Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-906/2025 17.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin YPX-in ispektoru, polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli (himayəsində 4 uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran şəhər rayon polis şöbəsinin səlahiyyətli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 333.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:31 radələrində Vaz 21074 minik markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhərində alkaqol sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.2ci maddələri ilə İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin YPX-in ispektoru, polis baş serjantı X2 tərtib etdiyi protokolu müdafiə edərək, göstərdi ki, 2025-ci ilin iyun ayında Şəxs sərxoş vəziyyətə avtomobil idarə etdiyinə görə Biləsuvar rayon YPX-in inspektoru polis serjantı X3 tərəfindən barəsində İXM-in 327.1 və 333.1-ci maddələrlə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Bundan sonra bu il ərzində Şəxs sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Lənkəran ŞRPŞ-in İB-də cinayət işinin istintaqı aparılır. Hazırda isə göstərilən inzibati xətaya yol vermişdir. Həmçinin qeyd edilən zaman avtomobili idarə edərkən Şəxs avtomobili idarə etməyə etibarnaməsi də olmamışdır. Göstərilənlərə əsasən Şəxs barəsində ən sərt inzibati tənbeh tədbirinn tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş – barəsində protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilərək həmin gün toyda spirtli içki qəbul edərək avtomobil idarə etdiyini, əvvəllər də inzibati xətaya yol verdiyinə görə barəsində 8 gün müddətində inzibati tənbeh tədbirinin tətbiq edildiyini, ailəsinin yeganə qazanc gətirən şəxsi olduğunu, himayəsində 4 azyaşlı övladının olduğunu bildirib barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: 16 dekabr 2025-ci il tarixli 002249 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs 1.434 promil yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:47 radələrində Qaz 24 minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonunda sərxoşluğu vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 327.1 və 333.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdi.. Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı bir il ərzində təkrar törətmişdir və sürücülük vəsiqəsini təqdim etməmişdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il təvəllüdlü 4 azyaşlı uşağı vardır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33cü bəndinə əsasən yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə görə yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs himayəsində 4 azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-906/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-906/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver