Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-896/2024 14.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Astara rayonu Maşxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki azyaşlı uşağı olan, Astara rayonu Maşxan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:50 radələriııdə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Lənkəran rayonu Səpnəkəran kəndi ərazisindən keçən 211.5-ci km-də idarə etdiyi «MERCEDES BENZ C200» minik markalı, ** BX *** dövlət-qeydiyyat nişanlı avtomobil Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olarkən yolun sağına çıxaraq elektrik dirəyinə çırpılmış, nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Nəqliyyat hadisəsi törətdiyinə görə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs özünü ona elan edilmiş maddə ilə qismən təqsirli bilib göstərmişdir ki, gündüzlər fəhləlik edərək axşamlar 3-5 manat qazanmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Hadisə zamanı yorğun və yolda it sürüsü olmuşdur. Bir anlıq yuxulamış, nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisədən sonra ona vurduğu ziyanı ödəmiş, sonuncunun ondan narazılığı yoxdur. Cərimə olunarsa onu birdəfəyə ödəmək imkanı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına zərərçəkmişin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HK-1/932 saylı material üzrə 24.09. 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin rədd materialında olan bildirşdən görünür ki, ekapertiza tədqiqatının dəyəri 85 manat təşkil eləyir. Məhkəmə inzibati xəta törətməkdə təqsirli bilinmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün qismən etirafı və iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta haqqında toplanmış materialları tədqiq edib, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, törətdiyi inzibati xətaya görə Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmalı, zərəçəkmiş şəxsə ona vurulmuş ziyan və zərələ bağlı mülki qaydada iddia qaldırmaq hüququnun olması izah olunmalıldır. Məhkəmə hesab edire ki, ekspertiza tədqiqatının dəyəri olan 85 manat Şəxs tutularaq MEM-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan və zərərin ödənilməsi ilə bağlı mülki mübahisə qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Material üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 manat Şəxs tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X2.
Məhkəmə qərarları › İş №3(049)-896/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-896/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver