Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-912/2025 15.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərəfindən 09 dekabr 2025-ci il tarixdə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edimiş sənədlərdə qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən 21000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 29 noyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 21000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 30 noyabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı etirazı məhkəməyə təqdim edərək bildirdi ki, Şəxs MMC-nin Hindistan Respublikasının Dehli şəhərində “P.K.OVERSEAS PVT. LTD” şirkəti ilə bağladığı Pİ/PKO/RİCE/20xx-xx/9702 saylı, xx.xx.2023-cü il tarixli PROFORMA İNVOİCE (müqavilə) əsasında həqiqətən “Yapı Kredi” bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə xaricə 21.000.00 ABŞ dolları valyuta vəsaiti göndərmiş və həmin valyuta vəsaitinin müqabilində xx.xx.2024-cü il tarixində ümumi çəkisi 20.940 kq olan düyü ərzaq məhsulunu Hindistan Respublikasından idxal edərək ölkəyə gətirilmiş və ölkəyə idxal edilmiş ümumi dəyəri 21.000.00 ABŞ dolları olan ərzaq məhsulları xx.xx.2024-cü il tarixdə X1 İdarəsində gömrük edilmişdir. Ölkədən çıxarılmış valyutanın müqabilində 45 gün müddətində ölkəyə müvafiq malların idxal edilməsini nəzərə alıb hazırki inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Şəxs nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən "Azərbaycan Respublikasının rezidentlər və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən “X3 Azərbaycan” QSC vasitəsilə qabaqcadan ödəniş həyata keçirilmiş, iki il müddət başa çatdıqdan sonra malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, “P.K.OVERSEAS PRİVATE LİMİTED Hindistan” tərəfindən Pİ/PKO/RİCE/20xx-xx/9702 saylı, xx.xx.2023-cü il tarixli PROFORMA İNVOİCE ticari müqavilə nömrəsi əsasında dəyəri 21000.00 ABŞ dolları təşkil edən 20.940 kq “Shahane İndian 1121 X2” nişanlı Hindistan düyüsü Astara gömrük idarəsində ölkəyə idxal edilmişdir. Mal Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3-cü yarımbəndinə əsasən "Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, Şəxs MMC tərəfindən Hindistanın “P.K.OVERSEAS PVT. LTD” şirkətinə Pİ/PKO/RİCE/20xxxx/9702 saylı, xx.xx.2023-cü il tarixli PROFORMA İNVOİCE müqaviləsi əsasında “Yapı Kredit” bank vasitəsi ilə xx.xx.2023-cü il tarixdə xaricə 21000 ABŞ dolları valyuta vəsaiti göndərilmiş, “P.K.OVERSEAS PVT. LTD Hindistan” tərəfindən Pİ/PKO/RİCE/20xx-xx/9702 saylı ticari müqavilə nömrəsi əsasında dəyəri 21000 ABŞ dolları təşkil edən 20.940 kq “Shahane İndian 1121 X2” nişanlı Hindistan düyüsü ölkəyə göndərilərək Astara gömrük postunda ölkəyə idxal edilmişdir. Başqa sözlə, mövcud durumda həmin Cəmiyyətə münasibətdə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "Al İbrahim” MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-912/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-912/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver