Məhkəmə qərarları › İş №3(049)-892/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-892/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-892/2025 12.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Məmmədov Orxan Xidmət oğlunun Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 vəzifəli şəxsi tərəfindən onun barəsində tərtib etdiyi inzibati xəta haqqında protokoldan verdiyi şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Məmmədov Orxan Xidmət oğlu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 vəzifəli şəxsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokoldan şikayət verərək inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, qanunvericlikdə inzibati xəta haqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİM: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X1 vəzifəli şəxsi tərəfindən Məmmədov Orxan Xidmət oğlunun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokoldan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Orxan Xidmət oğlu tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar