xəbərdar olduğunu, oğluna xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə xəbər verəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun özünün izahatı, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməlindən səmimi peçmançılıq hissi keçirməsi İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş onun məsuliyyətini yüngülləşdirən hal qismində məhkəmə nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar