Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-9/2023 05.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim İsayev Mütəllim Allahverdi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/4, mənzil 22-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ xx.xx.2022-ci il tarixdə, saat 16-3-da Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/4 binanın yaxınlığında Lənkəran şəhəri sakini Şəxs üzərindən 1 ədəd bükümdə olan, 4.281 qram çəkidə qurudulmuş marixuana aşkar götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Bağır Bağırzadə tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, narkotik vasitəsi marixuana istifadə edir. xx.xx.2022ci il tarixdə, axşam saat 16-30-da yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/4 binanın yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb narkotik maddələrdən istifadə etdiyini deyərək onu Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional polis şöbəsinə aparmışlar. Orada üzərinə baxış keçirilən zaman xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərind yerləşən “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən özü qəbul etməkdən ötrü 10 manata aldığı qurudulmuş marixuana aşkar edərək götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən BNMİ-nin CBRŞ-nin polis nəfəri Bağırzadə Bağır izahatında bildirmişdir ki, 07 aprel 2021-ci il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/4 binanın yaxınlığında Lənkəran şəhəri sakini Şəxs üzərində narkotik maddə daşıması və saxlaması barədə daxil olan məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 16-30-da Şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/4 binanın yaxınlığında Faiqə Əbdülovu küçədə saxlayıb şöbəyə dəvət etmişlər. Şöbədə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. İlk olaraq Şəxs üzərində qanunsuz nə varsa təqdim edilməsi təklif olunmuş və o da əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli büküm çıxarıb təqdim etmişdir. Şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində marixuanadır, “Kiçik bazar” ərazisində tanımadığı şəxsdən özü qəbul etmək üçün 10 manata almışdır, qəbul etməmiş, heç kimə verməmiş, satmamışdır. Şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürümüşdür. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və zərfi imzalamışlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 829/19 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Şəxs təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə...”sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 4,281 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazərlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuananın 0.02 qram tədqiqata sərf olunmuş, qalıq 4,261 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran rayonlararası narkoloji xəstəxanasının ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 823 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı var. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmiş, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 4.281 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı, şahidlərin ifadəsi, ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına, inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsinə görə götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə təyin olunacaq inzibati tənbeh tədbirinə münasibət bildirərək qeyd edir ki, inzibati xəta törətmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh tədbirinin təyin edilməsi sosial ədalətin bərpası, inzibati xəta törətmiş şəxsin islah edilməsi və digər şəxslər tərəfindən analoji inzibati xətanın törədilməsinin qarşısının alınması, həmçinin ictimai maraq baxımından məqsədəmüvafiq olmazdı. Eyni zamanda məhkəmə törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş Şəxs əmlak və maddi vəziyyətinin ağır olması ilə əlaqədar inzibati cərimənin ödəmək imkanının olmamasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 12:30-dən hesablanmalıdır. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Şəxs təyin olunmuş narkomaniyadan məcburi müalicənin icra olunması Lənkəran rayonlararası narkoloji xstəxanaya, həmin məcburi müalicənin icrasına nəzarət edilməsi isə icra məmuruna həvalə olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübüt ümümi çəkisi 4.281 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109-118-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 12:30-dən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun . Şəxs təyin olunmuş narkomaniyadan məcburi müalicənin icra olunması Lənkəran rayonlararası narkoloji xəstəxanaya, həmin məcburi müalicənin icrasına nəzarət edilməsi isə icra məmuruna həvalə olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübüt ümümi çəkisi 4.281 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mütəllim İsayev
Məhkəmə qərarları › İş №3(049)-9/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-9/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver