Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-926/2025 25.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nin polis sahə rəisi X4 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində yaşadığı evin qarşısında polis əməkdaşlarının ünvanına söyüşlər söydüyünə və polisin qanuni tələbinə tabe olmadığına görə barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi, X7 tərəfindən İXMnin 510 və 535.1-ci maddələri ilə 25 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati Xəta haqqında protokol tərtib edən Liman PB-nin polis sahə rəisi X8 protokolun məzmununa uyğun çıxış edərək inzibati xətanın faktiki hallarını təsdiq etdiyini və protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğunu bildirdi. Barəsində inzibati xəta üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, həmin gün evdə yatdığı halda evin qapısının möhkəm döyüldüyünü eşitmişdir. O, qapıya baxdıqda polis əməkdaşlarını görüb qorxmuş və yuxulu olduğu üçün evin pəncərəsindən həyətə tullanıb rəisin qarşısına düşmüşdür. Oradan onu götürüb şöbəyə gətirmişlər. Yaxında hər iki valideyinini itirdiyini, başından travma aldığını və həmin an yuxulu olduğu üçün etdiyi hərəkəti dərk etmədiyini əsas gətirərək barəsində yengül inzibati tənbeh növündə cəza verilməsini xahiş etdi. Şahid ifadələri ilə bağlı verilən suallara isə cavab olaraq şahid ifadələrinin doğru olluğu təsdiqlədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Xalidi əvvəldən tanıyır, lakin onunla ədavət və şəxsi düşmənçiliyi yoxdur. Bu gün saat 10:30 radələrində təhqiqat bölməsindən onun icraatına Şəxs məcburi gətirilməsi ilə bağlı material daxil olmuş və o, polis əməkdaşları ilə birlikdə Şəxs evinə gedərək onu polis bölməsinə dəvət etmişlər. Bu zaman Xalid onları görüb qapını bağlamış və qapının arxasından onları söyməyə başlamış, onunla profilaktik söhbətlər aparsalar da, o, əməlinə davam etmişdir. Sonradan pəncərədən bayıra tullanan Xalid orada saxlayıb Liman polis bölməsinə gətirmişlər. Lakin bölmədə də öz əməllərin davam edərək Xalid polisin iş fəaliyyətin pozduğu üçün barəsində raport yazılaraq protokol tərtib olundu. Məhkəmə iclasında digər şahid X3 özündən əvvəlki şahidin verdiyi ifadənin məzmununa uyğun çıxış edərək Nicat Həsənovun icraatında olan məcburgətirmə qərarına əsasən Şəxs evinə yollandıqlarını, Xalidin onları gördükdə qapını bağlayıb onları ünvanlıünvansız söyüşlərlə təhqir etdiyini, nizam-intizama dəvət olunmasına baxmayaraq əməlini davam etdirdiyini, daha sonra evinin pəncərəsindən tullanarkən saxlanıldığını və polis bölməsinə gətirildikdən sonra barəsində protokol tərtib olunduqunu buldirdi. Əlavə olaraq bildirdi ki, eyni ərazidə yaşadıqlarından Xaləddin onların polis əməkdaşları olduqlarını bilirdi və həmin vaxt əməkdaşların bir hissəsi mülki, digər hissəsi isə polis geyimində olmuşlar. Materiala əlavə edilmiş : İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardaddan görünür ki, xx.xx.2025-ci il tarixdə, İXM-nin 510-535.1-ci maddəli ilə Şəxs barəsində Liman PB-nin polis sahə rəisi X8 tərəfindən icraat başlanmışdır. Arayışdan görünür ki, Şəxs heç bir əlilik statusu müəyyən edilməmişdir. Lənkəran ŞİHB-nın Göyşaban kənd İƏDÜ-nümayənliyinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, Lənkəran rayon Göyşaban kənd sakini, xx.xx.1993-cü il təvəllüdlü Məmmədli X1 tək yaşayır, özünü intizamsız kənd sakini kimi göstərmiş, narkotik vasitələrə meyllidir və kənddə yaşadığı müddətdə onun barəsində kənd inzibati ərazi dairəsinə şifahi şikayət daxil olmuşdur. Məhkəmə inzibati materiala baxış keçirib, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidlərin verdiyi izahatları dinləyib hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Belə ki, materiala əlavə edilmiş sənədlər, şahid ifadələrindən və barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs özünün ifadəsindən məlum olur ki, o, hadisə baş verən gün onu polis bölməsinə dəvət etməyə gəlmiş polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qapını onların üzünə bağlamış, daha sonra polisin qanuni çağırışına tabe olmayaraq evin pəncərəsindən tullanaraq qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış və beləliklə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində İXM-ninb 535.1-ci maddəsinin tərkibi vardır. İXM-nin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə onu da qeyd edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi olsa da, həmin Məcəllənin 510-cu maddəsinin tərkibi yoxdur. Belə ki, İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs hərəkətində hər hansı bir ictimai qaydanı pozan və s. hallar aşkar olunmur. Buna görə də, məhkəmə hesab edir ki, onun əməllərində xırda xuliqanlığın əlmətləri yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, Şəxs qəsdən və ya ehtiyatsızlıqdan İXM-nin 510-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquqazidd əməl etdiyi sübuta yetirilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun həmin maddə ilə təqsirli bilinməsi hissəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Buna görədə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 25 dekabr 2025-ci il tarixdə, saat 10:35-dən hesablansın. Həbsin sonu 09 yanvar 2025-ci il tarix, saat 10:35 hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməsi hissəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(049)-926/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-926/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver