Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-918/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 22 dekabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-548/2023 saylı, 07 mart 2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq 27 fevral 2011-ci il təvəllüdlü və 03 dekabr 2012-ci il təvəllüdlü 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay cəmi 300 manat sabit pul məbləğində aliment və mediasiya xərci olan 55 manat pul alınaraq anası Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs həmin icra sənədinin icrasından yayınmaqla 9283 manat pulu ödəməməmişdir. Eyni zamanda borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tələbi icra etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Borclu şöbəyə dəvət edilərək, onun izahatı alınmışdır və o, 17 dekabr 2024-cü il tarixli izahatında bildirmişdir ki, tələbkara olan borcundan xəbərdardır və işləmədiyi, imkanı olmadığı üçün heç bir ödəniş etməmişdir. İşlədiyi vaxt alimenti ödəyəcəkdir. Tələbkar isə icra sənədində qeyd edilən məbləği tam olaraq borcludan tələb edir. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçıraraq, çağırışlara gəlməmişdir. Buna görə də onun barəsində axtarılması barədə qərar qəbul edilərək, icra edilməsi üçün polis orqanına göndərilmişdir. 23 dekabr 2025-ci il tarixdə o, polis tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. İş yeri olmadığı üçün alimenti ödəyə bilmədiyini, maddi imkanı düzələndə borcunu ödəyəcəyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, borclu tərəfindən aliment ödənişi tam və lazımınca icra edilməmişdir, aliment borcunu borcludan tam olaraq tələb edir və onun cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilmiş icra sənədi ilə əlaqadar icra məmuru tərəfindən o, məlumatlandırılmışdır. Lakin iş yeri olmadığından və maddi cəhətdən çətinlik çəkdiyindən hazıradək həmin icra sənədlərinə əsasən tələbkara borcunu tam ödəyə bilməmişdir. Müxtəlif tarixlərdə maddi vəziyyəti yaxşı olan vaxt borcluya ödəniş etmişdir. 2023-cü ildə 200 manat, 2024-cü ildə 3- 4 ay 260 manat məbləğində ödənişlər etmişdir. 2024-cü il dekabr ayında inzibati həbs müddəti bitdikdən sonra isə ödənişləri edə bilməmişdir. 22 dekabr 2025-ci il tarixində polis tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. İcra məmurunun çağırışlarına gəlməməyinin səbəbi icra sənədinə əsasən borcunu ödəməyə maddi imkanının olmaması ilə əlaqədar olmuşdur. Borcunu maddi vəziyyəti yaxşılaşanda hissə-hissə ödəməyə razıdır. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-548/2021 saylı, 07 mart 2023cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq 27 fevral 2011ci il təvəllüdlü və 03 dekabr 2012-ci il təvəllüdlü 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə hər ay cəmi 300 manat sabit pul məbləğində aliment və mediasiya xərci olan 55 manat pul alınaraq anası Zərərçəkmiş şəxs ödənilməlidir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun 17 dekabr 2024-cü il tarixdə izahatı alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları maddi imkanı olanda ödəyəcəyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 3(049)-1132/2024 saylı, 17 dekabr 2024-cü il tarixli qərarına əsasən, borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək,barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 8(049)-219/2025 saylı, 21 may 2025-cü il tarixli qərardadına əsasən, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-548/2021 saylı, 07 mart 2023-cü il tarixli icra sənədi üzrə Lənkəran şəhəri, Qurumba Ə/D, Narbağı kəndində yaşayan Şəxs məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qət edilmişdir. Qərardadın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin borclu Şəxs ünvanladığı 28 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs 05 noyabr 2025-ci il tarixdə saat 11:00-da Lənkəran Rayon İcra və Probasiya şöbəsində olması tələb olunmuşdur. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Çinar Abbaszadənin 06 noyabr 2025-ci il tarixli “məcburi gətirilmə haqqında” qərarı ilə müəyyən olunmuşdur ki, Lənkəran rayonu Narbağı kəndində qeydiyyatda olan borclu yenidən Lənkəran rayon İcra və Probasiya şöbəsinə gəlməkdən boyun qaçırdıqda onun barəsində qəbul olunmuş qərar qanuni qüvvəsini aldıqdan sonra borclunun məcburi gətirilmə tədbiri tətbiq olunması barədə Lənkəran rayon məhkəməsinə təqdimat veriləcəkdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 8(049)-445/2025 saylı, 01 dekabr 2025-cü il tarixli qərardadına əsasən, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-548/2021 saylı, xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəbdaşı Lənkəran rayonu, Qurumba Ə/D, Narbağı kəndində yaşayan Şəxs məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Qərardadın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclunun 22 dekabr 2025-ci il tarixdə izahatı alınmışdır və borclu izahatlarında icra sənədləri ilə əlaqadar məlumatlı olduğunu bildirərək, həmin borcları ödəməyə imkanı olmadığını, işlədikdən sonra borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlinir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədləri barədə məlumatlı olduğu, icra sənədlərinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə dair tələbkara 9283 manat borcu qalmışdır. Tələbkar həmin məbləğin ödənilməsini borcludan tələb edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 22 dekabr 2025-ci il saat 17:25-dən hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X3 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-918/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-918/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver