Məhkəmə qərarları › İş №3(049)-935/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-935/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-935/2023 10.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa oğlu, məhkəmə iclasının katibi X1 ilə Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.4-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YPX inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.4-cü maddələri ilə xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-848/2023 saylı qərardadı ilə bir sıra nöqsanların aradan qaldırılması məqsədilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər-Rayon Poiis Şöbəsinə qaytarılmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər təkrar olaraq onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə ifadə olunan inzibati xəta hadisəsi nəzərdə tutulur. Lakin, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti və məzmunu hissəsində hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən Şəxs tərəfindən törədilmiş inzibati xəta hadisəsinin konkret olaraq hansı əməldə ifadə olunması, inzibati xəta hadisəsinin törədilməsində onun təqsirinin nədən ibarət olması, həmin xəta nəticəsində zərər çəkmiş şəxsin kim olması, zərər çəkmiş şəxsə maddi zərər vurulması protokoldan müəyyən edilmir. Bundan əlavə müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsində nəzərdə tutulmuş, göstərilməsi zəruri olan bütün məlumatlar öz əksini tapmamışdır. Protokolda İXM-nin 100.1-ci maddəsinə əsəsən göstərilməli olan Şəxs inzibati xətanı törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı, ona maddi zərər yetirilməsi barədə qeyd protokolda göstərilməmişdir. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü Şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Buna baxmayaraq məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən onun mənafeyini təmsil etmək üçün qanuni nümayəndəsi işə cəlb edilməsi barədə qərar qəbul edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olmaqla həmin çatışmazlıqları işə baxılarkən qısa müddət ərzində aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar naqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.6, 332.4-cü maddələri ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 61, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, Qərara aldım : Şəxs barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin YPX inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.4-cü maddələri ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər təkrar olaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılsın. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar