Məhkəmə qərarları › İş №3(049)-932/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-932/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-932/2024 16.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində doğulmuş, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olan və həmin kənddə faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 16 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-413/2021 saylı, 18 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 1 uşağa görə hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda borclunun tələbkara ümumilikdə 5650 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Qeyd edilən icra sənədinin icrasından boyun qaçırdığı üçün borclu Lənkəran Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 gün inzibati həbs tətbiq edilmişdir. Tələbkar mütəmadi olaraq icra sənədinin borclu tərəfindən icra edilməməsi ilə əlaqadar şikayətlər edir. Borclu 16 oktyabr 2024-cü il tarixdə icra məmurunun axtarış qərarına əsasən polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu tərəfindən sonuncu aliment ödənişi tələbkara sonuncu dəfə 2024-cü ilin iyul ayında edilmişdir və onun hazırda tələbkara 5.650 manat aliment borcu qalmışdır. Protokolun təmin edilərək, borclu Bağırov Ramin ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi barədə məhkəmə qərarı barədə məlumatlıdır. Hazırda tələbkara həqiqətən də 5.650 manat aliment borcu vardır. İşləmədiyindən və heç yerdən gəliri olmadığından aliment öhdəliyini ödəyə bilməmişdir. Borcu hissə-hissə ödəməyə razıdır. Sonuncu dəfə aliment ödənişini tələbkara 2024-cü ilin iyul ayında etmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-413/2021 saylı, 18 iyun 2021-ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs 16 fevral 2021-ci il tarixdən başlayaraq tələbkar Zərərçəkmiş şəxs 1 uşağa qörə hər ay cəmi 175 manat miqdarında alimentin tutulması qeyd edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-413/2021 saylı, 18 iyun 2021ci il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-317/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-413/2021 saylı, 18 iyun 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 8 gün inzibati həbs tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyi müddətdən bir il keçməmiş yenidən həmin maddə ilə inzibati xəta törətmişdir. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədinə dair tələbkara 5.650 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 16 oktyabr 2024-cü il saat 14:40-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar