Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-917/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X7, şikayət vermiş şəxs: X4, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN 17853665 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, o, 2022-ci il tarixdə tanışı Anar adlı şəxsə məxsus olan və Xəzər dənizinin sahilindəı yerləşən “Beluqa” adlı istirahət mərkəzini icarəyə götürmüşdür. Aralarında yazılı icarə müqaviləsi olmamış bu şifahi formada olmuşdur. O, bir neçə müddət həmin istirahət mərkəzini işlətdikdən sonra həmin istirahət mərkəzini təhvil vermişdir. Belə ki, 30 avqust 2024-cü il tarixdə əvvəlcədən həmin yerin sahibi ilə aralarında olan razılaşmaya əsasən həmin istirahət yerini təhvil verməli idi. Ondan razılaşmaya əsasən 30 avqust 2024-cü il tarixdə razılaşmaya əməl edərək qeyd edilən istirahət sahəsini təhvil vermiş və həmin tarixdədə Azərbaycan Respublikasınn İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər baş İdarəsinə müraciət edərək sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları dayandırmışdır. Bundan sonra isə öz şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Bundan sonra yəni 19 sentyabr 2024-cü il tarixdə ona 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən zəng olunaraq onu həmin idarəyə dəvət etmişlər. O, həmin idarəyə gələrkən ona məlum olmuş ki, qeyd edilən idarə tərəfindən onun adına protokol, tərtib edilmişdir. Belə ki, qeyd edilən idarənin əməkdaşları 12 sentyabr 2024-cü il tarixdə əraziyə çıxaraq həmin istirahət mərkəzinin qarşısından keçərkən həmin istirahət mərkəzini kimin işlətdiyini soruşmuşlar. Orada olanlardan kimsə həmin idarənin işçilərinə onun adını vermişdir. Ona görə də qeyd edilən idarənin işçiləri də qeyd edilən tarixdə protokol tərtib edərək araşdırma zamanı manqalxanada qaztoztutucu qurğunun quraşdırılmadığı müəyyən edilməsi və çirkab suların daşınmasına görə müqavilənin olmadığı müəyyən edilmişdir. Ona görə də onun barəsində MN ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra isə o idarəyə dəvət edilmiş. Yəni 19 sentyabrda idarəyə çağrılmışam və oradada izahat verərək onun 30 avqustdan etibarən orada işləmədiyini və kimin işlətdiyini bilmədiyini demişdir. Onda idarədə bildirmişlər ki, narahat olma hər şeyi nəzərə alacaqlar. Lakin sonradan bilmiş ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsinə əsasən 2500 manat məbləğində cərimə yazılmışdır. O, 30 avqust 2024-cü il tarixdə vergi hesabını bağlamış və həmin obyektə yeni icarəyə götürən şəxsin adına vergidə hesab açılıb. Əgər məhkəmə tərəfindən bunlar araşdırılıbsa məhkəməyə də aydın olar. Bundan əlavə ondan olan məlumata görə həmin obyektin yeni sahibinə Ekologiyanın işçilərinin onu cərimə etdiyi dövrdən əvvəl Qida təhlükəsizliyi və polis orqanı tərəfindən cərimələr yazılıb. Buda bir daha onu göstərir ki, qeyd edilən tarixdə həmin obyeti o işlətməmiş və başqa şəxs işlətmişdir. Həmin cərimə tamamilə qanunsuzdur və ona görə də hesab edir ki məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 izahatında şikayətində göstərdiklərini təsdiq edərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki,12 sentyabr 2024-cü il tarixdə “Beluqa” istirahət mərkəzində yoxlama zamanı manqalxanada hava təmziləyici qurğu olmadığı aşkar edilmiş və onun tərəfindən bu barədə prototkol tərtib edilmişdir. Həmin zaman istirahət mərkəzinin kimin işlətdiyini müəyyən etmək olmamış, sadəcə ətrafdakı şəxslərdən eşitmişdir ki, buranı əvvəllər X4 işlətmişdir, buna görə də o, həmin şəxs barəsində prtokol tərtib etmişdir. Hazırda şikayətin təmin edilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 26 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Beluqa” istirahət mərkəzində manqalxanada qaztoztutucu qurğunun quraşdırılmadığı müəyyən edilməsi və çirkab suların daşınmasına görə müqavilənin olmadığı müəyyən edilmişdir və buna görə X4 İXM-nin 234.0.2-ci maddəsinə əsasən 2500 manat cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 sentyabr 2024-cü il tarixli 86715 saylı Aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks və Ekologiya Monitorinq İdarəsi tərəfindən Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən “Beluqa” istirahət mərkəzində manqalxanada qaztoztutucu qurğunun quraşdırılmadığı müəyyən edilməsi və çirkab suların daşınmasına görə müqavilənin olmadığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə sözügedən istirahət mərkəzinin rəhbəri X4 ilə əlaqə saxlanılmış o isə obeyktdə hal hazırda fəaliyyət göstərmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 və digər vergi tutulan əməliyyatları xx.xx.2024-cü il tarixdən xx.xx.2090-cı il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.2-ci maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. «Atmosfer havasının mühafizəsi haqqında» Qanunun 27.1.7-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə borcludurlar. Həmin Qanunun 28.0.4-cü maddəsinə əsasən atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respubliaksı Prezidendtinin 11 iyun 2001-ci il tarixli Fərmanın 2-ci bəndindin 2-ci hissəsinə əsasən "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.13-cü, 4.0.14-cü, 7.1.3-cü, 8.1-ci, 8.2-ci, 10.3-cü və 10.4-cü maddələrində, 10.5-ci maddənin ikinci və üçüncü cümlələrində, 10.7-ci , 11-ci, 12.1-ci, 12.4-cü, 13.1.8-ci, 13.2-ci, 14.4-cü, 14.5-ci, 16.3-cü, 17.1-17.3-cü, 18-ci, 20.2-ci, 23.1-ci, 23.2-ci, 24.2-ci, 25.3-cü, 27.1.2-ci, 27.1.10-27.1.13cü və 28.0.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın və "müvafiq icra hakimiyyəti orqanının" səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Beluqa” istirahət mərkəzində yoxlama zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks və Ekologiya Monitorinq İdarəsi tərəfindən istirahət mərkəzində manqalxanada qaztoztutucu qurğunun quraşdırılmadığı müəyyən edilməsi və çirkab suların daşınmasına görə müqavilənin olmadığı müəyyən edilmişdir. Bu barədə 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol üzrə isə 26 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə hazırkı iş üzrə sənədləri tədqiq edərkən belə qənaətə gəlmişdir ki, 12 sentyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Beluqa” istirahət mərkəzində inzibati xəta hadisəsinin olması sübuta yetirilmiş olsa da, həmin inzibati xətanın törədilməsinin X3 aidiyyatı sübuta yetirilməmişdir. İş materiallarından, habelə protokol tərtib etmiş şəxsin izahatından da görünür ki, X4 inzibati xəta hadisəsi aşkar olunduqdan əvvəl həmin istirahət mərkəzindəki vəzifəsindən ayrılmışdır. Belə olan halda isə onun inzibati məsuliyyətə cəlb edilməsi əsası qanunvericiliklə istisna olunur. İXM-nin134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 sentyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-917/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-917/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver