Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-924/2022 06.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməliyyat müvəkkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN 2XOD8AJ) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 şöbəsinin əməliyyat müvəkkili X3 tərəfindən tərtib 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 05 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 10.15 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 şöbəsinə gətirilmiş və üzərindən 0.432 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinin əməliyyat müvəkkili X3 bildirdi ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Şəxs xx.xx.2022-ci il tarixdə 10.15 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 şöbəsinə gətirilmiş və üzərindən 0.432 qram narkotik vasitə olan marixuana aşkar edilmişdirr. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o bir müddətdir narkotik vasitə olan marixuananı çəkmək yolu ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq CRPŞ-ə gətirilmiş və orada üzərinə müdafiəçinin iştirakı ilə baxış zamanı marixuana aşkar ediımişdir. Həmin marixuana ona məxsus olmuş və tutulmamışdan bir iki gün əvvəl yaşadığı Lənkəran rayonu, Kənarmeşə kəndində yerdən tapşmışdır. Bundan sonra o X7 aparılmışlar və onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, əməlini səmimi olaraq etiraf etməsini nəzərə alaraq barəsində yüngül inzibati təhbeh tədbiri təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 sentyabr 2022ci il tarixli Şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs üzərindən bir ədəd sellofan bükümdə 0.58 qram narkotik vasitə marixuanaya bənzər kütlə aşakr edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin X2 15 sentyabr 2022-ci il tarixli, 19/974 nömrəli məhkəmə-bioloji ekspertizə rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülümüş kütlə 0.432 qram narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 sentyabr 2022ci il tarixli qərardan görünür ki, Şəxs tutulmadan azad edilmiş və şübhəli şəxs qismində prosessual statusuna xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 15 sentyabr 2022ci il tarixli məcburi narkoloji tibbi yoxlamanın 966 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün CRPŞ-ə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 05 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 16.30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran – X5 05 oktyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs narkotik vasitələrin istifadəçisi olmaqla üzərində qanunsuz olaraq istehlak miqdarında satış məqsədi olmadan narkotik vasitə marixuana daşımışdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatı ilə yanaşı, məhkəmə ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə tam sübuta yetirilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə, Şəxs narkotik vasaitə istifadəçisi olmasını, isləməməsini, davamlı olaraq fərdi əməklə məşğul olaraq narkotik vasitə alaraq qəbul etməsini və bu hallar onun özünün izahatı və məhkəmə ekspert rəyləri ilə təsdiq edilməsini nəzərə alaraq hesab edir ki, şəxs yalnız inzibati həbs tətbiq edilməklə islah oluna və qanunlara hörmət ruhunda davranış göstərə bilər. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin 05 oktyabr 2022-ci il saat 16:30-dan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19/974 nömrəli, 15 sentyabr 2022-ci il tarixli rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İXM-nin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 05 oktyabr 2022-ci il saat 16:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-924/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-924/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver