Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-934/2023 07.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X3 iştirakı ilə, xx xxxx 1976-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, Velədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolda qeyd edilmişdir ki, Şəxs 03 aprel 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu, Velədi kəndində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 1 ədəd “Kazbek” siqaretinin içərisində çəkisi 0,67 qram qurudulmuş marixuana aşkar edilmişdir. Buna görə də 07 aprel 2023-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Rayon X8 Bölməsinin müstəntiqi X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Şəxs 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq 0,110 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, 03 fevral 2023cü il tarixdə saat 20:00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o Lənkəran rayonun Velədi kəndi ərazisində saxlanılaraq ŞRPŞ-nin yerləşdiyi inzibati binasına gətirildikdən sonra üstündə şəxsi-axtarış keçirilən zaman həmin çəkidə olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarının sağ yan cibindən kazbek siqaretinin içəşərisində aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı Şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan aşkar olunmuş bir ədəd kazbek siqaretinin içərisindən qurudulmuş marixuana aşkar edilsə də onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsinin tərkibi yoxdur. Belə ki, materiala əlavə edilmiş məhkəmə-bioloji ekpertizanın xx.xx.2023-cü il tarixli 19/408 saylı rəyinə əsasən həmin marixuananın təmiz çəkisi 0,110 qram olması, 2005-ci il 28 iyun tarixli Azərbayacn Respublikasının Qanun ilə təsdiq edilmiş siyahıya əsasən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından azdır. Ona görədə Şəxs əməlində CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığınan barəsində cinayət təqibi rədd edilməlidir. Həmin xx.xx.2023-cü il tarixli qərar ilə Şəxs əməlində cinayətin tərkibi olmadığından barəsində cinayət təqibi rədd edilmiş və qərarın surəti Şəxs inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Lənkəran ŞRPŞ- nin İTB-nə göndərilməsi qərara alınmışır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda qeyd edilən inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana çəkərək qəbul edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində marşurutla evinə gəlmişdir. O Salyan rayonunda çay içməyə düşərkən mikroavtobusun sürücüsü ayaq yoluna getmişdir. O da ayaq yoluna gedəkrən marixuana çəkərkən yayılan iyi hiss etmişdir. Bundan bilmişdir ki, həmin sürücü ayaq yolunda marixuana çəkir. Sürücü onu görüb ondan çəkdiyini soruşanda ona arada bir çəkdiyini demişdir. Sonra sürücü çəkdiyi kazbek siqaretinə doldurduğu marixuananı çəkmək üçün ona vermişdir. O da həmin içərisində marixuana olan siqareti söndürüb siqaret qutusuna qoyub sonradan qəbul etmək üçün üzərində saxlamışdır. 03 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində “Kazbek” siqaretinin içərisində marixuana narkotik maddəsi olmuşdur. O, etdiyi əməldən peşmandır. Barəsində ittiham olunduğu maddənin sanksiyası çərçivəsində ona ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 polis sahə rəisi X7 bildirdi ki, Şəxs naməlum mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında narkotik vasitə hesab olunan qurudulmuş marixuananı əldə edərək, daşımaqla üzərində saxlamışdır. Şəxs 03 aprel 2023-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanaraq, həmin Polis Şöbəsinə gətirilmiş və orada, üzərinə baxış keçirilən zaman, “Kazbek” siqaretinin içində narkotik vasitə Şəxs üzərində aşkar edilərək, götürülmüşdür. Həmçinin mütəmadi olaraq kənd sakinlərindən Şəxs narkotik vasitələr qəbul etməsi və onları narahat etməsi ilə əlaqədar polisə müraciətlər olmuşdur. Məhkəmədə şahid qismində dindirilən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı X1 Rüstəm Ağalar oğlunun izahatına uyğun ifadə verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunun ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılardan” görünür ki, 5 qramdan az çəkidə qurudulmuş marixuana şəxsi istehlak miqdarında hesab olunur. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 04 aprel 2020-ci il tarixli, 19/408 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şəxs...” yazıları və imzaları olan bir zərfdəki, 1 ədəd kazbek siqaretinin içərisində təmiz çəkisi – 0.110 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin maddənin (marixuananın) 0.03 qram hissəsi tədqiqata sərf olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu – 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1 və 55.2-ci maddələrinə əsasən məhkəmə bioloji ekspertizanın aparılmasına sərf olunmuş 65 manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə görə iş üzrə maddi sübüt olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,080 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə bioloji ekspertizanın aparılmasına sərf olunmuş 65 (altmış beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,080 qram təşkil edən qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-934/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-934/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver