Məhkəmə qərarları › İş №3(049)-933/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-933/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-933/2023 07.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:50 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, protokol tərtib edən orqanın nümayəndəsi: Lənkəran Şəhər-Rayon Polis YPX-nin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Lənkəran rayonu, Zövlə kəndində doğulmuş, evli işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonu, Zövlə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində Lənkəran Şağlaser kəndində hərəkətdə olarkən idarə etdiyi VAZ 21099 markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edərkən “X5 111 CDİ” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və maddi ziyanla və sağlamlığa yüngül zərərvurma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi Lənkəran Şəhər-Rayon Polis YPX-nin inspektoru X3 məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunya uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2-3 aydır ki, avtomobil almış, lakin sürücülük vəsiqəsi almamışdır. Hadisə törətdiyinə və sürücülük hüququ olmadan avtomaşını idarə etdiyinə görə əməlindən peşiman olduğunu nəzərə alaraq ona yüngül inzibati təhbeh tədbiri verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşiman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını, əməlindən səmimi peşman olmasını və ailəsini taksi fəaliyyəti ilə məşğul olmaqla təmin etməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar