Məhkəmə qərarları › İş №3(049)-917/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-917/2025

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-917/2025 05.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in Xİ tağımının yol patrul xidməti ispektoru polis baş serjantı X1 tərəfindən Lənkəran rayon sakini Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və digər sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində yeni Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən 194cü km-də Şəxs təsərrüfatına məxsus heyvanları yolda nəzarətsiz qoymuş və nəticədə 1 baş iribuynuzlu heyvan yola çıxarkən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes minik markalı, **-CK-*** nömrə nişanlı avtomobillə vurulmuşdur. Nəticədə avtomobilə ziyan dəymişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, hadisə zamanı xəsarət almış 1 baş iribuynuzlu heyvan (inkək) ona məxsusdur. İyəni digər heyvanlarla Lənkəran rayonu Göyşaban kəndi ərazisində dəniz kənarına otlamaq üçün aparmışlar. Heyvan adətən orada otlayıb özü geri qayıdır. Həmin gün heyvanın saat 14 radələrindən niyə geri qaytmasından məlumatsızdırlar. Həmin zaman özü və ya kimsə heyvana nəzarət etməmiş, heyvanın yanında ona baxmasını kimə tapşırmamışlar. Heyvanı nəzarətsiz buraxsalar da hadisənin baş verməsində Zərərçəkmiş şəxs təqsirli bilir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, o heyvanı görməyib, ani olaraq heyvan yola çıxmışdır. Heyvanı idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmuş, bundan sonra inək yerdən qalxaraq getmişdir. Özü şəxsən heyvanı Şəxsgilin evlərinə aparıb təhvil vermişdir. Hadisənin baş verməsində hər hansı təqsiri yoxdur. Hazırda avtomobilinə dəymiş ziyanı tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, materialda olan "xxxx" MMC emalatxanasından verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, inzibati hadisə nəticəsində Mercedes Benz C220 markalı, **-CK-*** nömrə nişanlı avtomobillə ümumilikdə 1420 manat məbləğində ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri yeni Ələt-Astara yolunun 194-cü km-dir. Hadisənin baş verdiyi yol iki tərəfli olmaqla bir-birindən hər hansı arakəmə ilə ayrılmamışdır. Hadisə baş vermiş yol asfalt örtüklü olmaqla eni 7 metr, yolun ehtiyyat hissəsi Ələt qəsəbəsi istiqamətində 2 metr, Astara rayonu istiqamətində 1,8 metr təşkil edir. Avtomobil hadisədən sonra yolun ehtiyat hissəsində saxlanılmışdır. Avtomobil inəyi öz hərəkət istiqamətində vurmuşdur. İş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntülər tədqiqi zamanı Şəxs hadisə zamanı tələf olmuş iri buynuzlu inəyin ona məxsus olduğunu və hadisənin yeni Ələt-Astara magistral yolunda baş verdiyini, həmin zaman inəyin onun nəzarətində olmadığını bildirmişdir. 10 dekabr 2025-ci il tarixli 002186 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulması inzibati xəta tərkibi yaradır. Qeyd edilən məcəllənin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar