Məhkəmə qərarları › İş №3(049)-912/2022

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-912/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-912/2022 19.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Astara rayonu, Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,”Azersun” Məhdud Məsuliyyətli Cəmiyyətdə sürücü köməkçisi vəzifəsində işləyən, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXP) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 sentyabr 2022ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində idarə etdiyi “Mersedes Benz E200” markalı **-GF-*** qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri “Dosa” deyilən ərazidən, yəni, H.Aslanov Xiyabanında işıqfordan sola dönüb Lənkəran şəhəri Z.Əliyeva küçəsi istiqamətdə hərəkət etmişdir. Z.Əliyeva küçəsində “Mikrorayon” istiqamətindi hərəkətdə olarkən avtomobilində əyləşmiş anası Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmaq üçün tələsdiyindən öz yolunda olan işıqforun qadağanedici qırmızı işığında hərəkətə davam edərək ikinci kəsişməyə daxil olmuşdur. Bu zaman sağ tərəfdən VAZ 21 07 markalı **-RP-*** qeydiyyat nişanlı avtomobildə öz yolunda, işıqforun yaşıl işığında düzünə hərəkət etmişdir. Avtomobilinin sağ ön hissəsi ilə VAZ 2107 markalı avtomobilin sol ön hissəsi bir-birinə toqquşmuşdur. Zərbənin təsirindən avtomobili yolun kənarındakı beton dirəyə dəyərək dayanmışdır. Hadisə yerindən yayınmamışdır. Qəza bilavasitə əvvəl avtomobili təxminən 40 km/saat surətlə idarə etmişdir, Yekun olaraq zərəçəkmiş şəxslərlə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, xx.xx.2022ci il tarixdə, saat 19 radələrində oğlu Şəxs idarə etdiyi “Mersedes Benz E200” markalı **- GF-*** qeydiyyat nişanlı avtomobilin ön oturacağında əyləşmiş və qəza anidən baş vermişdir. Hazırda oğlu Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2022ci il tarixdə, saat 19 radələrində idarə etdiyi VAZ 2107 markalı **-RP-*** avtomobillə Lənkəran şəhərində yerləşən Yanğından Mühafizə İdarəsinin qarşısından Boyuk Bazar istiqamətində, yəni M.M.Axund küçəsi istiqamətində hərəkət etmişdir. İşıqforun yaşıl işığınında Z.Əliyeva küçəsi ilə kəsişməyə daxil olmuşdur. H.Aslanov xiyabanı küçəsindən mikrorayon istiqamətində, yəni Z.Əliyeva küçəsində hərəkətdə olan **-GF-*** qeydiyyat nişanlı Mersedes markalı avtomobil işıqforun qadağanedici işığında kəsişməyə daxil olaraq onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı avtomobilində özündən başqa heç kəs olmamışdır. Hadisə zamanı ciddi xəsarət almasa da bədənində ağrılar hiss etmişdir. Qəzadan bilavasitə əvvəl avtomobili təxminən 50 km/saat surətlə idarə etmişdir. Özü işıqforun yaşıl işığında yolayrıcına daxil olmuşdur, lişıqforun qadağanedici qırmızı işığında kəsişməyə daxil olan Mersedes markalı avtomobilin onun avtomobili ilə toqquşacağını görüb dərhal əyləc sistemindən istifadə etmiş və avtomobili dayandırmağa çalışmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi Mersedes markalı avtomobilin sürücüsünün təqsirindən baş vermişdir. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin yol-nəqliyyat hadisəsini törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 30 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 avqust 2022-ci il tarixdə saat 19.08-də “Mercedes Benz” (minik) markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərarda göstərilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli 827 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində sol bazu oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. nahiyyəsinin hematoması, sağ dirsək oynağı nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir. Sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərardan göstərilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli 829 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ dirsək nahiyəsində əzilmiş yara, baş alın nahiyəsində sıyrıq aşkar edilmişdir. Sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Mercedes Benz” (minik) markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 28 avqust 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran rayonu, H.Aslanov xiyabanında svetafordan sola dönüb Lənkəran şəhəri, Z.Əliyeva küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq edərək X1 idarə etdiyi “VAZ 2107” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq sonuncuya və öz avtomiblində olan Zərərçəkmiş şəxs2nna yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar