Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-913/2023 17.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X6, zərərçəkmiş şəxs: X11 və onun qanuni nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Lənkəran rayonu, Ürgə kənd tam orta məktəbində ingilis dili müəlliməsi işləyən, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X5 11 noyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə inspektoru X6 tərəfindən MN seriyalı ******* nömrəli 06 aprel 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 oktyabr 2022-ci il tarixdə əhər saatlarında Ürgə kənd orta məktəbində dərs zamanı həmin məktəbin 5-ci sinif şagirdi X10 döyərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi X6 bildirdi ki, 01 noyabr 2022-ci il tarixdə saat 09:50 radələrində Ürgə kənd sakini Nümayəndə DİN-nin 102 xidmətinə zəng edərək Ürgə kənd orta məktəbində ingilis dili müəlliməsi işləyən Şəxs onun övladı, həmin kənd məktəbinin 5ci sinif şagirdi X10 döyərək sağlamlığa zərərvurmayan müxtəlif xəsarətlər yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 06 aprel 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 31 oktyabr 2022-ci il tarixdə Ürgə kənd orta məktəbində 5 a sinfinə dərs dediyi zaman həmin sinif şagirdi X11 dərsi pozmağa balşamışdır. Həmin şagirdə dəfələrlə xəbərdarlıq etsə də, şagird onun xəbərdarlıqlarına məhəl verməmişdir. X4 ona qarşı müxtəlif hörmətsizlik hərəkətləri etmişdir. Bu barədə məktəb rəhbərliyinə məlumat verməmiş və uşağın valideyinlərini məktəbə çağıracağını fikirləşmişdir. Səhəri gün, yəni 01 noyabr 2022-ci il tarixdə məktəbə gələrkən Əkbər Nəcəfovun atası Nümayəndə ilə qarşılaşmış, Nümayəndə onu təhqir etmiş, daha sonra isə onu itələyərək məktəbin torlu çəpərinə çırpmışdır. O, bu barədə məktəbin dərs hissə müdiri Ramin müəllimə məlumat vermişdir. O, heç vaxt heç bir şagirdə qarşı fiziki güc işlətməmişdir. Həmçinin qətiyyən X10 vurmamışdır. X1 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, 31 oktyabr 2022-ci il tarixdə dərsdə olduğu zaman İngilis dili müəlliməsi Şəxs ondan ingilis dili kitabını təhvil verməsini tələb etmişdir. O, isə kitabı vermək istəmədiyini, oxumaq istədiyini bildirmişdir. Bundan sonra Salehə müəllimə onun üzərinə gələrək heç bir əsas olmadan dəmir xətkeş ilə onun baş nahiyyəsindən 7-8 dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik hüquqi şəxsinin 30 noyabr 2022-ci il tarixli 898 nömrəli ekspert rəyindən görünür ki, X7 başın təpə nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 31 oktyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-913/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-913/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver