Məhkəmə qərarları › İş №3(049)-894/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-894/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-894/2025 17.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edirəm ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 12:05 radələrində Lənkəran şəhəri ərazisində **-KQ-*** dövlət nömrə nişanlı avtomobillə tabesizlik göstərmiş və qanunla nəzərdə tutulan sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin izahatı göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin qeyd edilən həmin avtomobili idarə olunmasını təsdiq edən hər hansı sənəd və sübutlar əlavə edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin “hansı sənədi təqdim etməməsi” əsaslandırılmamışdır. Protokoldan hansı sübuta əsasən məhz barəsində protokol tərtib edilmiş şəxsin həmin avtomobili idarə etməsi görünmür. Barəsində inzibati xəta haqqında inzibati protokol tərtib edilmiş şəxsin inzibati xətanın subyekti olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Protokola yalnız bir ədəd avtomobilin şəkli əlavə edilmişdir ki, bu şəklin nə vaxt, harada, kim tərəfindən idarə edilməsinini və.s əhəmiyyət kəsb edən hallar göstərilməmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X2 Xidmətinin Lənkəran Regional İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokolda inzibati xətanın törədildiyi yer dəqiq olaraq göstərilməmişdir. Bundan başqa həmin protokolun tərtib edilməsinə əsas kimi Şəxs hansı sənədlərin istənilməsi, ümimiyyətlə həmin ərazidə şəxsin olub-olmaması ilə bağlı müvafiq sübutlar təqdim edilməmiş və protokolda göstərilməmişdir. Bundan başqa qeyd edilən avtomobillə bağlı hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Barəsində İnzibati protokol tərtib edilmiş şəxs protokolu imzalamasa da, onun imzalamama səbəbi göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar