Məhkəmə qərarları › İş №3(049)-889/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-889/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-889/2025 16.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra ETSN-nin 1 saylı RETSİ) tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X8 barəsində İXM-nin 541-ci maddəsi ilə ETSN-nin 1 saylı RETSİ tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərara əsasən 3000 manat məbləğində şərti cərimə edilmişdir. X12 həmin qərardan şikayət verərək onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 10 yanvar 2019-cu il tarixindən etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Rəhbəri olduğu Cəmiyyət dövlət sifarişləri əsasında Azərbaycan Respublikasının müxtəlif inzibati ərazi vahidlərində əsaslı tikinti-quraşdırma və təmir işlərini həyata keçirtməkdədir. Cəmiyyət dövlət sifarişi əsasında Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidlərində, o cümlıədən Qarabağ və X10 rayonunda bir çox layihələri vaxtından əvvəl tamamlayaraq təhvil vermiş və hal-hazırda da bəzi layihələri uğurla davam etdirməkdədir. "xxxx" MMC “X4” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilmiş olan tenderdə qalib olmaqla Lənkləran Dövlət Universitetinin Baytarlıq Poliklinikasının tikintisi ilə bağlı tikinti işlərini həyata keçirtmiş və Lənkəran Dövlərt Universiteti ilə bağlanmış olan podrat müqaviləsinə əsasən tikinti işləri həyata keçirilərək vaxtında sifarişçi Lənkəran Dövlət Universitetinə təhvil verilmişdir. Tikinti işləri apanlarkən hal-hazırda qərarından şikayət verdiyi ETSN-nin 1 saylı RETSİ-nin əməkdaşları tikinti işlərinin aparıldığı tikinti sahəsinə gələrək tikinti işlərini nıəzərdən keçirtmiş, tikinti işlərinə nəzarəti həyata keçirən layihə rəhbərinə və iş icraçısına Cəmiyyət tərəfindən ETSN-nin 1 saylı RETSİ-nin hesablaşma hesabına 900 manat pul vəsaitinin köçürülməsini təklif etmişlər. Bu vəsaitin ödənilməyəcəyi təqdirdə bunu vəzifəli şəxsə cərimə yazılma şəklində tələb ediləcəyi və alınacağı bildirilmişdir. Təbii ki, istər layihə rəhbəri, istərsə də iş icraçısı qeyd edilən tikinti işlərinin dövlət sifarişi əsasında aparıldığını, ayrılmış olan dövlət vəsaitini bilavasitə tikinti işləri üçün ayrıldığını, ayrılan vəsatinin hesabatının aparıldığını, hər hansı bir quruma və ya təşkilata köçürmənin aparılmasının qanunuvericiliyin tələblərinə uyğun olmayacağını bildirmişlər. Daha sonradan ETSN-nin 1 saylı RETSİ tərəfindən onun qeydiyyatda olduğu ünvana - ünvan 1aylı 31 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktubda Cəmiyyət tərəfindən aparılan tikinti zamanı yaranmış nöqsanların aradan qaldırılması üçün verilmiş 15 sentyabr 2025-ci il tarixli G-MŞ/4025-026 saylı tələblərin yerinə yetirilməməsi faktı ilə bağlı Azərbaycan Respublikası İnzibarti Xətalar Məcəlləsinin 541-ci maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş 28 oktyabr 2025-ci il tarixli 094426 saylı akt, MN seriyalı ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında inzibati qərarın çıxardılacağı bildirilmişdir. Bildirmək istəyir ki, bundan sonra 12 noyabr 2025-ci il tarixində ETSN-nin 1 saylı RETSİ tərəfindən MN seriyalı ******* saylı qərar qəbul edilərək "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinin tələblərinə əsasən barəsində 3.000 manat cərimə şərti tətbiq edilmişdir. Məhkəmə müraciət edilməsi ilə yanaşı qərarda nəzərdə tutulan 30 gün müddətində də qərarı qəbul edən orqana müraciət edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi ETSN-nin 1 saylı RETSİnin hesabına köçürülməyən pul vəsaiti sonradan İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində qeyd olunan dispozisiya əsasında qarşılarına çıxarılmışdır. ETSN-nin 1 saylı RETSİ tərəfindən qəbul edilmiş 12 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı qərar 19 noyabr 2025-ci il tarixində rəsmi qaydada qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Əvvəla bildirmək istəyir ki, ETSN-nin 1 saylı RETSİ tərəfindən göndərilən 31 oktyabr 2025ci il tarixli Ç-BM/4025-608 saylı məktubda qeyd edilənlərin əksinə rəhbəri olduğu Cəmiyyətə 15 sentyabr 2025-ci il tarixində hər hansı bir məktub göndərilməmişdir. Belə bir məktubun varlığından 31 oktyabr 2025-ci il tarixli məktubda qeyd ediləndən sonra xəbər tutmuşdur. Yəni rəhbəri olduğu Cəmiyyətin hüquqi ünvanına və ya vəzifəli şəxs qismində qeydiyyatda olduğu ünvana 15 sentyabr 2025-ci il tarixli tələblərin yerinə yetirilməsi ilə bağlı hər hansı bir məktub göndərilməmişdir. Belə olan halda onun vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinin tələbləri ilə cərimələnməyi başa düşülən deyildir. Belə ki, qeyd edilən maddənin tələblərinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Maddənin tələblərindən də göründüyü kimi fiziki şəxsin və ya vəzifəli şəxsin cərimələnməsi üçün ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi lazımdır. Mübahisəsiz olan hal budur ki, Ekologiya Nazirliyi və onun müvafiq idarələri ətraf mühitin mühafizəsini gəyata keçirən təşkilatlar və ya qurumlardır. Maraqlı olan hal budur ki, onlar bu tələbləri görməmiş və məlumatlandırılmamışlar. Bundan başqa sual yaradan bir digər məqam ondan ibarətdir ki, tikinti şirkəti olaraq rəhbəri olduğu "xxxx"MMC Lənkədan Dövlət Universiteti üçün Baytarlıq Poliklinikasının tikintisini tender əsasında həyata keçirirsə, Ekologiya Nazirliyinin tikinti aparılan sahədə hansı nöqsanları aşkar etmişdir? Bununla bağlı Sifarişçiyə və Podratçı olan təşkilata - yəni onlara hər hansı bir formada xəbərdarlıq etmişdirmi? Belə ki, hərkəsə məlum olduğu kimi tikinti işlərinin həyata keçirildiyi yerdə yaranan xırda məişət tullantıları sifarişçiləri olan Lənkəran Dövlət Universitetinin həyətində quraşdırılmış olan məişət tullantıları üçün qutulara boşaldılmışdır. Tikinti meydançasında istifadə edilən qum, çınqıl və tikinti materialları da hal-hazırda tikilərək Sifarişçiyə təhvil verilmiş poliklinika binasında istifadə olunmuşdur. Maraqlı olan hal budur ki, tikinti işlərinin aparıldığı müddət ərzində bir dəfə də olsun Sifarişçi tərəfindən Cəmiyyətə şifahi və ya yazılı xəbərdarlıq verilmədiyi halda, ETSN-nin 1 saylı RETSİ hansı və nə tip nöqsan aşkar etdi ki, sonradan ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qismində onlara tələblər göndərdi və tələbləri almadıqlrı halda sonradan onları almadıqları tələblərə riayət etməməyə görə cərimələdi? Bu səbəbdən hesab edir ki, hər nə qədər inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edilsə də, bu qərarın qəbul edilməsi üçün zəruri olan sənədlər olmadığı üçün məhkəmə tərəfindən ləğv edilməsi üçün yetərli qədər əsaslar mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən X5 məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında ETSN-nin 1 saylı RETSİ-nin nümayəndəsi X16 şikayəti qəbul etməyib və şikayətdə yazılanlarla razılaşmayıb bildirmişdir ki, idarələri ətraf mühitin mühafizəsini həyata keçirən icra hakimiyyəti orqanı kimi 15 sentyabr 2025-ci il tarixli G- MŞ/4025-026 nömrəli tələblərin 10 gün müddətində yerinə yetirilməsi ilə bağlı məktubları həmin gün "xxxx" MMC-nin hüquqi ünvanı olan ünvan 2 Məktub xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin hüquqi ünvanı olan Şirvan şəhəri, Vidadi küçəsi döngə 4, mənzil 7 ünvanına çatdırılmışdır. Məktubun xx.xx.2025-ci il tarixdə MMC-nun hüquqi ünvanına çatdırılmasına baxmayaraq 10 gün müddətində tələblər yerinə yetirilməmiş və buna görə də, xx.xx.2025-ci il tarixdə X8 3000 manat məbləğində şərti cərimə edilmişdir. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə inzibati protokolu tərtib etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətçinin əsas arqumenti ondan ibarətdir ki, 15 sentyabr 2025-ci il tarixli G- MŞ/4025-026 nömrəli tələblərin 10 gün müddətində yerinə yetirilməsi ilə bağlı məktub ona dərhal deyil, daha sonra 31 oktyabr 2025-ci il tarixli Ç-BM/4025-608 saylı xəbərdarlıq məktubla yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, mənzil 98 ünvanına çatdırılmişdir. Məhkəmə şikayətçinin dəlilinin əsaslı olub-olmadığını araşdırarkən müəyyən etdi ki, materialda olan Vergilər Nazirliyinin “Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış”dan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 4 isə X6r. Materiala əlavə edilmiş ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 sentyabr 2025-ci il tarixli G-MŞ/4025-026 nömrəli 10 gün müddətində yerinə yetirilməsi ilə bağlı tələbindən, eləcə də həmin tələbin göndərilməsini əks etdirən məktubların surətlərindən görünür ki, məktublar xx.xx.2025-ci il tarixdə həm "xxxx" MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, Vidadi küçəsi döngə 4, mənzil 7 ünvanına, həm də Lənkəran Dövlət Universitetinə göndərilmişdir. Materiala əlavə edilmiş teleqramdan isə görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanına xx.xx.2025-ci il tarixdə göndərilmiş tələb xx.xx.2025-ci il tarixdə, səhər saat 09:45-də hüquqi şəxsə təqdim edilmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixdən başlayaraq "xxxx" MMC-nin təsisçilərindən biri (qanuni təmsilçisi) X2 10 gün müdətində həmin tələbdə göstərilmiş hüquqpozuntusuna reaksiya vermək hüququ olmuş, lakin o, bu hüquqdan istifadə etməmiş, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bundan bir aydan da çox müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X7 3000 manat məbləğində şərti cərimə etmişdir. Məhkəmə hesab edir ki, bu zaman ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqlı olmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə 31 oktyabr 2025-ci il tarixli Ç-BM/4025-608 saylı xəbərdarlıq məktubla tələbin X2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, mənzil 98 ünvanına göndərildiyi ilə bağlı şikayətçinin göstərdiyinə və həmin tələbin xx.xx.2025-ci il tarixdə ona çatdırılmasını əks etdirən qəbzin surətinə qiymət verərək qeyd edir ki, əslində ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi özünü sığortalamaq məqsədilə tələbi həm də təsisçinin yaşadığı ünvanına da göndərmişdir. Həmin tələbin bundan əvvəl "xxxx" MMC-nin hüquqi ünvanına göndərilməsi və tələbin 10 gün müddətində yerinə yetirilməməsi, artıq İXM-nin 541-ci maddəsinin tərkibini yaratmışdır. X1 həmin vaxt hüquqi şəxsin ünvanında faktiki olaraq olmaması, onu qeyd olunan məsuliyyətdən azad etmir. Belə ki, analoji situasiyaya qiymət verən Ali Məhkəmə özünün rəsmi orqanı olan “Ali Məhkəmənin bülleteni” jurnalının 2012-ci ilin 3-cü nömrəsinin 36-40-cı səhifələrində,”Tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz” adlı başlıq altında verilmiş materialda qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi tərəfindən 10 may 2011-ci il tarixli qətnamə N.M.Hüseynova mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu qaydada çatdırılmış hesab olunmalıdır. Belə ki, X3 yaşadığı ünvanın ünvan 6lları ilə və xüsusən də N.M.Hüseynovun özünün məhkəməyə müraciət etdiyi ərizələrlə təsdiq olunur. Mülki işin materialları ilə təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsinin 10 may 2011-ci il tarixli qətnaməsi N.M.Hüseynova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, ev 11-ə göndərilmiş, lakin o evdə yaşamadığına görə geri qaytarılmışdır.” Yəni Ali Məhkəmənin mövqeyinə əsasən X8 həmin vaxt hüquqi şəxsin ünvanında faktiki olaraq olmasa da, yuxarıda qeyd olunmuş tələb ona çatdırılmış hesab olunur. Bundan da əlavə məhkəmə qeyd edir ki, İXM-nin 116.2-ci madəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əısasən isə Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. X8 xx.xx.2025-ci il tarixdə 3000 manat məbləğində şərti cərimə etmişdir. O, xx.xx.2025-ci il tarixdə şərti cərimə olunsa da, özünün də qeyd etdiyi kimi, xx.xx.2025-ci il tarixdə ona həmin G-MŞ/4025-026 nömrəli tələb yaşadığı ünvana çatdırılmışdır. Bundan sonra onun həmin tələbdə göstərilmiş hüquqpozmanı müəyyən müddətdə aradan qaldırmaqla cəriməni ödəməkdən azad olunsun. Lakin o, həmin tələbdə göstərilmiş hüquqpozmanı aradan qaldırmaq əvəzinə həmin qərardan şikayət verməklə tələbdə göstərilmiş hüquqpozmanı aradan qaldırmamaqda davam etmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Onun Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə edilməsinə dair ETSN-nin 1 saylı RETSİ tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar