Məhkəmə qərarları › İş №3(049)-910/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-910/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-910/2024 01.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Lənkəran rayonu, Hirkan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Lənkəran rayonu, Hirkan kəndində qeydiyyatda olmaqla Lənkəran rayonu, Sərinbulaq kəndində yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 01 oktyabr 2024 -cü il tarixdə, saat 10.35-də Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində ictimai yerdə uca səslə, ucadan səs küy salaraq orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X7 göstərdi ki, Lənkəran Rayon Polis X1 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. 01 oktyabr 2024 -cü il tarixdə, saat 10 radələrində Lənkəran rayonu, Yuxarı Nüvədi kəndi ərazisində küçədə polis əməkdaşları Şəxs yaxınlaşıb barəsində polis şöbəsində aparılan araşdırma ilə əlaqədar polis şöbəsinə dəvət olunmasını bildirnişlər. Şəxs buna əsəsbləşərək heç bir əaslı səsbəb olmadan ucadan səs-küy salaraq orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Lənkəran rayon Yuxarı Nüvədi kəndinə körpünün yanında dayanmış polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onun barəsində şikayət olunması ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət dəvət edilməsini bildirşlər o, əsəbləşərək ondan şikayət edənin ünvanına söyüş söymüşdür. Polis əməkdaşlarına qarşı qeyri normal hərəkətlər etmişdir. Polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşları onu poliş şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirib icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. ŞRPŞ İTB-da şikayət ilə bağlı 01 oktyabr 2024 -cü il tarixdə, saat 10:30 radələrində Lənkəran ŞRPŞ-nin polis baş serjantları Ramal Əzimli və Elşən Cəfərli ilə birlikdə Yuxarı Nüvədi kəndinə ərazisində körpünün yanında dayanmış təxmini tanıdığı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onun barəsində şikayət olunması ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət dəvət edilməsini bildirşlər o, əsəbləşərək ondan şikayət edənin ünvanına ucadan hay- küy salaraq söyüş söymüşdür. Polis əməkdaşlarına qarşı qeyri normal hərəkətlər edərək qanuni tələblərini pozmuşdur. Polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında göstərdi ki, Lənkəran ŞRPŞ-nin İTB-nın polis sahə rəisi vəzifəsində xidmət edir. 01 oktyabr 2024 -cü il tarixdə, saat 10:30 radələrində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Həmidov Həmid və polis baş serjantı Elçin Cəfərli ilə birlikdə Lənkəran rayonu Yuxarı Nüvədi kəndinə körpünün yanında dayanmış təxmini tanıdığı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onun barəsində şikayət olunmasıyla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət dəvət edilməsini bildirşlər o, əsəbləşərək ondan şikayət edənin ünvanına ucadan hay küy salaraq söyüş söymüşdür. Polis əməkdaşlarına qarşı qeyri normal hərəkətlər edərək qanuni tələblərini pozmuşdur. Polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, Lənkəran ŞRPŞ-nin İTB-nın polis sahə rəisi vəzifəsində xidmət edir. 01 oktyabr 2024 -cü il tarixdə, saat 10:30 radələrində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Həmidov Həmid və polis baş serjantı Ramal Əzimov ilə birlikdə Yuxarı Nüvədi kəndinə körpünün yanında dayanmış təxmini tanıdığı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları onun barəsində şikayət olunmasıyla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət dəvət edilməsini bildirşlər o, əsəbləşərək ondan şikayət edənin ünvanına ucadan hay küy salaraq söyüş söymüşdür. Polis əməkdaşlarına qarşı qeyri normal hərəkətlər edərək qanuni tələblərini pozmuşdur. Polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis serjantı Həmidov Həmid 01 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Lənkəran ŞRPŞ-nin İTB-da aparılan araşdırma materialları üzrə izahatı alınması ilə bağlı dindirilməsinə zərurət yaranan Şəxs təhqiqata təqdim olunmasından ötrü tapşırığnın icrası ilə əlaqədar 01 oktyabr 2024 -cü il tarixdə, saat 10:35 radələrində polis nəfəri Ramal Əzimov və Elvin Cəfərli ilə birlikdə Şəxs ünvanına getdikləri zaman Lənkəran rayon Yuxarı Nüvədi kəndində yolda Şəxs ilə rastlaşmışlar ona özlərini təqdim edərək polis şöbəsinə dəvət olduğunu bildirsələrdə o isə uca səslə, ucadan ünvansız söyüşlər söyərək orada xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinin qəsdən tabe olmamışdır, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs öz qanunsuz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün həmin şəxsi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin Şəxs olduğu, Lənkəran rayonu Hirkan qəsəbəsində qeydiyyatda olan Lənkəran rayon Sərinbulaq kəndində yaşadığı məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 01 oktyabr 2024-cü il tarixdə, saat 10.35-də ictimai yer hesab olunan Lənkəran şəhəri, Səttarxan küçəsində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 01 oktyabr 2024-cü tarixdən, saat 16:55-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar