Məhkəmə qərarları › İş №3(049)-890/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-890/2025

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-890/2025 05.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X15 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran - X12ndən daxil olmuş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Lənkəran- X12ndən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli ******* saylı protokoldan görünür ki Şəxs MMC-i Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X6 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş X10 Xidməti Lənkəran - X12nə bildiriş göndərilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əvvəl baş tutmuş məhkəmə iclasında X10 Xidməti Lənkəran - X12n nümayəndəsi Nümayəndə1 protokolda yazılanları müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə bildiriş göndərilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi Nümayəndə2 Mirseyid oğlu iki dəfə məhkəməyə ərizə göndərək birinci dəfə səhhəti ilə əlaqədar, ikinci dəfə isə başqa məhkəmə iclasında iştirak etdiyini göstərib məhkəmə iclaslarını təxirə salınmasını xahiş etmiş, birinci dəfə məhkəmə iclası təxirə salındıqdan sonra o, xəstəliyi ilə əlaqədar hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, ikinci dəfə məhkəmə iclasını təxirə slınmasını xahiş etməsini məhkəmə onun qəsədən məhkəmə iclaslrını uzatmaq istədiyini kimi qəbul edib hazırki məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq məhkəmə materiala onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əvvəl baş tutmuş məhkəmə iclasında Şəxs MMC-nin direktoru X9 protokolda yazılanlarla razılaşmayaraq göstərmişdir ki, X10 Xidmətinin X2 tərəfindən X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025-ci il tarixində işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə hüquqi şəxs kimi "AVTO OMSK” MMC- nin barəsində İXM-nin 192.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. "AVTO OMSK” MMC tərəfindən guya X8 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Bu hal həqiqəti əks etdirmir. Belə ki, X5 öz ərizəsi ilə təsdiq olunur ki, o, "xxxx" MMC-də xx.xx.2024 - xx.xx.2025, daha sonra isə xx.xx.2025 - xx.xx.2025 tarixləri arasında işləmiş və bu tarixlərdən kənar dövrlərdə işləməmişdir. Buna görə də hüquqi şəxs brəsində olan inzibati icraaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, eləcə də Lənkəran Rayon Məhkəməsinin 3(049)-924/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərarı və həmin qərarı qüvvədə saxlmış Şirvan Apellyasiya Məhkəməsinin 3(3-9)-74/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərarını nəzərdən keçirib hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsi 3(049)-924/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, hazırda inzibati məsuliyyətə cəlb edilmiş Şəxs MMC-nin eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında törətdiyi eyni inzibati xətaya görə Şəxs MMC-nin direktoru X4 Müfəttişliyi Xidmətinin Lənkəran - X12 tərəfindən qəbul edilmiş 15 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3.000 manat cərimə edilmişdir. X9 həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Həmin material üzrə o, şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X2 tərəfindən X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2025- ci il tarixində işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə vəzifəli şəxs kimi "AVTO OMSK” MMC- nin direktoru olaraq onun barəsində İXM-nin 192.1-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. O, şikayətində qeyd etmişdir ki, guya X8 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Bu iddia faktiki hallara, sənədlərə və hüquqi reallığa ziddir. İş materialları və işçinin öz yazılı ərizəsi ilə dəqiq təsdiq olunur ki, X8 "xxxx" MMC-də xx.xx.2024 - xx.xx.2025 tarixlərində birinci əmək fəaliyyəti dövründə çalışmışdır, daha sonra isə yalnız xx.xx.2025 -xx.xx.2025 tarixləri arasında ikinci əmək fəaliyyəti dövrü mövcud olmuşdur və bu tarixlərdən kənar dövrlərdə "AVTO OMSK” MMC ilə hər hansı əmək və ya işgüzar münasibət mövcud olmamışdır. Bu fakt X5 öz xətti ilə yazdığı, imzaladığı və iş materiallarına əlavə edilmiş ərizəsi ilə birbaşa sübuta yetirilmişdir. İnzibati xəta üzrə materiallara əlavə edilmiş ödəniş qəbzləri barədə bildirir ki, həmin qəbzlər əmək münasibətlərinin mövcudluğunu sübut edən sənədlər hesab edilə bilməz və bu istiqamətdə aparılan qiymətləndirmə yanlışdır. Belə ki, X8 tərəfindən təqdim edilmiş ödəniş qəbzləri əmək haqqı, avans və ya işə görə ödəniş xarakteri daşımır. Həmin qəbzlər şəxsi məqsədlərlə həyata keçirilmiş ödənişlərə və fərdi və məişət xarakterli əməliyyatlara aiddir. İşçinin öz xətti ilə yazdığı və imzaladığı ərizədə açıq şəkildə göstərilmişdir ki, təqdim etdiyi qəbzlər "AVTO OMSK” MMC-nin fəaliyyəti ilə əlaqəli deyildir. Qəbzlərin təqdim edilməsi şirkət nümayəndəsinin izahat tələbi zamanı yaranmış anlaşılmazlıq nəticəsində baş vermişdir. Ödəniş qəbzləri üzərində "AVTO OMSK” MMC-nin adı, VÖEN-i, təyinat bölməsində əmək haqqı və ya xidmət ödənişi barədə hər hansı qeyd mövcud deyildir. Bu isə onların əmək münasibətləri ilə əlaqəsini hüquqi baxımdan tam istisna edir. İnzibati xəta haqqında iş üzrə əsas sübutlar arasında ciddi və aradan qaldırılmayan ziddiyyətlər mövcuddur. Hadisə haqqında aktın ilkin variantında hadisə tarixi texniki səhvlik nəticəsində 05 oktyabr kimi göstərilmişdir, sonradan həmin aktda düzəliş edilərək hadisə tarixi 25 oktyabr tarixi olaraq qeyd olunmuşdur. Hüquq-mühafizə orqanlarına ünvanlanan məktubda hadisə "sentyabroktyabr ayları” kimi göstərilmişdir, halbuki faktiki araşdırma yalnız oktyabr ayı ilə bağlı olmuşdur. Qeyd olunan ziddiyyətlər sənədlərin ilkin tərtibi mərhələsində yol verilmiş texniki səhvlər nəticəsində yaranmışdır, hüquq-mühafizə orqanlarına ünvanlanan məktub mövcud şablon əsasında hazırlanmış, lakin şablondakı "sentyabr-oktyabr" ifadəsi texniki olaraq redaktə edilmədən qalmışdır və məlumatlar mexaniki şəkildə bir sənəddən digərinə köçürülmüşdür. Əlavə olaraq qeyd etmək istəyir ki, xx.xx.2025-ci il tarixli, №25/006 saylı məktub "AVTO OMSK” MMC tərəfindən qabaqlayıcı qaydada birbaşa AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanlanmışdır. Həmin məktub əmək münasibətləri ilə bağlı faktiki vəziyyət barədə dövlət orqanına şəffaf məlumat verilməsi məqsədi daşımışdır. Məktubda yer alan tarixlərlə bağlı uyğunsuzluqlar isə sənədlərin ilkin tərtibi zamanı yol verilmiş texniki səhvlər olub, sonradan aktın yenilənmiş versiyası və izahatlarla dəqiqləşdirilmişdir. Bu səbəbdən, müəssisənin öz təşəbbüsü ilə təqdim etdiyi sənəddə yol verilmiş texniki xarakterli uyğunsuzluqların inzibati məsuliyyət üçün əsas kimi qiymətləndirilməsi əsassızdır. Bu hallar qəsd, bilərəkdən yanlıs məlumat vermə və ya məsuliyyətdən yayınma məqsədi daşımır və sırf texniki xarakterli sənədləşmə nöqsanlarıdır. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi o vaxt tətbiq edilə bilər ki, əmək müqaviləsi olmadan iş faktı dəqiq tarixlə, ziddiyyətsiz sübutlarla, şübhə doğurmadan sübuta yetirilsin. İXM-nin 76 və 77-ci maddələrinə əsasən sübutlar obyektiv, dəqiq və etibarlı olmalıdır, ziddiyyətli və texniki səhvlərlə yüklənmiş sənədlər inzibati məsuliyyət üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Müəyyən edilmiş tarix və məlumat uyğunsuzluqları texniki xarakter daşıyır, real əmək münasibətlərinin gizlədilməsi, qanunvericiliyin tələblərindən yayınma və ya dövlət orqanlarını çaşdırmaq niyyəti ilə müşayiət olunmamışdır. Buna görə də inzibati məsuliyyətin yaranması üçün zəruri olan təqsir elementi mövcud olmadığından, barəsində inzibati tənbeh tədbirinin tətbiqi əsassızdır. Məhkəmə qeyd edir ki, Lənkəran Rayon Məhkəməsi 3(049)-924/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərarı ilə onun şikayəti təmin edilməmiş, həmin qərardan X9 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(3-9)-74/2026 nömrəli xx.xx.2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan 05 dekabr 2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, işəgötürən X9 tərəfindən Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissələrinin tələbləri pozulmaqla, X8 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, 2025-ci ilin 05 oktyabr tarixində Biləsuvarda yerləşən satış məntəqəsində çalışan X8 müəssisəyə məxsus 600 manat məbləğində malı mağazadan almış, lakin həmin məbləği şirkət kassasına və ya məsul şəxsə təqdim etməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin malın pulu Əli adlı müştəri tərəfindən Bəşirə nağd şəkildə təhvil verilmiş, lakin Bəşir müəssisəyə ödənış etmədən, rəhbərliyə məlumat vermədən iş yerini tərk etmişdir. Hadisədən sonra mağazada yoxlama aparılmış və oğurluq faktı təsdiqlənmişdir. Sözügedən akta əlavə edilmiş və iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən biri də xx.xx.2025-ci il tarixinə təsadüf edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların digər müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Eyni zamanda, işin materialları ilə müəyyən edilir ki, işəgötürən Şəxs direktoru X9 tərəfindən Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissələrinin tələbləri pozulmaqla, X8 xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə, şikayətdə qeyd edilən “Hadisə (fakt) haqqında” aktda tarixin səhv qeyd edilməsi barədə ifadəyə və şikayət ərizəsinə əlavə edilmiş “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli aktın surətinə münasibət bildirərək qeyd edir ki, həmin aktda dəyişikliyin edilməsi X9 tərəfindən sonradan inzibati məsuliyyətdən yayınmaq məqsədilə həyata keçirilmişdir. Belə ki, təqdim edilmiş xx.xx.2025-ci il tarixli akt "xxxx" MMC-nin əməkdaşları tərəfindən fiziki imza ilə imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Aktın müvafiq qeydiyyatı mövcud deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 aktın sonradan yenidən tərtib edilməsinə, dəyişikliklərin edilməsinə və təsdiqlənməsinə real imkanı olmuşdur. Həmçinin ilkin olaraq "xxxx" MMC tərəfindən tərtib edilərək X10 Xidmətinin X2nə təqdim edilmiş “Hadisə (fakt) haqqında” xx.xx.2025-ci il tarixli akta əlavə edilmiş ödəniş qəbzlərindən də həmin aktda qeyd edilmiş xüsusatlara uyğun olaraq X8 xx.xx.2025-ci il tarixdə Şəxs MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsi faktı müəyyən edilir. Göründüyü kimi qeyd olunan şəxsin cəlb olunduğu işlər X7 birbaşa fəaliyyət istiqaməti ilə əlaqəli olmuşdur və əmək müqaviləsi ilə rəsmiləşdirilməli idi. Göstərilənlərlə yanaşı, şikayət verən şəxs özü inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirərkən özü xx.xx.2025-ci il tarixə aid qəbzlər əlavə etmiş, lakin sonradan bu qəbzlərin Bəşirova MMC tərəfindən verilmiş mobil telefondan tapdıqlarını, lakin şirkətlə bağlı olmadığını desə də, ümumiyyətlə xx.xx.2025-ci il tarixdə Bəşirovun həmin şirkətdə işləməməsinə baxmayaraq, ona xidməti fəaliyyətlə əlaqəli mobil telefonun niyə verilməsini məntiqli qaydada izah edə bilməmişdir. Həmçinin, şikayətə sübut kimi özlərinin əlavə etdiyi qəbzlərdən görünür ki, Bəşirov izahatında bu qəbzlərin ödəniş kimi verilmədiyini, şəxsi məsələlərlə bağlı olan pul köçürmələri olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, materiala əlavə edilmiş sənədlərdən də göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, Şəxs MMC-nin direktoru X9 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X6 xx.xx.2025-ci il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyinə görə İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 3000 manat məbləğində cərimə edilmişdir. Eləcə də eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi halında onun direktor olduğu Şəxs MMC də həmin əmələ görə hüqiqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilərək məhkəməyə verilmişdir. X3 hüquqi şəxs olan Şəxs MMC-nin xeyrinə və ya maraqlarının qorunması üçün hüquqazidd hərəkət etmişdir. Bu mövqe öz əksini “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il trixli qərarında da tapmışdır. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır... “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur... İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Beləliklə məhkəmə hesab edir ki, X7 eyni vaxtda, eyni məkanda və eyni hərəkətlərlə vahid inzibati xəta törətməsi onun direktor olduğu Şəxs MMC də həmin əmələ görə hüqiqi şəxs qismində inzibti məsuliyyətə cəlb edilməsini istisna etmir. X3 Şəxs MMC-nin xeyrinə və ya maraqlarının qorunması üçün hüquqazidd hərəkət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən hal onun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsidir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar