Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-923/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran ŞRPŞ Liman PB-nin polis sahə rəisi, polis kapitanı X4 iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç uşağı olan, əvvəllər məhkum olunmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Şəxs ünvansız nalayiq söyüşlər söyüb və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığına görə sonuncu barəsində Lənkəran ŞRPŞ Liman PBnin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 24 dekabr 2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ Liman PB-nin polis sahə rəisi, polis kapitanı X7 protokola uyğun çıxış edərək Lənkəran rayonu Nərimanabad kəndi ərazisində xx.xx.2012-ci il tarixdən itkin düşmüş X2 axtarışı ilə əlaqədar həmin qəsəbə sakini vətəndaş Şəxs izahatının alınması zərurəti yaranmış, bununla əlaqədar xx.xx.2025ci il tarixdə saat 14 radələrində Liman şəhər polis bölməsinin əməkdaşları ilə birgə Şəxs yaşadığı evə getmişlər. Orada polis əməkdaşlarını görən Şəxs nalayiq davranışlara yol verib, söyüşlər söymüş, bununla əlaqədar o, Liman şəhər PB-nə gətirilmişdir. Bölmədə də yenə nalayiq söyüşlər söyüb iş rejmini pozmuş, orada olan vətəndaşların rahatlığını pozmuş, polisin qanuni tələblərini yerinə yetirməmişdir. Xəta törətmiş şəxs barəsində 15 gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin görülməsini xahiş etdi. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, etdiyi əməldə peşmandır. Özünü təqsirli bilir. Əvvəllər Azərbaycan Respublikası CM-in 126-cı maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qeyd edilən hadisəyə görə artıq polis əməkdaşları bir neçə dəfə onu bölməyə dəvət etdiklərinə görə əsəbləşmiş, həmçinin maddi sıxıntıları olduğuna görə nalayiq davranışlara yol vermişdir. Eləcə də Liman PB-də də eyni davranışlara yol vermişdir. Etdiyi əməllərə görə polis əməkdaşlarından üzr istəyir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-in Liman PB-in əməkdaşı X8 bildirmişdir ki, Lənkəran rayonu Nərimanabad kəndi ərazisində xx.xx.2012-ci il tarixdən itkin düşmüş X2 axtarışı ilə əlaqədar həmin qəsəbə sakini vətəndaş Şəxs izahatının alınması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 14 radələrində sonuncunun evinə gedib onu polis bölməsinə dəvət etmişlər. Lakin Şəxs həm evinin qapısının ağzında həm də polis bölməsinə gətirildikdən sonra nalayiq söyüşlər söymüş, bölməyə dəvət edilməsinə görə polis əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirmişdir. Bölmənin iş rejmini və vətəndaşların rahatlığını pozmuşdur. Bu səbəbdən raport yazaraq şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-in Liman PB-in əməkdaşı X9 da X8 ilə oxşar məzmunlu izahat vermişdir. X1 Çıxarışdan görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 23 dekabr 2025-ci il tarixdən saat 15:00-da inzibati qaydada tutulmuşdur. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Kazımov X6 rayon Nərimanabad qəsəbəsində qeydiyyatdadır. Həyat yoldaşı X10, qızı X3 və X5 adlı ailə üzvləri vardır. Lənkəran ŞİHB-nın Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən ki, Şəxs xx.xx.1970-cı il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatdadır. Kazımov X6 rayonu Nərimanabad qəsəbəsində yaşadığı müddətdə özünü nizam-intizamlı aparmamışdır. İçki aludəçisidir. Onun barəsində ictimaiyyətdən şifahi şikayət Nərimanabad qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olmuşdur. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 510 və 535.1-ci maddələrindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsi və əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə, yaxud bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-923/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-923/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver