Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-909/2024 24.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin baş məsləhətçi-baş əmək müfəttişi X5 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından veridiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3100 manat məbləğində cərimə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran X18nin inzibati tənbehvermə haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024 cü il tarixdə 3 dəfə baxış keçirildikdən sonra Lənkəran Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş, yenidən araşdırılmağa göndərilmişdir. Fikrinə görə düzgün araşdırma aparılmamış, əsassız, qanunsuz qərar qəbul edilmişdir. Həmçinin, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında 3(049)-741/2024 saylı işin icraatına xitam verilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli qəbul edilmiş qərar tamamilə qanunsuzdur. Belə ki, bundan öncə analoji olaraq MN ******* saylı xx.xx.2024-cü il tarixli Qərarın təkrarı olaraq, qarşı tərəfin istinad etdiyi cari qərarda adları qeyd olunan şəxslər- "xxxx" MMC-nin rəsmi işçiləri olmaqla onların hər biri ilə əmək müqaviləsi bağlanmış və bu işçilər —X14 (xx.xx.2023-cü ildən sürücü vəzifəsində işləyən), X12 (xx.xx.2020-ci ildən baş mühasib vəzifəsində işləyən) və X6 (xx.xx.2023-cü ildən sürücü operator vəzifəsində işləyən) ilə bağlanmış əmək müqavilələri elektron sistemə daxil edilmişdir. Açıqlama olaraq əvvəlki şikayətində geniş məlumat vermişdir. Lakin tərəfindən təqdim edilmiş və adları qeyd olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişlərindən də aydın olur ki, bu şəxslərə həmin icazələr verilərkən onlar şirkətdə çalışmış, əmək müqaviləsi aktiv olmuş və həmin müqavilələr də altsistemdə mövcud olmuşdur, lakin icazədən sonra qeyd edilən şəxslərin işdən çıxması halında şirkətin hər hansı bir məsuliyyət daşıması qeyd olunan normada nəzərdə tutulmamışdır. Ümumiyyətlə qarşı tərəfin qəbul etdiyi qərarda istinad etdiyi İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün əsas şərt Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsidir, lakin kokret halda qeyd edilən şəxslər işə cəlb olunarkən onlar barəsində əmək müqaviləsi qüvvədə olmuş, onların işə cəlb olunması əmək müqaviləsi qüvvədə olan zaman baş vermiş, yəni əmək müqaviləsi olmayan işçi işə cəlb edilməmiş və onun işləməsinə işçi icazəsi verilməmişdir. Bildiyimiz kimi əgər dövlət orqanı tərəfindən hər hansı reyd aparılarkən müəyyən qanun pozuntusu aşkarlanarsa yerində akt tərtib olunmalıdır. Lakin belə bir akt da mövcud deyil. Deməli, haqqında qeyri-formal məşğulluq faktının aşkar olunması, o cümlədən İXM-nin 192.1-ci maddəsi ilə inzibati cəza təyin olunması əsassızdır. Burada söhbət işçinin işçi icazə qüvvədə olan dövrdə işdən çıxmasından və işçinin işdən çıxması ilə bağlı qabaqcadan verilmiş icazənin ləğv edilməməsi ilə bağlı məlumatın verilməməsindən gedir ki, bu hal da İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibini yaratmır. Digər tərəfdən işdən çıxma ilə bağlı işçi icazəsi olan şəxslə bağlı əmək müqaviləsi qüvvədə olan zaman verilmiş icazənin də ləğv edilməsi təlimatı xx.xx.2024-cii il tarixdə verilmiş və məhz həmin tarixdən də icazələrin ləğv edilməsi ilə bağlı işçi siyahıları tərtib olunaraq həmin icazəni vermiş şirkətə-sifarişçi "xxxx" MMC-yə təqdim edilmişdir. Belə ki, məhz xx.xx.2024-cü il tarixdə şirkətə daxil olan təlimatda əmək müqaviləsi sonradan ləğv edilmiş işçilərin icazələrinin də ləğv edilməsinin mütləq olduğu qeyd olunmuş, bundan sonra isə işçilərə dair işçi icazələrinin verilməsi sifarişçi təşkilat olaraq "xxxx" MMC tərəfindən həyata keçirildiyi üçün həmin icazələrin ləğvi də bu şirkət tərəfindən aparılır və xx.xx.2024-cü il tarixli təlimatdan sonra tərəfindən bu məlumatlar əlaqədar təşkilata ötürülür və icazələrin ləğvi barədə məlumatın portala yerləşdirilməsi həyata keçirilir. Həmin tarixə kimi belə bir təlimat olmamış və Əmək Müfəttişliyi tərəfindən bununla bağlı onlar təlimatlandırmamışlar. Bu proses yalnız Əmək Müfəttişliyi təşkilatlara analoji protokollar təqdim edildikdən sonra həyata keçirildi. Göründüyü kimi şirkət tərəfindən hər hansı bir əmək qanunvericiliyinin tələbi pozulmadığı halda barəsində inzibati qərar qəbul edilmişdir. O cümlədən qeyd etmək istəyir ki, AR Daxili İşlər Nazirliyinə xx.xx.2024-cü il tarixdə (protokol tərtib edilən gündən öncə) adları qeyd olunan işçilərin portal icazələrinin ləğv edilməsi üçün məktub ünvanlamışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenə də DİNə "xxxx" MMC adına kimlərin aktiv icazəsi olduğu barədə məlumat vermələri barədə müraciət etmişdir. Lakin heç bir müraciətə qənaətbəxş cavab almamışlar. Cəmiyyət olaraq üzərilərinə düşən vəzifəni icra etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş şikayət vermiş şəxs X7 məhkəmə iclasına gəlməmiş, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 3(049)-741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədiyini, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)- 482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərarın dəyişdirilmədən qüvvəsində saxlanıldığını bildirərək hazırki şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə qərardan şikayət vermiş şəxs X3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin baş məsləhətçi-baş əmək müfəttişi X9 bildirdi ki, X6, X14 və X12 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb edildiyinə görə hüquqi şəxs "xxxx" MMC-nin direktoru olan vəzifəli şəxs X7 təmsil etdiyi orqanın müvafiq qərarı ilə İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. X7 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan sonuncunun verdiyi şikayətə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(049)-799/2024 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nə göndərilmişdir. Sözügedən qərarın ləğv edilməsi üçün əsas rolunda inzibati xəta haqqında protokolda inzibati xətanın nə vaxt törədilməsinin qeyd edilməməsi çıxış etmişdir. Həmin nöqsan aradan qaldırılmış və Şahmar Məlikov hazırda mübahisələndirdiyi 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsi üçün əsas yenə də X6, X14 və X12 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb edilməsi olmuşdur. Eyni əsaslarla hüquqi şəxs "xxxx" MMC barəsində 19 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə göndərilmiş, Lənkəran Rayon Məhkəməsinin 3(049)-741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilmiş, həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şikayətin dəlilləri ilə razı olmayaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış: 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzabati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, «İşəgötürən AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X10 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X8 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verdiyi halda, onları əmək müqavilələrinə xitam verildiyi tarixdən inzibati xəta haqqında protokol tərtib edildiyi xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad edilmiş ərazilərdə iş və xidmətlərin görülməsinə cəlb etmişdir. X1 tərəfindən inzibati xəta törədilmiş və İXM-nin 192.1-ci maddəsi ilə barəsində 3100 manat məbləğində inzibati tənbeh tədbri tətbiq edilmişdir.» Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(049)-799/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-741/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitma verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "ŞAM” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Lənkəran Rayon Məhkəməsi hakiminin 27 avqust 2024-cü il tarixli, 3(049)-741/2024 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsi hakiminin 27 avqust 2024-cü il tarixli, 3(049)-741/2024 saylı qərarı dəyişdirilməmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə "xxxx" MMC arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdə şirkətdə ekskavator operatoru vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X14 ilə "xxxx" MMC arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdə şirkətdə sürücü vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X12 ilə "xxxx" MMC arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2020-ci il tarixdə şirkətdə ekskavator operatoru vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli elektron müraciətin çıxarışından görünür ki, inzibati xəta haqqında protokolda adları qeyd edilmiş şəxslər - X6, X14 və X8 işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin ləğv edilməsilə əlaqadar xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyinə elektron müraciət göndərilmişdir. xx.xx.2024-cü il tarixli elektron müraciətin çıxarışından görünür ki, ŞAM-1” MMC-nin işçilərinin adına azad olunmuş ərazilərə icazə portalının kimlər üçün aktiv olması barədə məlumatın verilməsi "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyinə elektron müraciət göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “İşğaldan azad olunmuş ərazilərə buraxılış” idarələrarası informasiya sistemində buraxılış icazələri aktiv olan əməkdaşlar haqqında məlumatın təqdim edilməsi ilə bağlı daxil olmuş müraciətə baxılmış, müvafiq sistemdə Cəmiyyətin işçilərinin qeydiyyata düşməyinin təşəbbüskarı olmuş qurum tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X4 qəbul etdiyi 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzabati tənbeh vermə haqqında qərarında işəgötürən X3 Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X10 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X8 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verdiyi halda, onları əmək müqavilələrinə xitam verildiyi tarixdən inzibati xəta haqqında protokol tərtib edildiyi xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad edilmiş ərazilərdə iş və xidmətlərin görülməsinə cəlb etməsini adları qeyd olunan işçilərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet resursunda olan portalda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olmasına və həmin vaxtda "xxxx" MMC ilə aralarında əmək müqaviləsinin olmamasına əsaslanmışdır. İnzibati orqan tərəfindən həmin şəxslərin "xxxx" MMC (işəgötürən Şahmar Məlikov) tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi ilə bağlı hər-hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən də işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin ləğv edilməsilə əlaqadar xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinə elektron müraciətlər göndərilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə və onun əməlində inzibati xəta tərkibinin olması inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə şikayət təmin edilməli, X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Lənkəran X18nin 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şikayət təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X4 tərəfindən qəbul edilmiş 13 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-909/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-909/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver