Məhkəmə qərarları › İş №3(049)-934/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-934/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-934/2024 17.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİM: X2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki şikayət və ona əlavə edilmiş sənədlər X1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Şikayətçi tərəfindən təqdim edilmiş müvafiq elektron çıxarışdan görünür ki, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mircəlal 52 ünvanında törədilmiş inzibati xətaya görə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib eidlmişdir. Həmin çıxarışda protokolun statusu “qərarsız” qeyd edilmişdir. Başqa sözlə, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında qərar qəbul edilməmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi inzibati xətalaq haqqında qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, qanunvericlikdə inzibati xəta haqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar