Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-925/2022 07.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 19.00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X10, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən Vəkil iştirakları ilə, 23 avqust 1985-ci il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 07 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 05 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 15.10 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasınn qarşısında, Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə ucadan polisin ünvanına nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X6 göstərdi ki, Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 15.10 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasınn qarşısında, Lənkəran şəhəri, T.İsmayılov küçəsində ictimai yerdə ucadan polisin ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənlər nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdə toyda olmuşdur və spirtli içki qəbul etmişdir. Həmi gün axşam radələrində qohumunun avtomobili ilə evə gedən zaman yolda digər avtomobil arasında mübahisə olmuş və bu zaman onlar mübahisə etmişlər. O polis şöbəsinə dəvət olunan zaman onun içkili halda olmasını barədə ona xəbərdarlıq edilmişdir. O da, cərimə nədirsə ödəməyə hazır olduğunu bildirmişdir. O, polis əməkdaşlarına müqavimət göstərməmiş, heç bir söyüş söyməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirib icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfərləri X12 və X3 ilə birlikdə xidmət aparakən yolun kənarında bir nəfər şəxsin etikadan kənar ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr dediyini görüb ona yaxınlaşmışlar. Həmin şəxsin Şəxs olduğu müəyyən edildikdən sonra onu nizamintizama dəvət etsələr sonuncu öz hərəkətlərinə davam etmiş, əl-qol hərəkətləri etməyə başlamışdır. Buna görə də Şəxs polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri X12 və manqa komandiri X7 ilə birlikdə xidmət aparakən yolun kənarında bir nəfər şəxsin etikadan kənar ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr dediyini görüb ona yaxınlaşmışlar. Həmin şəxsin Şəxs olduğu müəyyən edildikdən sonra onu nizam-intizama dəvət etsələr sonuncu öz hərəkətlərinə davam etmiş, əl-qol hərəkətləri etməyə başlamışdır. Buna görə də Şəxs polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən şahid X12 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri X1 və manqa komandiri X7 ilə birlikdə xidmət aparakən yolun kənarında bir nəfər şəxsin etikadan kənar ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr dediyini görüb ona yaxınlaşmışlar. Həmin şəxsin Şəxs olduğu müəyyən edildikdən sonra onu nizam-intizama dəvət etsələr sonuncu öz hərəkətlərinə davam etmiş, əl-qol hərəkətləri etməyə başlamışdır. Buna görə də Şəxs polis şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon X18 Patrul Xidmətinin tağım komandiri X4 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 05 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində Lənkəran ŞRPŞ-nin PPXBnün polis nəfərləri X12 və X3 ilə birlikdə xidmət aparakən yolun kənarında bir nəfər şəxsin etikadan kənar ifadələr işlədərək polisin ünvanına nalayiq ifadələr dediyini görüb ona yaxınlaşmışlar. Həmin şəxsin Şəxs olduğu müəyyən edildikdən sonra onu nizam-intizama dəvət etsələr sonuncu öz hərəkətlərinə davam etmiş, əl-qol hərəkətləri etməyə başlamışdır. Buna görə də Şəxs polis şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 oktyabr 2022-ci il tarixli izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15.10 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində polis əməkdaşlarını görüb ucadan nalayiq ifadələr işlətmişdir, çünki bir gün əvvəl içkili olduğu üçün polis tərəfindən cərimə edilmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq nizam inztima dəvət etsələr də, o, həmin polis əməkdaşlarına da digərlərinin tayı olduğunu demişdir. Bu zaman onu polis əməkdaşları polis bölməsinə aparmaq istəyərkən o, aqressiv şəkildə getməkdən imtina etmiş, əl-qol hərəkətləri etmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Əməlindən peşmadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 07 oktyabr 2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 16.30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 15.10 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, T.İsmayılov küçəsində, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşısında ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polisin ünvanına söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsinə və polis əməkdaşlarına müqavimət göstərməməklə xırda xuliqanlıq etməməsinə dair bildirdiklərini iş üzrə digər sübutlarla təsdiqini tapmadığına görə inandırıcı hesab etmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatını məsuliyyətdən yayınmaq və qanunla müəyyən edilmiş inzibati tənbeh tədbirindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Onun protokolda qeyd olunan əməli məhkəmədə dindirilmiş şahid ifadələrindən əlavə özünün hadisə baş verən gün öz imzası ilə təsdiq etdiyi etirafedici izahatı ilə bir daha təsdiq olunur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs oğlu İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə, iş üzrə tədqiq edilmiş tutma protokoluna əsasən Şəxs həbsdə saxlama müddətinin əvvəlinin inizbati qaydada tutulduğu vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 05 oktyabr 2022-ci tarixdən, saat 16.30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-925/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-925/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver