Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-928/2024 23.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən qəbul edilmiş qarşı inzibati xəta haqqında qərarlardan verilmiş şikayəti nəzərdən keçirib məhkəmə, müəyyən etdı̇ m: X2 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin onun barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli qərarlarının ləğv edilərək həmin inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi, qeyd olunan qərarların elektron hökumət portalından silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən şikayət və şikayətə əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, X2 tərəfindən xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti ötürülmüşdür. Belə ki, şikayətçi tərəfindən ərizəyə əlavə edilmiş müvafiq portal sənədlərindən görünür ki, xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli elektron qərar kabinetə xx.xx.2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli elektron qərar kabinetə xx.xx.2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli elektron qərar isə kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Təqdim edilmiş digər portal sənədlərində isə xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli elektron qərarların isə kabinetə yerləşdirilmə tarixi ümumiyyətlə qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə görə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni fəslin normaları ilə tənzimləmişdir.” Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin onun barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermə müddəti qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə verildiyindən şikayət geri qaytarılmalı və X1 yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanları və İXM-nin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 xx.xx.2023-cü il tarixli EQ 17243183 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17441994 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17633184 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17856231 nömrəli və xx.xx.2023-cü il tarixli EQ 18021013 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilsin. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-928/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-928/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver