Məhkəmə qərarları › İş №3(049)-91/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-91/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-91/2024 21.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X12, qərarından şikayət edilən orqanın nümayəndəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin məsləhətçisi Nümayəndə, şikayət verən şəxs: X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN1614193 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verils xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri ərazi idarəsinin rəis müavini X15 (bundan sonra - "Vəzifəli Şəxs") tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin (bundan sonra - "Şirkət") meneceri X3 (bundan sonra - "Şikayətçi") barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə 4000 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə MN ******* nömrəli qərar (bundan sonra- "Tənbeh Qərarı") qəbul edilmişdir. Tənbeh Qərarı onunla əsaslandırılmışdır ki, guya Şikayətçi - vətəndaş X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Şikayətçi aşağıdakı səbəblərə görə hesab edir ki, tənbeh Qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, tənbeh qərarı çıxarılarkən Vəzifəli Şəxs aydınlaşdırmamışdır ki, ümumiyyətlə X10 şirkətdə iş görmüşdür, yoxsa xidmət göstərmişdir və xidmət göstərmişdirsə, hansı xidmətləri göstərmişdir. Halbuki, İXM-in 48-ci maddəsinə əsasən [...] inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. Həmçinin, İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilənlərə baxmayaraq, Vəzifəli Şəxs mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq aşkar surətdə qanunsuz Tənbeh Qərarı qəbul etmişdir. Vəzifəli Şəxs tərəfindən işə baxılarkən Şikayətçinin iştirakı təmin edilməmişdir. Bununla yanaşı, İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şikayətçiyə nə işə baxılmasının yeri və müddəti barədə bildiriş göndərilmiş, nə Şikayətçi işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermişdir. Bunlara baxmayaraq, Şikayətçinin iştirakı olmadan əsassız olaraq Tənbeh Qərarı qəbul edilmişdir. X5 Şirkətdəki nəzarətçi vəzifəsinə qanuni əsasla, yəni əmək müqaviləsi əsasında həyata keçirilmişdir. Bununla yanaşı, vətəndaş X5 əmək müqaviləsi sistemə əlavə olunmağa çalışılsada həmin gün elektron sistemdə problemlər yaşanmışdır. Göründüyü kimi vətəndaşla əmək müqaviəsi bağlanılmış ona əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçi ilə əmək müqaviləsi bağlanılmış, əmək haqqısı ödənilmiş, sistemdəki nasazlıq mənə inzibati tənbeh tətbiq etməyə əsas deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X10 ilə Şirkət arasında 2 ay 29 gün müddətinə (xx.xx.2023-cü il tarixədək) əmək müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən X10 nəzarətçi vəzifəsini yerinə yetirməyi, bunun müqabilində Şirkət isə 612,57 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, təsvir edilənlər ona işarə edir ki, Şikayətçinin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi inzibati xəta mövcud deyildir. Bu səbəbdən də Şikayətçinin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, X10 2023-cü ilin aprelin 3-də işə başlamış, aprelin 4-dən sistemə yerləşdirilmiş, 5-i imzalanmışdır. Xitam əmrində də məzuniyyət aprelin 3-dən hesablanmışdır. Beləliklə də, vəzifəli şəxs qismində X2 əməlində inzibati xəta tərkibi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, "xxxx" MMC-də işə başlamışdır. İşlərin görülməsinə faktiki olaraq xx.xx.2023-cü il tarixdən başlamışdır. Sənədlərdə onun işə çıxması xx.xx.2023-cü il tarix qeyd olunmasına baxmayaraq, real olaraq 05 apreldə işə başlamışdır. Əmək haqqını isə xx.xx.2023-cü il tarixdən hesablanmaqla almışdır. Hazırda şirkət barədə şikayət və tələbi yoxdur. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı izahatında göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə "xxxx" MMC-də nəzarətçi vəzifəsinə işə cəlb edilmiş 17 avqust 2023-cü il tarixdə isə işdən azad olunmuşdur. Lakin 25 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək qolunun sınması səbəbindən əmək qabiliyyətini müvəqqəti itirmiş və buna görə həmin müddət ərzində işə çıxa bilməmişdir. 13 iyul 2023cü il tarixdə əmək qabiliyyəti bərpa olunduqdan sonra işə yenidən davam etmişdir. Lakin iyul ayının sonunda "xxxx" MMC-nin meneceri ondan işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etmiş, yazmayacağı təqdirdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcəyini bildirmişdir. Daha sonra ona "xxxx" MMC tərəfindən aralarındakı razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək evdə müalicəsini davam etdirməsi ilə bağlı razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdə işə qayıdan zaman onu işə qəbul etməmişlər və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyini bildirmişlər. O, əmək müqaviləsinə qanunsuz olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin araşdırılmasını, əmək kitabçasının ona təhvil verilməsini və "xxxx" MMC tərəfindən ona vurulan maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında ola inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən vətəndaş X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Çağrı Mərkəzinə 30 avqust 2023-cü il tarixdə saat 11:13də edilmiş müraciət vərəqəsindən müəyyən edilir ki, X10 müraciətində "xxxx" MMC-dən qanunsuz olaraq işdən çıxarılmağını bildirmişdir. İş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2023xx.xx.2023-cü il dövr üzrə Orxan Soltanova əmək haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin aprel ayı üzrə iş vaxtının cədvəli hesabatından müəyyən edilir ki, X5 işə çıxma vaxtı, yəni ilk iş günü xx.xx.2023-cü il, ay ərzində iş günlərinin sayı isə 23 gün göstərilmişdir. İş materiallarında olan X5 "xxxx" MMC-yə ünvanlanmış ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2023-cü il tarixdən nəzarətçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/0402K nömrəli əmrdən müəyyən edilir ki, Orxan Soltanov xx.xx.2023-cü il tarixdən 1 ay sınaq müddəti ilə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsində müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə işəgötürən "xxxx" Group MMC ilə Orxan Soltanov arasında bağlanmışdır. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilə bildirişi”dən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bildirişi, xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş və xx.xx.2023-cü il tarixdə imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/0701D nömrəli əmrin məzmunundan müəyyən edilir ki, həmin tarixdən etibarən nəzarətçi vəzifəsində işləyən Orxan Soltanovun əmək haqqı məbləği artırılmış və buna dair dəyişikliyin elektron bildirişdə qeydə alınması qərara alınmışdır. iş materiallarında olan “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ndən müəyyən edilir ki, əmək haqqı 669 manat müəyyən edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrdən müəyyən edilir ki, X10 ilə bağlanmış 61P65T3000200 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 23/104 nömrəli intizam məsuliyyətə cəlb edilməsinə dair əmrdən müəyyən edilir ki, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən X6 xx.xx.2023-cü il tarixdə işə başlayan işçiyə xx.xx.2023-cü il tarixdən əmək haqqı hesablayaraq vəzifə və öhdəliklərinin tələbini kobud şəkildə pozmuşdur. Qeyd olunan hal nəzərə alınaraq baş mühasib Orxan Mütəllimova töhmət verilmişdir. İş materiallarında olan X4 izahatından müəyyən edilir ki, o, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X10 iş görüşməsinə gəlmiş, xx.xx.2023-cü il tarixdə isə işə başlamışdır. Lakin yanlışlıqla işçiyə xx.xx.2023-cü il tarixi iş günü kimi qeyd etmiş və iş günlərinə mütənasib olaraq əmək haqqı ödəmişdir. Əslində iş günlərinə görə əmək haqqı xx.xx.2023-cü il tarixdən hesablanmalı idi. Yanlışlığa səbəb iş yükünün çoxluğu olmuşdur. İş materiallarında olan 2023-cü ilin aprel ayı üçün hesablanmış əmək haqqı cədvəlindən görünür ki, aprel ayının 23-dək 22 iş gününə görə X8 585,94 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin qeydində göstərilmişdir ki, Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-cı hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibatı xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi qismində X3 İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçini işə cəlb etməsi iş materiallarında olan inzibati xəta haqqında protokol, X5 inzibati orqana müraciəti zamanı verdiyi ilkin izahatı, ərizəsi, əmək müqaviləsi, əmrlə, işçinin işə davamiyyət cədvəli ilə və əmək haqqı cədvəli ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından görünür ki, X5 aprel ayının 30-a qədər işlədiyi iş günlərinin sayı istirahət və bazar günləri çıxıldıqdan sonra 22 iş gün müəyyən edlir ki, bu da özlüyündə X5 22 iş günü işləməsinin və ona müvafiq olaraq əmək haqqı almasının ancaq xx.xx.2023-cü il tarixdən işləməklə mümkün ola biləcəyi qənaətinə gəlməyə əsas verir. Həmçinin qeyd etmək lazımdır ki, inzibati orqan şəxsin xx.xx.2023-cü il tarixdən əmək münasibətlərinə cəlb edilməsini və xx.xx.2023-cü il tarixinin texniki olaraq səhv yazıldığını qeyd etsə də əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, əmək müqaviləsinə xitam verilərkən artıq inzibati orqana texniki yalnışılıq kimi həmin tarixin mübahisələndirilməsinə baxmayaraq yenidən işə başlanma tarixi xx.xx.2023-cü il tarixi kimi qeyd edilmiş və inzibati orqan tərəfindən işə başlama tarixinin xx.xx.2023-cü il tarixin olması ehtimalı qəbul edilə bilinməsi halında belə əmrin məzmununda sadəcə istifadə edilməmiş məzuniyyət günün son-haqq hesabının aparılması barədə mühasibatlığa göstəriş verilsə də X5 xx.xx.2023-xx.xx.2023- ci il aralığında işlənmiş günlərə görə artıq ödənilmiş əmək haqqının da ondan tutulması ilə bağlı mühasibatlığa hər hansı göstəriş verilməmişdir. Qeyd etmək lazımdır ki, MMC-nin mühasibinə texniki yalnışlığa görə xx.xx.2023-cü il tarixdə töhmət verilikdən sonrakı tarixlərdə X5 əmək münasibətləri zamanı barəsində qəbul edilmiş bütün sənədlərdə də həmin səhv aradan qaldırılmamış və işə başlanma tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Yuxanda qeyd edilənlərə əsasən, , "xxxx" MMC-nin vəzifəli şəxsi qismində X1 X5 xx.xx.2023-xx.xx.2023-ci il aralığında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsi işin faktiki halları ilə öz təsdiqini tapdığından , "xxxx" MMC-nin vəzifəli şəxsi qismində X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-632/2024 nömrəli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinmiş, lakin inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. "xxxx" MMC-nin vəzifəli şəxsi qismində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi gündən, yəni xx.xx.2023-cü il tarixindən 1 ildən artıq vaxt keçdiyindən icraata isə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən vəya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Qeyd olunan Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən, "xxxx" MMC-nin vəzifəli şəxsi qismində X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə nqüddəti keçdiyindən İXM-nin 38.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar