Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-902/2024 14.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Lənkəran rayonu, Günəhir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Lənkəran rayonu Günəhir Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Lənkəran rayonu, Günəhir kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 549.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına materiala Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayonu Günəhir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 saylı iclas protokolu qanunla müəyyən edilmiş müddətdə Lənkəran Regional Ədliyyə İdarəsinə təqdim edilmədiyi üçün bələdiyyənin sədri Şəxs barəsində İXM-nin 549.2-ci maddəsi ilə 24 sentyabr 2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 2020-cü ildən etibarən Lənkəran rayonu Günəhir Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Arvadının səhhətində yaranmış problemlərlə əlaqədar Lənkəran rayonu Günəhir Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 10 saylı iclas protokolunu qanunla müəyyən edilmiş müddətdə deyil, xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə təqdim edilmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində rəsmi qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olması inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və digər sübutlarla təsdiq olunur və buna görə də Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 549.2-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-140-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-902/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-902/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver