Məhkəmə qərarları › İş №3(049)-895/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-895/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-895/2025 07.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 32293656 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə Lənkəran şəhərində baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 32293656 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X3 həmin qərarlardan şikayət verərək həmin inzibati tənbeh vermə haqqında Elektron Qərarlarının ləğv edilməsini və onu inzibati məsuliyyətdən azad edilməyi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. O, şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi Şevrolet markalı, **-NQ-*** d.q.n avtomobilinin qabaq sol təkərinin təziqi aşağı düşdüyü üçün ünvan 1 ünvanında avtomobilini parklamış, domkarat vasitəsilə avtomobilinin ön hissəsini qaldırıb təkəri çıxararaq onu təmir etmək məqsədilə ustanın yanına aparmışdır. Ustanın yanına getdiyi zaman “SMS Radar” vasitəsilə ona 40 manat cərimə və 2 bal yazıldığını görmüşdür. Buna görə də avtomobilinin yanına qayıdaraq onun foto və videosunu çəkmişdir. Daha sonra təkəri yerinə bağlayıb Nəsimi RPİ-nin YPX-nə müraciət etmiş, oradan ona bildirmişlər ki, inspektor təkərin çıxarıldığını görməmiş, onlar öz səhvlərini etiraaf edirlər və məhkəməyə mürciət etməyi tövsiyyə etmişlər. Məhkəmə iclasında X3 şikayətində yazılanları müdafiə edib onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq məhkəməyə video və fotogörüntülər təqdim edib məcburiyyət qarşısında avtomobilini müvəqqəti olaraq, avtomobilinin təkərini təmir etdirib yerində bərkinədək, parklamalı olduğunu bildirmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, onun təqdim etdiyi foto və videogörüntüləri və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” EQ 32293656 saylı qərarından görünür ki, X1 19:05:54-də radələrində ünvan 2 ünvanındakı yerləşən küçədə, istifadəsində olan “Chevrolet Cruize minik” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyət vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrədən az yaxınlıqda dayamala inzibati xəta törətmiş və buna görə də Azərbaycan Respublikasının İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında təqdiq olunmuş videogörüntülərdən müəyyən olunur ki, həqiqətən də, xx.xx.2025-ci il tarix saat 19:05 radələrində yol kənarında, yol kəsişməsindən sonra “Chevrolet Cruize minik” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış və onun sol qabaq təkəri olan hissəsi səkiyə yaxın, domkrat vasitəsilə qaldırılmış və sol qabaq təkər yerində yoxdur. YPX-nin inspektoru həmin avtomobilə səki tərəfindən yaxınlaşmadığı halda, onun domkrt üzərində olduğunu görə bilməzdi. Bun görə də məhkəmə qeyd edir ki, toplanmış sübutlarla X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5 -ci maddsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, inzibati xəta hadisəsi mövcud olsa da, həmin xəta X2 təqsiri üzündən baş verməmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X2 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. O, məcburiyyət qarşısında avtomobilini yolun kənarında dayandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 346.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddlər üzrə inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 32293656 saylı qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 32293656 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsi üzrə təqsirli bilinərək, 40 manat miqdarında cərimə edilməsinə dair DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 32293656 saylı inzibati tənbeh vermə haqqında qərarları ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar